Məhkəmə qərarları › İş №3(5-88)-112/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-88)-112/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-112/2026 27.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, Protokol tərtib edən şəxs polis leytenantı X12 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-ci ildə Astara Şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olaraq, Naxçıvan şəhəri, 58-ci məhəllə, döngə 6, ev 32 ünvanında yaşayan rəfiqəsi gilə mütəmadi olaraq gələn kirayə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan MR Daxili İşlər Nazirliyinin CAİ-nin əməliyyat müvəkkili, polis leytenantı X12 tərəfindən verilən xx.xx.2026-cı il tarixli raporta əsasən bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olaraq, Naxçıvan şəhəri, 58-ci məhəllə, döngə 6, ev 32 ünvanında yaşayan mütəmadi olaraq rəfiqəsi gilə gələn X13 narkotik vasitələri, psixotrop maddələrin istifadəsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan MR DİN-nin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında, istifadəsində şübhəli bilinən 2004-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olaraq, Naxçıvan şəhəri, 58-ci məhəllə, döngə 6, ev 32 ünvanında yaşayan rəfiqəsi gilə mütəmadi olaraq gələn X13 xx.xx.2026-cı il tarixdə saat 12:10-da Naxçıvan şəhəri ərazisində saxlanılmış, üzərində «Прегабалин Крка 300 мг» yazı olan 2 ədəd dərman aşkar edilərək götürülmüş və saat 12:30 radələrində Naxçıvan MR Daxili İşlər Nazirliyinin inzibati binasına gətirilmişdir. Göstərilənlərə əsasən X8 paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verməyi xahiş etmişdir. Əməliyyat qrupunun təşkil edilməsi barədə protokola, əsasən, Naxçıvan şəhər ərazisində Naxçıvan şəhər ərazisində Şəxs narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi saxlanılması və qanunsuz dövriyyəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması və zəruri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə yuxarıda göstərilən əməkdaşlardan ibarət əməliyyat qrupu təşkil olundu və bütün iştirakçılara davranış xətti izah edildi. Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərara, əsasən, Naxçıvan MR DİN-in Narkotiklərə Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılması, Aysun adlı şəxsin olduğu yer müəyyən edildikdən sonra tədbir zamanı şəraitdən asılı olaraq Əməliyyat-Axtarış Fəaliyyəti haqqında qanunun 10-cu maddəsinin 1ci hissəsini və 9-cu bəndini rəhbər tutaraq müşahidə aparılması və keçiriləcək tədbir zamanı zərurət yarandığı halda Əməliyyat-Axtarış Fəaliyyəti haqqında qanunda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edərək qanunvericilik çərçivəsində tədbirlər davam etdirilməsi qərara alınmışdır. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2026-cı il tarixli qərara əsasən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinə narkotik vasitələri və psixotrop maddələri istifadəsində elcə də güclü təsir edən maddələrin dövrüyəsində şübhəli bilindiyi üçün, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2kərova X10 şəhəri Heydər Əliyev məscidinin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış əynində olan açıq boz rəngli gödəkçəsinin sağ cibində siqaret qutusunda olan üzrərində “«Прегабалин Крка 300 мг» yazılan 2 ədəd dərman aşkar edilərək ədəd ağ rəngli zərfdə qablaşdırılması və Aysun Əskərovdan götürülməsi raporta qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2026-cı il tarixli protokola əsasən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə ezam olunmuş təhqiqatçı, polis mayoru X14 Azərbaycan Respublikası CPM-nin 51, 86 və 236-C1 maddələrinin tələblərinə əsasən 1. Naxçıvan Muxtar Respublikasının DİN-in CAİ-in əməliyyat müvəkkili, polis kiçik leytenantı X4; 2. Naxçıvan Muxtar Respublikasının DİN-in CAİ-in əməliyyat müvəkkili, polis leytenantı X9; Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinə narkotik vasitələri və psixotrop maddələri istifadəsində elcə də güclü təsir edən maddələrin dövrüyəsində şübhəli bilindiyi üçün, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2kərova X10 şəhəri Heydər Əliyev məscidinin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış əynində olan açıq boz rəngli gödəkçəsinin sağ cibində siqaret qutusunda olan üzrərində “«Прегабилин Крки 300 мг» yazılan 2 ədəd dərman aşkar edilərək ədəd ağ rəngli zərfdə qablaşdırılması və Aysun Oskərovdan götürülməsi raporta qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur Təqdim olunan 1(bir) ədəd ağ rəngli zərfə, və 1(bir) ədəd DVD-yə baxış keçirildi. Üzərində Şəxsın üzərindən aşkar edilmiş yazılı zərfdən “«Прегабалин Крка 300 м2» yazılan 2 ədəd dərman aşkar edilməsi ədəd ag rəngli zərfdə Şəxs ondan güclü təsir edici maddənin olunması baradə bildirməsi əksini tapmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası DİN-in İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə ezam olunmuş təhqiqatçı, polis mayoru X14 tərəfindən verilən 27 fevral 2026-cı il cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən müəyyən edilmişdir ki, 26 fevral 2026-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in Cinayət Axtarışı İdarəsinə daxil olmuş məlumata əsasən, vətəndaş Şəxs narkotik vasitələri və psixotrop maddələri istifadəsində eləcə də güclü təsir edən maddələrin dövriyyəsində şübhəli bilindiyi üçün əməliyyat tədbirləri həyata keçirilmişdir. Tədbirlər nəticəsində ünvan 4 ünvanında qeydiyyatda olan, ünvan 2kərova X10 şəhəri Heydər Əliyev məscidinin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış əynində olan açıq boz rəngli gödəkçəsinin sağ cibində siqaret qutusunda olan üzərində "«Прегабалин Крка 300 мг yazılan 2 ədəd dərman aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış ve protokollaşdırılaraq götürülmüşdür. Vətəndaş Şəxs Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindi üçün şübhəli şəxs qismində 26 fevral 2026-cı il tarixdə saat 14:30 dəqiqədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasında müdafiəçi Naxçıvan şəhəri Vəkil Bürosunun vəkili X1 iştirakı ilə tutulmuşdur. Araşdırma zamanı izahatı alınmış Şəxs, 24 fevral 2026-c1 ildə istirahət üçün Naxçıvan Muxtar Respublikasına valideynləri ilə gəldiyini, valideyni ilə Naxçıvan Muxtar Respublikasına gələn zaman Bakı şəhərində İran İslam Respublikası vətəndaşı olan Əli adlı şəxsdən 14 ədədi 60 manata aldığı “«Прегабалин Крка 300 мг» dərmandan 2 ədədini özü ilə Naxçıvan Muxtar Respublikasına gətirdiyini, Naxçıvan Muxtar Respublikasında əvvəlcədən tanıdığı X6 şəhərində yerləşən 58-ci məhəllə döngə 6 ev 32 ünvanında anası ilə birlikdə qonaq qaldığını. Naxçıvan Muxtar Respublikasına gəlməmişdən əvvəl Bakı şəhərində narkotik vasitə olan "Metadon" və qurudulmuş "Marixuana" istifadə etdiyini, 26 fevral 2026-cı ildə Naxçıvan şəhərində yerləşən "Heydər" Məscidin qarşında 2 nəfər şəxsin ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirib onun icazəsi ilə üzərinə baxış keçirdiklərini, baxış keçirilən zaman əynində olan açıq boz rəngli gödəkçənin sağ cibində siqaret qutusunda ona məxsus olan üzərində “«Прегабалин Крка 300 мг» yazı olan 2 ədəd dərman "Peqabalin" həbibi aşkar edərək götürüb onu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə dəvət etdiklərini, Daxili İşlər Nazirliyində ona hüquq və vəzifələrini izah edib, müdafiəçi ilə təmin olunduğunu bildirmişdir. Verilmiş suallara cavab olaraq Şəxs üzərində aşkar edilmiş iki ədəd "Preqabalin" dərmanı özü istifadə etmək üçün aldığını, hər-hansı şəxsə satmadığını bildirmişdir. Şəxs üzərində aşkar olunan, iki ədəd üzərində "Прегабалин Крка 300 мг yazısı olan dərmanın güclü təsir edən madda olub-olmamasını müəyyən etmək üçün Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ekspertiza təyin edilmiş, 27 fevral 2026-ci il tarixli, 184 nömrəli ekspert rəyində, ekspertizaya təqdim edilmiş 01 ədəd kəsilmiş konvalyutda olan 02 ədəd kapsul formasında dərman preparatının 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güelü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na (1 nömrəli əlavə) daxil olmuş "Preqabalin" olduğu, 02 ədəd preqabalin kapsullarının tərkibində Preqabalin təsiredici maddəsinin miqdarı -0.6 qram olduğu göstərilmişdir. Araşdırma zamanı Şəxs narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə edibetməməsinin, narkotik vasitələrdən asılılığının olub-olmamasının, həmçinin asılılıq müəyyən ediləcəyi təqdirdə müalicəyə ehtiyacının olub-olmamasının müəyyən edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası X2 məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası X7 tərəfindən verilmiş 27 fevral 2026-cı il tarixli, 111 saylı ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki. Şəxs güclü təsiredici dərman vasitələri və kannabinoidlərin birgə qəbulu narkomaniyasından əziyyət çəkir, hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyac yoxdur. Həmçinin müəyyən edilmişdir ki, Şəxs 26 fevral 2026-cı il tarixdə sidik narko-test vasitəsilə müayinədən keçirilmiş, aparılmış laborator analizlərin nəticəsinə əsasən onun orqanizmində THC (tetrahidrokannabinol) və MTD (metadon) maddələri müsbət nəticə ilə aşkar olunmuşdur. Beləliklə də, Şəxs üzərində aşkar edilmiş "Preqabalin" dərmanı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunan narkotik vasitələrin Siyahısı'na daxil edilməmiş və narkotik vasitə və ya psixotrop maddə hesab olunmur. Həmin maddənin satış və ya yayılma faktı müəyyən edilmədiyi, yalnız şəxsi istifadə məqsədilə saxlanılması hallarında isə bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibi yaratmır. Şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2004-cü il təvəllüdlü, Astara rayonunda anadan olmuş, əvvəllər məhkum olunmamış, ünvan 7 ünvanında qeydiyyatda olan, Naxçıvan şəhəri, 58-ci məhəllə, döngə 6. ev 32 ünvanında yaşayan Şəxs dərhal azad edilmiş, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cu maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Naxçıvan Muxtar Respublikası DİN-in Cinayət Axtarışı İdarəsinə göndərilmiş, Şəxs üzərində aşkar edilmiş Preqabalin dərman preparatı saxlanılması üçün Naxçıvan MR DİN-in Maddi-Texniki Təminat şöbəsinə təhvil verilmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında dərmanı reseptlə istifadə etdiyini, qabırğasında ağrı olduğu üçün istifadə etdiyini, yuxu dərmanı kimi istifadə etdiyini, ağrıları olduğunu bildirərək ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi məhkəmə araşdırması zamanı özünün etirafı və iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Şəxs üzərində aşkar olunan, iki ədəd üzərində "Прегабалин Крка 300 мг yazısı olan dərmanın güclü təsir edən maddə olub-olmamasını müəyyən etmək üçün Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ekspertiza təyin edilmiş, 27 fevral 2026-ci il tarixli, 184 nömrəli ekspert rəyində, ekspertizaya təqdim edilmiş 01 ədəd kəsilmiş konvalyutda olan 02 ədəd kapsul formasında dərman preparatının 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güelü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na (1 nömrəli əlavə) daxil olmuş "Preqabalin" olduğu, 02 ədəd preqabalin kapsullarının tərkibində Preqabalin təsiredici maddəsinin miqdarı -0.6 qram olduğu göstərilmişdir. Naxçıvan MR X3 rəhbərliyi 27 fevral 2026-cı il tarixli, 111 saylı ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki. Şəxs güclü təsiredici dərman vasitələri və kannabinoidlərin birgə qəbulu narkomaniyasından əziyyət çəkir, hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyac yoxdur. Həmçinin müəyyən edilmişdir ki, Şəxs 26 fevral 2026-cı il tarixdə sidik narko-test vasitəsilə müayinədən keçirilmiş, aparılmış laborator analizlərin nəticəsinə əsasən onun orqanizmində THC (tetrahidrokannabinol) və MTD (metadon) maddələri müsbət nəticə ilə aşkar olunmuşdur. 24 fevral 2026-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs xx.xx.2026-cı il tarixdə saat 14:30-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında protokola, əsasən, inzibati qaydada tutulmuş Şəxs hüquqularının müdafiəçisi X5 və digərləri tərəfindən müdafiə edilməsinə etirazını bildirməklə müdafiəçilərdən imtina etmişdir. xx.xx.2026-cı il tarixli, MN seriyalı və ******* nömrəli İnzibati Xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada, əsasən, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında materiallara baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə inzibati xəta törədən şəxsin etirafını, səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirici hallar kimi nəzərə alır. İşdə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin birinci hissəsinə əsasən tibbi yoxlama yalnız şəxsin narkomanlıq xəstəliyinə düçar olmasının ("narkoman" olduğunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyət formasından asılı olmayaraq narkoloji-tibb müəssisələrində həyata keçirilir. “Y.Budaqov” adına Naxçıvan Muxtar Respublikası X3 xx.xx.2026-ci il tarixdə verilmiş 111 nömrəli rəyində Şəxs narkotik asıllığı olmadığına görə müalicəyə ehtiyacının olmaması qeyd edilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə olunmalıdır. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Konstitusiyasının 129, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 43.1, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz ) manat miqdarında cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar