Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 3(5-86)-7/2026 27.01.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materialın baxılmağa hazırlanması zamanı müəyyən etdim: Şəxs barəsində 10 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə göndərilmiş, Yasamal Rayon Məhkəməsinin 3(004)- 9915/2025 nömrəli, 26 dekabr 2025-ci il tarixli qərardadı ilə material baxılması üçün aidiyyəti üzrə Culfa Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, material natamam olduğundan, işə baxılarkən tamamlanması mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.3-cü maddəsinə əsasən protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilir. Maddədə “şəxs haqqında məlumat” deyiləndə ancaq şəxsin soyadı, adı və atasının adı və yaşadığı ünvan nəzərdə tutulmur, şəxsin barəsində olan inzibati xəta haqqında işə baxmağa imkan verən, o cümlədən həmin şəxsin şəxsiyyəti nəzərə alınmaqla ona təyin olunacaq inzibati tənbehi fərdiləşdirməyə imkan verən məlumatlar nəzərdə tutulur. İXM-nin 100.1-ci maddəsində ifadə olunmuş hüquq norması göstərişin xarakterinə görə məcburedici, göstərişin ifadə olunma formasına görə isə imperativ normadır. Ona görə də protokolu tərtib edən şəxs protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatları göstərməyə borcludur. Lakin hazırkı protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işləyirsə iş yeri, vəzifəsi və əmək haqqının miqdarı, əgər işləmirsə bu barədə məlumat və digər zəruri məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs tərəfindən ... imzalanır. Lakin, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol protokolu tərtib edən şəxs tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası İXM-in 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 138.1, 138.1.1-ci maddələrinə əsasən əgər qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Şəxs barəsində 12 avqust 2025-ci il tarixdə tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətinin ona təqdim edilməsi və ya göndərilməsi barədə protokola hər hansı bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-in 127-ci maddəsinə əsasən İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs İXM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Lakin iş materiallarından müəyyən olunur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilənədək məlumatlandırılmamışdır. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Şəxs barəsində 10 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən, natamam şəkildə məhkəməyə verilmiş, yəni protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs haqqında məlumatlar tam göstərilməmiş, imzalanmamış, Şəxs Azərbaycan Respublikası İXM-in 346.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərarın surətinin ona təqdim edilməsi barədə məhkəməyə sənəd təqdim edilməmiş, həmçinin inzibati xəta haqqında protokol Şəxs məlumatlandırılmadan tərtib edilmişdir. Hesab edirəm ki, göstərilənlərə əsasən, inzibati xəta haqqında protokol Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 10 dekabr 2025-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(5-86)-7/2026
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №3(5-86)-7/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver