Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-119/2026 03.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib edən şəxs Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkili polis kapitanı X3 iştirakı ilə xx.xx.1996-cı ildə Şərur rayonu Oğlanqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmuş, Şərur rayonu Oğlanqala kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokola əlavə edilən xx.xx.2026-cı il tarixli raporta əsasən "tik-tok" sosial şəbəkəsində "saneneeee102" profilinin istifadəçisi, Şərur rayonu, Oğlanqala kəndində qeydiyyatda olan Şəxs ictimai mənəviyyatı təhqir edən əxlaqsız ifadələr səsləndirməklə canlı yayımlar təşkil etmiş və video görüntülər paylaşmışdır. Bu səbəbdən Şəxs barəsində qanunvericiliyin tələbinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə dəvət olunmuşdur. Aparılmış araşdırma zamanı Şəxs “tik-tok" sosial şəbəkəsində “saneneeee102" adlı özünə məxsus olan profildə ünvansız nalayiq ifadələr səsləndirdiyi və ictimai mənəviyyatı təhqir etdiyi müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli material xx.xx.2026-cı il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkili polis kapitanı X5 tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, ******* nömrəli protokolda qeyd olunmuşdur ki, Şəxs Els evər qızı “tik-tok" sosial şəbəkəsində “saneneeee102" adlı özünə məxsus olan profildə ünvansız nalayiq ifadələr səsləndirdiyi və ictimai mənəviyyatı təhqir etdiyi müəyyən edilmişdir. xx.xx.2026-cı il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, vətəndaş Şəxs ünvansız nalayiq ifadələr səsləndirdiyi və ictimai mənəviyyatı təhqir etdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “X10 X9 X6” xx.xx.2026-cı il tarixli protokola, əsasən, Şəxs bir ədəd mobil telefon və bir ədəd açar aşkar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilən xx.xx.2026-cı il tarixli İnzibati xəta haqqında icraat materialı üzrə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında protokola əsasən Naxçıvan MR DİN-nin Cinayət Axtarışı İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı X5 inzibati xəta haqqında icraat materialı üzrə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs qıznın və Naxçıvan şəhər hüquq məsləhətxanasının vəkili X1 iştirakı ilə protokol tərtib edilmiş, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs müdafiəçi təqdim etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs Elsever qızı hüquqularının müdafiəçisi kimi X2 və digərləri tərəfindən müdafa edilməsinə etirazını bildirməklə müdafiəçilərdən imtina etmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi ifadəsində sosial mediyada tik-tokda söyüş söydüyünü, tanımadığı şəxslərin özünü söydüyünü, onun da onları söydüyünü, canlı yayın etdiyini, oradan gəlir götürmədiyini, canlı yayını hobi kimi etdiyini, pis sözlər işlətdiyini, məsuliyyət daşıdığını bildiyini, yayının fevral ayında olduğunu, dəqiq tarixi bilmədiyini, video-görüntülərdə özünün olduğunu, bir daha belə bir hərəkət etməyəcəyini bildirmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs X5 məhkəməyə verdiyi ifadəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs “tik-tok" sosial şəbəkəsində “saneneeee102" adlı özünə məxsus olan profildə ünvansız nalayiq ifadələr səsləndirdiyi və ictimai mənəviyyatı təhqir etmiş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı, şahidlərin ifadələri və iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2026cı il tarixdə saat 09:15-də inzibati qaydada tutulmuş və saat xx.xx.2026-cı il tarixdə saat 10:15-də azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilinib 10 ( on )gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 03 mart 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X7 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(5-88)-119/2026
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-88)-119/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver