Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-12/2026 08.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxs X9 iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, 1 uşaq atası, ali təhsilli, həkim işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 08 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 40 ildir NMR-da həkim-stomatoloq vəzifəsində işlədiyini, həm dövlət, həm də özəl olaraq işlədiyini, hal-hazırda öz klinikası olduğunu, 2015-ci ildən rəsmi qaydada fəaliyyət göstərdiyini, klinikasında onunla birgə 5 həkim, diş texnikləri və tibb bacıları olduğunu, rəhbərlik etdiyi klinikada indiyə qədər heç bir cinayət xarakterli hadisə baş vermədiyini, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən onlara nəzarət kitabı verildiyini, klinikaya gələnlərin ilk növbədə orada qeydiyyatının aparılmalı olduğunu, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşının 3 il bundan əvvəl klinikasına gələrək həkimlərin hərəsindən 3000 manat pul istədiyini, özü klinikaya gələndə isə dişi ağrıdığı üçün gəldiyini bildirdiyini, həkimlərdən birinin istədiyi məbləği ona verdiyini, bundan sonra özünün şikayətlər etdiyini, həmin məbləğin problem çıxmasın deyə qaytarıldığını, bu hadisədən sonra da heç bir polis əməkdaşının qeyri-qanuni klinikasına gələndə onları içəri buraxmaq istəmədiyini, 04 yanvar 2026-cı il tarixi həm bayram, həm də bazar günü olduğunu, həmin günü qonaqlığa getdiyini və içkili olduğunu, klinikaya gələn Fərhad adlı tələbə olduğunu, onun zəng edib narahatlıq olduğunu bildirdiyi üçün təcili olaraq klinikaya gəldiyini, xəstənin olmadığını, xəstəxanadan iynə vurulandan sonra çıxıb getdiyini dediklərini, xəstəyə şoka düşəcəyi iynə vurulmadığını, oğlunun da həmin klinikada işlədiyini, ilkin köməklik göstərdiklərini, sonra xəstənin çıxıb getdiyini, sonra polis əməkdaşlarının klinikaya gəldiklərini, Həsən adlı şəxsin kompüterin düz başında dayandığını, özünün də xəstəni müalicə etdiyini, polis əməkdaşlarına qeydiyyatda işləyən şəxsin hal-hazırda işdə olmadığını, həm bayram, həm də bazar günü olduğunu, sonra gəlmələrini bildirdiyini, işlərinə maneə olduğunu dediklərini, kompüterin işləmədiyini, xəstə olmadığını, bayram və bazar günü olduğunu, sabah iş günü ərzində hansı sənəd istəsələr verə biləcəyini dediyini, bunun nəticəsində polis əməkdaşlarına hansı maneədən söhbət gedə biləcəyini, özlərinin səhlənkarlıqları olmadığını, Fərhadın qorxudan qaçdığını, “polis məni axtarır, həkim durma gəl” dediyini, müəssisəyə necə daxil olublarsa, qorxduğunu, polis əməkdaşları tərəfindən ona fiziki güc tətbiq edilmədiyini, hər hansı hədə olmadığını, Həsən Xəlilovun birbaşa kompüterə yaxınlaşdığını, özünün də ona kilidli olduğunu dediyini, anlamadığını gördüyü üçün də “çıx bayıra” dediyini, özünün polis əməkdaşına “rədd ol” demədiyini, prokurorluq əməkdaşına “rədd ol” dediyini, prokurorun özünü təqdim etmədiyi və çəkiliş apardığı üçün ona “rədd ol” dediyini, vəzifəsini təsdiq edən heç bir sənəd təqdim etmədiyini, formada da olmadığını, səhər gəldiklərini, məlumat da götürdüklərini, hətta çay da verdiklərini, prokurorun otağında əyləşməyinə icazə vermədiyini, “əlini cibindən çıxar” dediyini, “çıxarmıram” dediyini, üstünə yeriyib onu vurmaq istədiyini, “sən məni vura bilmərsən” dediyini, özünün prokurorun qolundan tutmadığını, “rədd ol” dediyini, ancaq qolundan tutmadığını, içkili olduğunu, normalda elə davranmayacağını, sözlərinə nəzarət etməmiş ola biləcəyini, onu içki testinə apardıqlarını, testdə çıxmadığını, çünki üzərindən müddət keçdiyini, ancaq özünün içkili olduğunu etiraf etdiyini, “rədd ol” sözünü hər gün oğluna da işlətdiyini, ondan yaşca balaca olduqları üçün dediyini, üzr də istədiyini, ancaq protokolun əsaslı olmadığını, polisə heç bir tabesizlik etmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X19 izahatında şəxsin DİN əməkdaşı ilə bağlı bildirdiklərinin hal-hazırki məsələyə heç bir aidiyyəti olmadığını, 04 yanvar 2026-cı il tarixdə Həsən Xəlilovla birlikdə istintaq qrupunda xidmətdə olduqlarını, 102 qaynar xəttinə klinikada iynə vurulandan sonra narahatlıq olması ilə bağlı məlumat daxil olduğunun bildirildiyini, şəxsin ünvanına getdiklərini, şəxsin narahat olduğunu, qeydiyyatını götürüb, klinikanı öyrəndiklərini, özü yaxşı olmadığı üçün özü ilə danışa bilmədiklərini, klinikaya yaxınlaşdıqlarını, daxil olmuş məlumat sağlamlıqla bağlı olduğu üçün 1 nömrəli qeydiyyat kitabında qeydə alınıb Həsən Xəlilova araşdırma üçün həvalə olunduğunu, klinikada Şəxs olmadığını, onun oğlu Tural Hümbətov və Fərhad Melmassinin olduğunu, Həsən Xəlilov istintaq və təhqiqat işin apardığı üçün işi onun apardığını, Tural Hümbətova xəstənin məlumatlarını dedikdən sonra özünün baxmadığını dediyini, Fərhadın isə onun baxdığını, iynə vurduğunu, halının qarışdığını, sonra getdiyini bildirdiyini, Həsən Xəlilovun şəxsdən ad, soyad, ata adını soruşduğunu, Fərhadın isə həkimə xəbər vermək istədiyini dediyini, özlərinin də xəbər vermək üçün şərait yaratdıqlarını, şəxsin telefonla danışmaq üçün başqa otağa keçdiyini, bir neçə dəqiqədən sonra gəlmədiyini görəndə otağa baxdıqlarını, şəxsin pəncərədən qaçdığının məlum olduğunu, bunun özlərində şübhə yaratdığını, Naxçıvan Dövlət Universitetinə doğru şəxsi axtarmaq məqsədilə gedərkən şəxsin klinikaya qayıtmağı ilə bağlı məlumat aldıqlarını, yenidən klinikaya qayıtdıqlarını, hadisənin 04 yanvar 2026-cı il tarixdə baş verdiyini, saatı dəqiq olaraq bilmədiyini, məlumat aldıqdan 20 dəqiqə sonra klinikaya getdiklərini, klinikadan ayrıldıqdan 15 dəqiqə sonra isə yenidən oraya qayıtdıqlarını, bu dəfə klinikada Kamran həkimin də olduğunu, X33 həkimə yaxınlaşdığını, Kamran həkimin “niyə gəlmisiz?” buraya dediyini, Həsən Xəlilovun vəziyyəti izah etdiyini, “polis burada nə edir, polis kimdir, bura özəl müəssisədir, mənim müəssisəmdir, polis qeydiyyat götürə bilməz, buradan çıxın, rədd olun” kimi sözlər işlətdiyini, özləri ətrafda başqa şəxslər olduğu üçün oradan uzaqlaşdıqlarını, başqa hadisə baş verən yerə getdiklərini, daha sonra prokurorluq əməkdaşları ilə də problem olduğu barədə məlumat verildiyini, ilkin araşdırma aparılandan sonra prokurorluğa məlumat verildiyini, sağlamlıq və əmlakla bağlı olan bütün hadisələr barəsində ilkin araşdırmadan sonra prokurorluğa məlumat verildiyini, ilkin qeydiyyat və izahatlardan sonra icraata verildiyini, “gedin, sabah gələrsiz” sözünü Fərhadın demədiyini, qeydiyyat məlumatlarını vermədən pəncərədən qaçdığını, özlərində şübhə yaratdığını, Şəxs ikinci gəlişlərində “gedin, sabah gələrsiz” dediyini, həkimin onlara qarşı aqressiv davrandığını, müəyyən sözlər dediyini, sonra “gedin iş vaxtı gələrsiz” dediyini, Həsən Xəlilovun da özləri üçün növbəli iş vaxtı olduğunu, onun da burada olduğunu dediyini, qapını açdığını, “çıxın çölə, rədd olun” dediyini, üçüncü dəfə də gələndə prokurorluq əməkdaşlarına qarşı da eyni hərəkətləri davam etdirdiyini, daha sonra həkimə yenidən yaxınlaşdıqlarını, onunla söhbət etdiklərini, sonra birlikdə prokurorluğa getdiklərini, özlərinin təmsil etdikləri qurumun adından çıxış etdiklərini, heç kimin Kamran həkimə qarşı zor tətbiq etmədiyini, tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə etdiyini, şəxsə qarşı əməkdaşlar tərəfindən kobud davranış olmadığını, lakin şəxsin tabesizlik etdiyini bildirərək protokolun təmin olunmasını məhkəmədən xahiş etdi. X13 məhkəmə iclasında verdiyi ifadəsində 04 yanvar 2026-cı il tarixdə daxil olmuş məlumat əsasında şəxsin yaşadığı ünvana getdiklərini, dişlərinin kilitləndiyini, şok vəziyyətində olduğunu, şəxsi danışdıra bilmədiklərini, 102-yə məlumat verilən zaman Kamran həkimin adının verildiyini, klinikanı da öyrənib oraya getdiklərini, Kamran həkimin olmadığını, yaxınlaşdıqlarını, birinci elə bir hadisə olmadığı kimi özlərini apardıqlarını, həkimin oğlunun da orada olduğunu, İranlı tələbə olduğunu, onun özünün heç nə etmədiyini bildirdiyini, sonra həkimə zəng etmək adı ilə başqa otağa keçdiyini, bir müddət sonra şəxsin pəncərədən qaçdığını bildiklərini, sonra şəxsi axtarmaq üçün getdiklərini, Naxçıvan Dövlət Universitetinin tələbə yataqxanasında qaldığını öyrəndiklərini, klinikaya qayıtdığı barədə məlumat aldıqdan sonra bir də qayıtdıqlarını, gəldikləri zaman həkimin də orada olduğunu, şəxslə danışmaq istədiklərini, onu izahat üçün dəvət etdikləri zaman həkimin icazə vermədiyini, “rədd olun, gedin” dediyini, sonra da başqa hadisə yerinə getməli olduqlarını, məruzə etdiyi zaman araşdırmasının prokurorluqda olduğu üçün onlara bildirdiyini, özünün kompüterə baxmadığını, sadəcə qeydiyyat üçün getdiklərini, sair cinayət kimi düşdüyü üçün vətəndaşın yanına dərhal getdiklərini, evində şok vəziyyətdə olduğunu, klinikada təxirəsalınmaz hal araşdırma aparmaq olduğunu, şəxsin məlumatlarını götürə bilmədiklərini, izahat üçün dəvət edəcəkləri şəxsin məlumatlarını bilmədiklərini, xüsusilə İranlı olduğunu, danışığından azərbaycanlı olmadığını bildiyini, Kamran həkimin həm onlara, həm də prokurorluq əməkdaşlarına “rədd ol” dediyini, ad, soyad, ata adını tələbənin bildirmədiyini, qaçmağı şübhə yaratdığı üçün araşdırmağa başladığını, koridor dar olduğu üçün kompüterin yanında durduğunu, dişi kilidləndiyi üçün şok vəziyyətində olduğunu dediyini bildirdi. X3 məhkəmə iclasında verdiyi ifadəsində özünün 2024-cü ildən həkimin yanında tələbə kimi praktika keçdiyini, bəzi yüngülvari işləri həkimin icazəsi ilə özünün gördüyünü, hadisə olan günü həkimin klinikada olmadığını, bir xəstənin gəldiyini, kök xanım olduğunu, işlətdikləri dərmanların bütün apteklərdə satılan dərman olduğunu, kök olduğu üçün problem yaşandığını, yemək yediyini, əvvəlcədən keyləşdirici dərman istifadə edibetməməsini soruşduğunu, ümumi suallar verdiyini, iynə vurandan sonra koridorda oturduğunu, titrətmə başladığını, çölə çıxıb gəlməyə başladığını, necə olduğunu soruşduğunu, “yaxşıyam” dediyini, Tural həkimi çağırdığını, problem olmadığını dediyini, sonra qadının çıxıb getdiyini, acil çağırdıqlarını, şoka düşmədiyinin bəlli olduğunu, vəziyyətinin də düzəldiyini, yarım saat sonra polisin gəldiyini, polisin ona “bizimlə gəlməlisən” dediyini, Kamran həkimin “heç kimi apara bilmərsiz” dediyini, icazələrinin olmadığını bildirdiyini, “çıxın çölə” dediyini, sonra özünün də yataqxanaya getdiyini, ondan əvvəl də polis əməkdaşlarının gəldiklərini, şikayət olduğunu bildirdiklərini, özünün iynəni vurduğumu dediyini, adını, soyadını soruşduqlarını, özünün də dediyini, hansı ölkə vətəndaşı olduğunu da soruşduqlarını, özünün də dediyini, sonra “bizimlə şöbəyə getməlisiniz” dediklərini, qorxduğunu, Kamran həkimə zəng etmək istədiyini, sonra pəncərədən qorxduğu üçün qaçdığını, ancaq peşman olduğunu, səhv etdiyini bilib qayıtdığını, polis əməkdaşlarının “bizimlə gedib izahat verməlisiz” dediklərini, həkimin də ciddi hadisə olmadığını deyib icazə vermədiyini, iynə vuranın özü olduğunu dediyini, polis əməkdaşları tərəfindən heç bir zor tətbiq olunmadığını, narahatedici hərəkətləri də olmadığını, ancaq polis formasında birini görməyin belə qorxuducu olduğunu, stress verdiyini, 5 gündür normal yata bilmədiyini, polis əməkdaşlarına ilk gəldikləri vaxt ad, soyad, ata adı dediyini, hətta Elnur Muradovun onun soyadını yazmaqda çətinlik çəkdiyi üçün dəftəri alıb özünün orada qeyd etmək istədiyini, Kamran həkimin polisə rədd ol dediyini eşitmədiyini bildirdi. X4 məhkəmə iclasında verdiyi ifadəsində 04 yanvar 2026-cı il tarixdə növbədə olan zaman Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş məlumat əsasında Şəxs məxsus klinikaya hadisə yerinə baxış üçün gedərək özünü təqdim etdiyini, Şəxs isə “yoldaş prokuror, bu obyektə girə bilmərsiz, rədd olun çölə” dediyini, özünün də “başüstə” deyib çıxdığını, sonra da prokurora məruzə etdiyini, sonra da polis əməkdaşlarının gəldiyini, yenə də tabesizlik etdiyini, özünün təqrirlə müraciət etdiyini, videogörüntüdə də dediklərinin öz əksini tapdığını bildirdi. X5 məhkəmə iclasında verdiyi ifadəsində daxil olmuş məlumat əsasında 04 yanvar 2026-cı il tarixdə hadisə yerinə getdiyini, özü gedən zaman həkimin orada olmadığını, X24 həkimin onun qolundan tutaraq, “rədd olun” dediyini, onu klinikaya qoymadığını bildirdiyini, sonra həkimin oğlunun atasının istirahət etdiyini dediyini, baxış keçirməyə onlara şərait yaradılmadığını, şikayət edən şəxsin ünvanına getdiklərini, xanımın pis vəziyyətdə olduğunu, sonra yenidən hadisə yerinə qayıtdıqlarını, Kamran həkimin gəlib “siz burada nə edirsiz?” dediyini, səbəbini bildirdiklərini, “siz burda baxış keçirə bilmərsiniz” dediyini, Elməddin müəllimin də danışığına fikir verməyini bildirdiyini, “rədd ol demisiniz” dediyini, Kamran həkimin də “hə, demişəm, yaxşı etmişəm” dediyini, baxış keçirmək istədiklərini, icazə vermədiyini, qapını örtdüyünü, kilidlədiyini, “siz həkim deyilsiniz” dediyini bildirdi. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin məsul növbətçisi, polis baş leytenantı Şirxan Şirəliyev tərəfindən tərtib olunmuş 04 yanvar 2026-cı il tarixli raportda qeyd olunmuşdur ki, xx.xx.2026-ci il tarixdə saat 15:51-də Şərur rayonu Çərçiboğan kəndində yaşayan, xx.xx.2005-ci il təvəllüdlü, X20 ***-***-**-** mobil nömrəsi ilə DİN-nin 102 zəng mərkəzinə zəng edərək, bacısı Səfərova Əfsanənin İcra Hakimiyyətinin yanında diş həkiminə getməsini, Kamran adlı diş həkiminin ona 2 ağrıkəsici iynə vurmasını, vəziyyətinin hal-hazırda pis olmasını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Prokurorluğu tərəfindən Naxçıvan şəhər Polis İdarəsinə ünvanlanmış 06 yanvar 2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, “Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş telefon məlumatı əsasında Naxçıvan Şəhər Prokurorluğunda 01C-26 nömrəli material araşdırılır. İlkin araşdırma zamanı müəyyən olunmuşdur ki, 02 may 1985-ci il tarixdə İran İslam Respublikasında anadan olmuş X2 şəhəri Heydər Əliyev prospekti 64 ünvanında yerləşən "İmplant Dent" stomatoloji klinikasında xəstə X6 alt çənəsinə "Lidokain" və "Adrenalin" qarışığı olan iynəni inyeksiya etdikdən sonra xəstənin halı pisləşmişdir. Polis İdarəsinə daxil olmuş telefon məlumatı əsasında hadisə yerinə getmiş polis və prokurorluq əməkdaşlarına "İmplant Dent" stomatoloji klinikasının baş həkimi Şəxs tabesizlik göstərmişdir. Belə ki, Şəxs özü Naxçıvan Şəhər Prokurorluğunda vermiş olduğu izahatında göstərmişdir ki, "Fərhad mənə həmin qadının bir az titrətməsi olduğunu və getdiyini dedi. Həmin vaxta polis əməkdaşları da klinikaya gəlmişdir əsəbi və sərxoş olduğum üçün onları da klinikaya buraxmamışam". Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Sizə göndərilir”. Naxçıvan şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X22 tərəfindən tərtib edilmiş 05 yanvar 2025-ci il tarixli təqrirdə qeyd edilmişdir ki, 04 yanvar 2026-cı il tarixdə növbədə olduğu müddət ərzində saat 16:20-də Naxçıvan Şəhər Polis İdarəsinin məsul növbətçisi, polis baş leytenantı X16 Şəhər Prokurorluğunun xidməti istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng vuraraq Naxçıvan şəhəri X27 Kilinika"sında Fərhad adlı şəxs tərəfindən Babək rayon Cəhri kənd sakini X11 inyeksiya edilməsi və inyeksiyadan şoka düşməsi barədə məlumat verilmişdir. Məlumat üzrə ünvan 5 ünvanına getmişdir və hamıya açıq olan giriş qapısını açaraq klinikaya daxil olmuşdur. Klinikanın sol hissəsində kabinetdə əyləşən klinikanın rəhbəri Şəxs özünü təqdim edərək 102 xidmətinə məlumatın daxil olduğunu həmin məlumatda X1 Fərhad adlı şəxs tərəfindən inyeksiya edildikdən sonra şoka düşdüyünü ona görə də hadisə yerinə baxış keçirməklə yanaşı həkimin izahatının alınmasını bildirmişdir. Şəxs orada olan şəxslərə və dövlətin səhaliyyətli orqanın-hakimiyyət nümayəndəsinin tələbinə məhəl qoymadan yerindən duraraq “yoldaş prokuror sizin bura girməyə ixtiyarınız yoxdur rədd olun burdan" ifadəsini bir neçə dəfə təkrar etmişdir. O, etik davranış qaydalarını gözləyərək çölə çıxmışdır. Şəxs onun arxasınca düşərək yenə də "rədd olun burdan yoldaş prokuror" sözlərini təkrar etmişdir. Şəxs bununla yetinməyərək klinikanın çölündə ictimai yerdə, polis əməkdaşları və digər şəxslərin yanında "siz çobansız" sözünü şəxsən özünün üzünə demişdir. Bununla kifayətlənməyərək hətta "siz prokuror deyilsiniz meşədən çıxıb prokurorluq edirsiz" sözləri ilə onun şəxsiyyətini təhqir etmişdir. Həmin söz və ifadələr video ilə görüntülənmişdir. Həmçinin polis əməkdaşları və özlərinin iştirakları ilə baxış keçirilməsi istənilsə də Şəxs tərəfindən ünvanına aşkar şəkildə təhqiramiz formada təkrarən "meşədən gəlmisən prokurorluq eliyirsən" deməklə öz hərəkətini davam ertdirmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru Elnur Muradov tərəfindən tərtib olunmuş 08 yanvar 2026-cı il tarixli raportda qeyd olunmuşdur ki, xx.xx.2026-cı il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin istintaqəməliyyat qrupunda növbədə olarkən AR DİN-102 xidməti zəng mərkəzinə vətəndaş X12 Naxçıvan şəhər H.Əliyev prospekti ev-64, mənzil-29 ünvanında yerləşən "Tural Dental" stomatoloji klinikdə həkim qəbulunda olarkən həkim tərəfindən vurulmuş iynədən narahat olub xəstəxanaya müraciət etdiyini bildirmişdir. Vətəndaş müraciəti araşdırılması məqsədilə istintaq əməliyyat qrupunda olduğuna görə o və Həsən Xəlilov həmin ünvana getmişlər. Həmin ünvanda əslən İran İslam Respublikasından olduğunu haliyədə Naxçıvan Dövlət Universitetində təhsil aldığını həmin klinikdə stajor (təcrübə müddəti) kimi xidmət göstərdiyini bildirən Farhad Melmassi ilə söhbət aparılmışdır. O həqiqətən də iynənin onun tərəfindən vurulduğunu, lakin klinika rəhbərinin gəlməsini gözləməli olduqlarını bildirmişdir. Bir neçə dəqiqə sonra o otağa üst geyimini dəyişib çıxması ilə bağlı daxil olmuş, lakin otağın pəncərəsindən çıxaraq qaçmışdır. Onlar da həmin şəxsin oradan uzaqlaşmasını bilib, klinikadan çıxmışlar. Bir neçə dəqiqə sonra təkrar məlumat daxil olmuşdur ki, klinikaya geri qayıdıb. O və Həsən Xəlilov klinikaya geri qayıtdıqda klinika rəhbəri olduğunu bildirən, Naxçıvan şəhərində yaşayan həkim kimi tanıdığı Kamran adlı şəxs onlara qarşı kobudçuluq nümayiş elətdirib nə üçün onun iş rejimi pozduqlarını, təcili klinikanı tərk etməli olduqlarını və qapını açaraq çölə çıxmalarını bildirmişdir. Vətəndaşların olduğu nəzərə alınaraq mübahisə yaranmaması məqsədilə klinikadan çölə çıxıb hadisə ilə bağlı hadisənin klinikada baş verməsi öz təsdiqini tapdığı üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Prokurorluğuna məlumat verilmiş və onlar oradan uzaqlaşmışlar. Bir müddət sonra növbətçi hissəyə məlumat verilmişdir ki, qeyd olunan ünvana yaxınlaşan prokurorluq əməkdaşlarına da Kamran həkim tərəfindən eyni qaydada kobudçuluq nümayiş olunub və səs-küy salaraq təhqiramiz ifadələr işlədilmişdir. Onlar yenidən oraya qayıtmış, müşahidə etmişlər ki, Kamran həkim prokurorluğun əməkdaşına qarşı "qoyun, çoban, rədd ol" kimi ifadələr işlədir. O tərəflərindən olunan iradlarına məhəl qoymayıb ifadələrinin digər məna kəsb etmədiyini, İran İslam Respublikasında rədd ol sözünün dön demək olduğunu bildirərək, ələ salar formada rəftar etməyə başlamışdır. Həmin şəxsə hərəkətlərinə son verməsinə, prokurorluq əməkdaşlarının araşdırma aparılmasına maneçilik törətməməsinə dair qanuni tələblər irəli sürsələr də, o tələblərinə məhəl qoymayaraq qəsdən mübahisə yaratmağa çalışmış, yuxarıda qeyd etdiyi ifadələri təkrartəkrar ifadə edərək, özünün sərxoş olduğunu, əgər qanun pozursa barəsində tədbir görülə biləcəyini bildirmişdir. Prokurorluq əməkdaşları dəfələrlə onun izahatının alınması üçün Naxçıvan Şəhər Prokurorluğuna dəvət etmələrinə baxmayaraq o gəlməyəcəyini barəsində məcburi gətirilmə ilə bağlı, müvafiq tədbirlərin həyata keçirilməsini, “gücünüz çatırsa aparın” kimi ifadələr işlətmişdir. Onlar da dəvət olunan digər naryadların köməkliyi ilə Kamran həkimi prokurorluğa dəvət etmişlər. Prokurorluqda şəxsiyyəti müəyyən olunan zaman şəxsin ünvan 8 ünvanında qeydiyyatda olan və ünvan 9n, xx.xx.1961-ci il təvəllüdlü Şəxs olduğu müəyyən olunmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 08 yanvar 2026-cı il tarixdə saat 12:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş video görüntülərin köçürüldüyü bir ədəd DVD-yə məhkəmə iclasında baxış keçirilmiş və baxış zamanı klinikanın daxilində Şəxs, polis əməkdaşları X19 və X21 və başqa şəxslərin (xəstə və ya xəstə yaxınları olduğu güman edilir) olduğu, Şəxs ilə polis əməkdaşları arasında danışıq olduğu, onların nə isə danışdığı, daha sonra onlara qapını göstərməsi və qapıdan yola salması müəyyən edilmiş, lakin həmin videogörüntüdə səs olmadığı üçün Şəxs ilə polis əməkdaşları arasında olan danışıqların məzmunu müəyyən edilə bilməmişdir. İş materiallarına əlavə edilmiş video görüntülərin köçürüldüyü bir ədəd DVD-yə məhkəmə iclasında baxış keçirilmiş və baxış zamanı Şəxs “buranı Vergilər Nazirliyi və Səhiyyə Nazirliyinin yaradıb, sizin bura girməyə ixtiyarınız çatmır başa düşdünüz məni? dediyi, prokurorluq əməkdaşlarının “314-cü maddə ilə səhlənkarlıq var” dediyi, Şəxs “nə 314-cü maddə, ortada həkim səhlənkarlığı yoxdur, həkim iynə vurub, hamı şoka düşə bilər” dediyi, X14 “102-yə məlumat daxil olub, məni prokuror göndərib, öz başıma gəlməmişəm” dediyi, Şəxs “yaxşı eləmisən, camaatı bazar günü niyə narahat edirsən, 1-ci gün iş günüdür gəl araşdır” dediyi, X14 “mədəni şəkildə araşdırmaq üçün gəldim, sən “yoldaş prokuror rədd ol eşiyə” dedin” dediyi, Şəxs “rədd ol İranda döngəni dön deməkdi” dediyi, X14 “çoban deyiləm mən” dediyi, Şəxs “çobansan elə” dediyi, X14 “sən özün çobansan” dediyi, Şəxs “meşədən gəlmisən prokurorluq edirsən, gəlmisən klinikada olanları narahat edirsən” dediyi, X14 “narahat etmirəm, mən bura özbaşına gəlməmişəm, prokurorun göstərişidir, Qalib müəllimin” dediyi, Şəxs isə sonda “mən heç yerə getməyəcəyəm, gedin” dediyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş video görüntülərin köçürüldüyü bir ədəd DVD-yə məhkəmə iclasında baxış keçirilmiş və baxış zamanı "Tural Dental" stomatoloji klinikasının önündə Şəxs və prokurorluq əməkdaşları X14 və X15 olduğu, Şəxs “kimin barəsində şikayət var, mən kiməm bilirsən, tanıyırsan?” dediyi, X15 “buranın baş həkimi deyilsiniz?” dediyi, Şəxs da “bəli, baş həkimiyəm” dediyi, X15 “zəhmət olmasa yaxınlaşın Naxçıvan şəhər prokurorluğuna” dediyi, Şəxs “bu gün bazar günüdür” dediyi, X15 “həkim, bu gün ola bilər ki, bazar günüdür, faktiki siz də işdə olmusunuz, həkimləriniz də işdə olub, biz də işdəyik, zəhmət olmasa idarəyə yaxınlaşın”, Şəxs “məni işdə görmüsünüz siz?, sən məni işdə görmüsən?” dediyi, X14 telefon vasitəsilə kameraya çəkərək “dediklərinizi bir də təkrarlayın, bayaq içəridə dediklərinizi təkrarlayın” dediyi, Şəxs “rədd ol bayıra demişəm” dediyi, X14 “prokurorluq əməkdaşına “rədd ol” deyirsiniz niyə?” dediyi, Şəxs “gecə saat 8- 9-da gəlib narahat edirsən” dediyi, X14 “gecə saat 3-də də biz hadisə yerinə çıxırıq” dediyi, Şəxs “ortada ölüm yoxdu, anafilaktik şoka düşən adam 10 dəqiqədə məhv olur gedir, 4 dənə mərkəz dayanır, sənin xəbərin yoxdur, mən sənə izahat verirəm, əgər xəstənin yardıma ehtiyacı var idisə, o qalardı yardım edərdik, çıxıb gedib evə burda nə var ki?” dediyi, X14 təkrar “dediyiniz sözləri təkrar edin” dediyi, Şəxs da “elə sənə demişəm” dediyi, X14 “sən səhv iş görmüsən” dediyi, Şəxs “səhv iş görməmişəm, düz deyirəm, siz qeyri-qanuni hərəkət edirsiniz, həkimin əlində xəstə ölə də bilər, hər şey ola bilər, sən nə yazıb pozursan, nə çəkirsən (X17 müraciətdə çəkiliş apardığı üçün), deyirəm ola bilər, biz xəstəyə yardım etməkdən imtina etmirik ki, düzdür?, xəstə burda olsun yardım edək” dediyi, X15 “indi araşdırma gedir, yaxınlaşın Naxçıvan şəhər prokurorluğuna” dediyi, Şəxs “mən xahiş edirəm burdan çıxın gedin” dediyi, X15 “siz danışırsınız, mən müdaxilə etmirəm ki, biz də prokurorluq əməkdaşıyıq, siz də bizim işimizə müdaxilə etməyin, zəhmət olmasa yaxınlaşın Naxçıvan şəhər prokurorluğuna” dediyi, Şəxs “yaxınlaşaram, gedin” dediyi, X15 “yaxınlaşaram yox, indi yaxınlaşın” dediyi, Şəxs “mən niyə sizlə getməliyəm, mənim öz maşınım var” dediyi, X15 “bizlə gedin demirik ki, gözləyirik gəlin gedək” dediyi, Şəxs klinikanın qapısını açaraq içəri girdiyi və “içəri birinizin girməyə ixtiyarı yoxdur” dediyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Hazırki inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutları, tərəflərin izahatlarını, şahid ifadələrini və video materialları hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dispozisiyasına əsasən, inzibati məsuliyyət yalnız polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmama halında yaranır. Göründüyü kimi, bu maddənin tətbiqi üçün eyni vaxtda aşağıdakı şərtlərin mövcudluğu zəruridir:
1. tələbin subyekti polis işçisi və ya hərbi qulluqçu olmalıdır;
2. tələb ictimai qaydanın mühafizəsi ilə bağlı və qanuni olmalıdır;
3. şəxs həmin qanuni tələbə qəsdən tabe olmamalıdır. Həmçinin məhkəmə belə qeyd edir ki, prokurorluq əməkdaşları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş subyekt dairəsinə – polis işçisi və ya hərbi qulluqçu anlayışına aid deyildir. Buna görə də Şəxs prokurorluq əməkdaşlarına qarşı davranışı, yolverilməz hesab edilsə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin subyekt tərkibinə uyğun gəlmir. Başqa sözlə, prokurorluq əməkdaşına qarşı yönəlmiş hər hansı hərəkət və ya ifadə hüquqi baxımdan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilə bilməz, çünki həmin maddə yalnız polis işçisi və ya hərbi qulluqçuya münasibətdə tətbiq oluna bilər. Bu baxımdan Şəxs prokurorluq əməkdaşlarına münasibətdə davranışı hüquqi baxımdan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilə bilməz. Beləliklə, prokurorluq əməkdaşına yönəlmiş hər hansı ifadə və ya hərəkət inzibati xəta tərkibinin subyekt əlamətini formalaşdırmadığından, bu hissədə inzibati məsuliyyət istisna olunur. Məhkəmə araşdırması zamanı Şəxs polis əməkdaşlarının konkret, qanuni və səlahiyyətli tələbinə qəsdən tabe olmaması halı sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibinin formalaşması üçün polis əməkdaşı tərəfindən irəli sürülmüş tələbin aydın, konkret və hüquqi əsaslı olması, həmin tələbin şəxsin dərk edə biləcəyi formada bildirilməsi və şəxsin isə həmin tələbi bilə-bilə və qəsdən yerinə yetirməməsi zəruridir. Hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini “polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama” inzibati xəta əməli kimi qəbul etmək olmaz. Ümumiyyətlə qeyd edilməlidir ki, polisin ixtiyari bir tələbinə qəsdən tabe olmamaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibini yaratmır. Yalnız polisin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Aparılan məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin polisin hər hansı bir qanuni tələbinə tabe olmaması öz təsdiqini tapmamışdır. Çünki protokolu tərtib etmiş şəxs tərəfindən Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə də təqsirliliyini təsdiq edən hər hansı bir sübut protokola əlavə edilməmişdir. Hazırkı iş üzrə isə polis əməkdaşlarının konkret hansı qanuni tələbinin Şəxs tərəfindən qəsdən pozulduğu məhkəmə baxışı zamanı dəqiq və inandırıcı sübutlarla təsdiq olunmamışdır. Tərəflərin izahatlarında və şahid ifadələrində ziddiyyətlər mövcuddur, polis əməkdaşları ilə Şəxs arasında olan danışıqlardan ibarət olan video materialda isə səs olmadığından tərəflər arasında gedən danışığın məzmunu tam müəyyən edilə bilməmişdir. Bu isə inzibati xəta tərkibinin obyektiv tərəfinin şübhəsiz şəkildə sübuta yetirilməsinə imkan vermir. Həmçinin polis əməkdaşları klinikaya daxil olmuş, vəziyyəti araşdırmaq istəmiş, lakin Şəxs tərəfindən “sonra gələrsiniz”, “gedin” kimi ifadələr işlədilmişdir. Lakin bu hallar hüquqi baxımdan polis işçisinin qanuni tələbinə qarşı açıq və qəsdən tabesizlik kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda və inzibati xəta haqqında protokolda ümumi ifadələrə istinad olunmuş, Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması, tabe olmamanın nədə ifadə olunması göstərilməmişdir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı protokolda Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid isə protokol tərtib edən şəxsin tabe olduğu polis qurumunun əməkdaşı olmuşdur ki, məhkəmə hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin bu xarakterdən işlərə yanaşması mövqeyinə əsasən polis əməkdaşının izahatı obyektivlik və qərəzsizlik baxımından xüsusi qiymətləndirməyə tabe olmalıdır. Çünki bu şəxslər işin nəticəsində maraqlı tərəf kimi çıxış edir. Belə ki, AİHM “Kostovski Niderlanda qarşı” (1989) və “Doorson Niderlanda qarşı” (1996) işlərində qeyd etmişdir ki, dövlət ittihamını dəstəkləyən və ya təqibi həyata keçirən orqanın nümayəndələrinin ifadələri müdafiə tərəfinin effektiv şəkildə yoxlaya bilmədiyi halda, həmin ifadələrə əsaslanaraq məsuliyyətin müəyyən edilməsi Konvensiyanın 6-cı maddəsinin pozuntusuna gətirib çıxara bilər. Eyni zamanda, AİHM “Lucà İtaliyaya qarşı” (2001) və “Al-Khawaja və X18rşı” (2011) işlərində vurğulamışdır ki, şəxsin təqsiri yeganə və ya həlledici dərəcədə polis və ya digər dövlət nümayəndəsinin ifadəsinə əsaslandırıldıqda və bu ifadə digər müstəqil sübutlarla təsdiqlənmədikdə, ədalətli məhkəmə araşdırması hüququ pozulmuş hesab olunur. Məhkəmə onu da nəzərə alır ki, AİHM “Bouyid Belçikaya qarşı” (2015) işində polis əməkdaşlarının davranışına və ifadələrinə münasibətdə xüsusi skeptik yanaşmanın zəruriliyini vurğulamış, dövlət orqanları əməkdaşlarının versiyalarının kor-koranə qəbul edilməsinin yolverilməz olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, Şəxs məhkəməyə verdiyi izahatında polis əməkdaşına tabesizlik göstərmədiyini bildirmiş, həmin halı təsdiq edən sübut qismində məhkəməyə video görüntü təqdim edilsə də həmin video görüntünün səsi mövcud olmamış, həmin vaxt şəxsdən hansı qanuni tələbin irəli sürüldüyü nə protokolda nə də digər sənədlərdə əks olunmamış, ümumi sözlərlə polisin qanuni tələbinə tabe olmadığı göstərilmişdir. Sübut qismində polis əməkdaşının izahatını isə məhkəmə yuxarıda sadalananlara əsasən nəzərə ala bilməz çünki işin nəticəsində maraqlı şəxs statusundadır. Həmçinin polis əməkdaşının da izahatında heç bir qanuni tələbin mövcud olduğu aşkarlanmamışdır. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin və ya polis əməkdaşının şahid qismində verdiyi izahatı təkbaşına inzibati məsuliyyət üçün kifayət edən sübut hesab edilə bilməz və digər mötəbər sübutlarla təsdiq olunmalıdır. Hazırkı iş üzrə isə polis əməkdaşlarının izahatları digər obyektiv sübutlarla təsdiq edilmədiyindən, Şəxs təqsirinin sübuta yetirildiyi qənaətinə gəlinmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaması barədə mötəbər və danılmaz sübutlar təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyil. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Hakim: Gülsüm Əliyeva.