Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 3(5-86)-3/2026 12.01.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Mən, Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlu Şəxs barəsində Azərbaycan Respublikası DİN Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Vətəndaş Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən onun barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN Bakı Şəhəri Sabunçu Rayon DYPŞ-nin polis kapitanı X2 tərəfindən İXP ******* nömrəli protokol tərtib edilmiş və həmin protokol xx.xx.2025-ci il tarixli 3-13-49/2-43279/25 nömrəli müşayiət məktubu ilə baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə əsasən vətəndaş Şəxs barəsində daxil olmuş protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərkən müəyyən etdim ki, inzibati xəta haqqında protokolun baxılması Culfa Rayon Məhkəməsinin səlahiyyətlərinə aid deyil. Belə ki, elektron şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunmuşdur ki, Şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ünvanında qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İXM-nin 112.4-cü maddəsinə əsasən, məhkəmədə işə baxılarkən Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan Respublikası DİN Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinin tələbinə əsasən aidiyyəti üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, həmin maddənin tələbinə görə əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə,... inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109cu maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Azərbaycan Respublikası DİN Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş, Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Hakim: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(5-86)-3/2026
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №3(5-86)-3/2026
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver