Məhkəmə qərarları › İş №3(5-86)-17/2026

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(5-86)-17/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(5-86)-17/2026 12.02.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx xxxx 1973-cü il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, müvəqqəti işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayanbarəsində Culfa Rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 12 fevral 2026-cı il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 11 fevral 2026-cı il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 Şəxs götürülmüş sidik nümunəsindən psixotrop maddə olan THC (Tetrahidrokannabinol) istehlakı faktı aşkar olunmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilmiş, izahatında bildirmişdir ki, 20 yanvar 2026-cı il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində olan zaman axşam saatlarında orada yerləşən restoranlardan birində dostları ilə birlikdə olarkən psixotrop maddə qəbul etmişdir. 09 fevral 2026-cı il tarixdə anasını görmək üçün Naxçıvana gəlmiş, Culfa şəhərində olan zaman polis əməkdaşı ona zəng etmiş, onu Culfa Rayon Polis Şöbəsinə dəvət etmişlər. 11 fevral 2026-cı il tarixdə Naxçıvan MR X2 müayinə olunmuş, tetrahidrokannabinol psixotrop maddəsindən istifadə etməsi müəyyən olunmuşdur. Şəxs izahatında onu da bildirmişdir ki, Moskva şəhərində olarkən sadəcə bir dəfə psixotrop maddə qəbul etmiş, Naxçıvanda olarkən istifadə etməmişdir. Hərəkətindən çox peşmandır, məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirmişdir ki, 11 fevral 2026-cı il tarixdə iş yoldaşı Əli Nəbiyevlə birlikdə xidmətdə olan zaman Culfa şəhər sakini Şəxs psixotrop maddə istifadə etməsi barədə məlumat daxil olmuş, Əli Nəbiyev həmin məlumatı rəisə məruzə etmiş, bundan sonra onlar Şəxs olduğu yeri müəyyən etmiş və daha sonra onu Culfa Rayon Polis Şöbəsinə dəvət etmişlər. Vətəndaş narkoloji dispanserə müayinə üçün göndərilmiş, dispanserdə sidik narko-test vasitəsilə müayinə olunmuş, psixotrop maddə olan tetrahidrokannabinol istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan- Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş 12 fevral 2026-cı il tarixli, 81 nömrəli narkoloji tibbi yoxlmanın rəyində qeyd edilmişdir ki, Abdullayev X4 narkomaniyası xəstəliyindən əziyyət çəkir. Hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs 11 fevral 2026-cı il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur. 28 iyun 2005-ci il tarixdə 960-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısının 44-cü bəndində Tetrahidrokannabinol (bütün izomerləri) psixotrop maddəsi qeyd edilmişdir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, 11 fevral 2026-cı il tarixdə Şəxs Y.Budaqov adına Naxçıvan MR X2 götürülmüş sidik nümunəsində onun psixotrop maddə olan THC (tetrahidrokannabinol) istehlakı faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin inzibati xətanın törədilməsinə görə inzibati xəta törədən şəxs üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs törətdiyi inzibati xətaya görə hansı inzibati tənbeh növünün tətbiq edilməsi məsələsini müzakirə edib, belə nəticəyə gəlir ki, onun əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalı, ona inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 300 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar