Məhkəmə qərarları › İş №3(5-86)-9/2026

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(5-86)-9/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(5-86)-9/2026 29.01.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsi, hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Culfa Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X6 iştirakı ilə, Şəxs:- xx xxxx 1986-cı il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, müvəqqəti işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan- barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Culfa Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs barəsində 29 yanvar 2026-cı il tarixdə Culfa Rayon İcra və Probasiya Bölməsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuş, protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, Culfa Rayon Məhkəməsinin e-2(089)-78/2025-013 nömrəli, 14 fevral 2025-ci il tarixli, Culfa Rayon Məhkəməsinin 2(089)-234/2025-007 nömrəli, 01 sentyabr 2025-ci il tarixli, Culfa rayonu Notariat Ofisinin 8İ-1700 nömrəli, 18 noyabr 2025-ci il tarixli, Culfa rayonu Notariat Ofisinin 8i-1692 nömrəli, 18 noyabr 2025-ci il tarixli və Culfa Rayon Məhkəməsinin 2(089)-339/2025-009 nömrəli, 20 noyabr 2025-ci il tarixli icra sənədləri icra edilməsi üçün müvafiq ardıcıllıqla 24 iyun 2025-ci il, 16 oktyabr 2025-ci il, 20 noyabr 2025ci il, 25 noyabr 2025-ci il və 26 dekabr 2025-ci il tarixlərdə Culfa Rayon İcra və Probasiya Bölməsinə göndərilmiş, Culfa Rayon Məhkəməsinin e-2(089)-78/2025-013 nömrəli, 14 fevral 2025-ci tarixli icra sənədində 11 aprel 2008-ci il tarixdə doğulmuş X10, 06 fevral 2010-cu il tarixdə doğulmuş X8 və 19 avqust 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.35 misli həddində sabit pul məbləğində alimentin Şəxs alınıb X4 verilməsi, Culfa Rayon Məhkəməsinin 2(089)- 234/2025-007 nömrəli, 01 sentyabr 2025-ci il tarixli icra sənədində Şəxs 4285 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 62.85 manat məbləğində pul vəsaitinin alınıb X7 verilməsi, Culfa rayonu Notariat Ofisinin 8İ-1700 nömrəli, 18 noyabr 2025-ci il tarixli icra sənədində Şəxs 8522.65 manat əsas borc və 25 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8547.65 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Culfa rayonu Notariat Ofisinin 8i-1692 nömrəli, 18 noyabr 2025-ci il tarixli icra sənədində Şəxs 365.63 manat əsas borc və 25 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 390.63 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi və Culfa Rayon Məhkəməsinin 2(089)-339/2025-009 nömrəli, 20 noyabr 2025ci il tarixli icra sənədində Şəxs 1800 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi 38 manatın alınıb X5 verilməsi göstərilmişdir. İcra sənədlərinin icraata qəbul edilməsinə dair 24 iyun 2025-ci il, 16 oktyabr 2025-ci il, 20 noyabr 2025-ci il, 25 noyabr 2025-ci il və 26 dekabr 2025-ci il tarixli qərarlar qəbul edilmiş, qərarlar və tələbin könüllü icrası barədə bildirişlər 24 iyun 2025-ci il, 16 oktyabr 2025-ci il, 20 noyabr 2025-ci il, 25 noyabr 2025-ci il və 26 dekabr 2025-ci il il tarixlərdə borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişlərdə borclu Şəxs tələblərin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs icra sənədləri üzrə ümumilikdə 16104.13 manat məbləğində borcu ödəməmiş, borcun ödənilməsindən yayınmışdır. Borclu Şəxs tələbin təmin olunması və bölməyə gəlməsi barədə dəfələrlə xəbərdarlıq olunmuş, lakin borclu Şəxs tələbləri təmin etməmiş. Borclu Şəxs 29 yanvar 2026-cı il tarixdə təkrar xəbərdarlıq edilmiş, izahatı alınmış, lakin o, üzrsüz səbədən icra sənədlərindəki tələbləri icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Culfa Rayon Məhkəməsinin e-2(089)- 78/2025-013 nömrəli, 14 fevral 2025-ci tarixli icra sənədinə əsasən, 11 aprel 2008-ci il tarixdə doğulmuş X10, 06 fevral 2010-cu il tarixdə doğulmuş X8 və 19 avqust 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.35 misli həddində sabit pul məbləğində aliment ondan tutularaq X2 xeyrinə ödənilməli, Culfa Rayon Məhkəməsinin 2(089)-234/2025-007 nömrəli, 01 sentyabr 2025-ci il tarixli icra sənədinə əsasən, ondan 4285 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 62.85 manat məbləğində pul alınıb X7 ödənilməli, Culfa rayonu Notariat Ofisinin 8İ-1700 nömrəli, 18 noyabr 2025-ci il tarixli icra sənədinə əsasən, ondan 8522.65 manat əsas borc və 25 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8547.65 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, Culfa rayonu Notariat Ofisinin 8i-1692 nömrəli, 18 noyabr 2025-ci il tarixli icra sənədinə əsasən, ondan 365.63 manat əsas borc və 25 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 390.63 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli və Culfa Rayon Məhkəməsinin 2(089)-339/2025-009 nömrəli, 20 noyabr 2025-ci il tarixli icra sənədinə əsasən ondan 1800 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi 38 manat alınıb X5 ödənilməlidir. İcra sənədləri 24 iyun 2025-ci il, 16 oktyabr 2025-ci il, 20 noyabr 2025-ci il, 25 noyabr 2025-ci il və 26 dekabr 2025-ci il tarixlərində müvafiq ardıcıllıqla Culfa Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarların surəti bildirişlərlə bərabər ona göndərilmişdir. Lakin, icra sənədlərində olan tələblər onun tərəfindən tam olaraq təmin edilməmişdir. İcra sənədləri üzrə pul borcları icra sənədlərində qeyd edilən miqdarda qalır, X4 isə xx.xx.2026-cı il tarixə 980 manat aliment borcu yaranmışdır. İşsiz olduğu üçün borclarını ödəyə bilməmişdir. İcra sənədləri üzrə tələbləri 1 il müddətində ödəyə bilər, lakin hazırda borcu ödəməyə maddi imkanı yoxdur, icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə borcunu ödəyə bilməz. Məhkəmədən ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X9 izahatında bildirmişdir ki, Culfa Rayon Məhkəməsinin e-2(089)-78/2025-013 nömrəli, 14 fevral 2025-ci il tarixli, Culfa Rayon Məhkəməsinin 2(089)-234/2025-007 nömrəli, 01 sentyabr 2025-ci il tarixli, Culfa rayonu Notariat Ofisinin 8İ-1700 nömrəli, 18 noyabr 2025-ci il tarixli, Culfa rayonu Notariat Ofisinin 8i-1692 nömrəli, 18 noyabr 2025-ci il tarixli və Culfa Rayon Məhkəməsinin 2(089)-339/2025-009 nömrəli, 20 noyabr 2025-ci il tarixli icra sənədləri icra edilməsi üçün müvafiq ardıcıllıqla 24 iyun 2025-ci il, 16 oktyabr 2025-ci il, 20 noyabr 2025-ci il, 25 noyabr 2025-ci il və 26 dekabr 2025-ci il tarixlərdə Culfa Rayon İcra və Probasiya Bölməsinə göndərilmiş, Culfa Rayon Məhkəməsinin e-2(089)- 78/2025-013 nömrəli, 14 fevral 2025-ci tarixli icra sənədində 11 aprel 2008-ci il tarixdə doğulmuş X10, 06 fevral 2010-cu il tarixdə doğulmuş X8 və 19 avqust 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.35 misli həddində sabit pul məbləğində alimentin Şəxs alınıb X4 verilməsi, Culfa Rayon Məhkəməsinin 2(089)-234/2025-007 nömrəli, 01 sentyabr 2025-ci il tarixli icra sənədində Şəxs 4285 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 62.85 manat məbləğində pul vəsaitinin alınıb X7 verilməsi, Culfa rayonu Notariat Ofisinin 8İ-1700 nömrəli, 18 noyabr 2025-ci il tarixli icra sənədində Şəxs 8522.65 manat əsas borc və 25 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8547.65 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Culfa rayonu Notariat Ofisinin 8i-1692 nömrəli, 18 noyabr 2025-ci il tarixli icra sənədində Şəxs 365.63 manat əsas borc və 25 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 390.63 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi və Culfa Rayon Məhkəməsinin 2(089)-339/2025-009 nömrəli, 20 noyabr 2025-ci il tarixli icra sənədində Şəxs 1800 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi 38 manatın alınıb X5 verilməsi göstərilmişdir. İcra sənədlərinin icraata qəbul edilməsinə dair 24 iyun 2025-ci il, 16 oktyabr 2025-ci il, 20 noyabr 2025-ci il, 25 noyabr 2025-ci il və 26 dekabr 2025-ci il tarixli qərarlar qəbul edilmiş, qərarlar və tələbin könüllü icrası barədə bildirişlər 24 iyun 2025-ci il, 16 oktyabr 2025-ci il, 20 noyabr 2025-ci il, 25 noyabr 2025-ci il və 26 dekabr 2025-ci il tarixlərdə borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişlərdə borclu Şəxs tələblərin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs icra sənədləri üzrə ümumilikdə 16104.13 manat məbləğində borcu ödəməmiş, borcun ödənilməsindən yayınmışdır. Şəxs borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Şəxs barəsində qanuna uyğun olaraq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, Culfa Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X6 izahatını dinləyib, inzibati materialı araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati qaydada həbs edilməlidir. Məhkəmə araşdırması zamanı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edərkən Şəxs borcunun olmasını, bildirdiyinə görə maddi imkanının olmamasını nəzərə alıb barəsində cərimə deyil, inzibatı həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati həbs növündə tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır, hesab edir ki, o, 8 gün müddətində inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs təyin edilmiş inzibati həbsin əvvəli qərarın elan edildiyi andan hesablanmalıdır. Həmin Məcəllənin 31.5-ci maddəsində görə inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 29 yanvar 2026-cı il, saat 15:25 dəqiqədən hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar