Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-153/2026 07.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, protokolu tərtib edən Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyi Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı X6, tərcüməçi X8 iştirakları ilə xx.xx.2003-cü ildə Türkiyə Respublikası, Bingöl Mərkəzdə anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, tələbə, subay, Türkiyə Respublikası Bingöl Mərkəz, İnal məhəlləsi, F bloku, ev 12 ünvanında qeydiyyatda olmaqla Naxçıvan şəhəri, 9cu küçə, ev 7 ünvanında yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN-in Narkotiklərlə Mübarizə İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin saxlanmasında, istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilinən xx.xx.2003-cü il təvəllüdlü, Türkiyə Respublikası Bingöl Mərkəz Simani məhəlləsi ev 15 ünvanında qeydiyyatda olan və Naxçıvan şəhəri, 9cu küçə ev 7 ünvanında yaşayan X18 və xx.xx.2003-cü il təvəllüdlü Türkiyə Respublikası Bingöl Mərkəz, İnal məhəlləsi F bloku ev 12 ünvanında qeydiyyatda olan və Naxçıvan şəhəri, 9-cu küçə ev 7 ünvanında yaşayan X9 06 mart 2026-cı il tarixdə, saat 12:40-da Naxçıvan şəhəri ərazisində saxlanılmış, saat 12:55 radələrində Naxçıvan MR Daxili İşlər Nazirliyinin inzibati binasına gətirilmişdir. Beləliklə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
2. Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyi Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı X11 protokolu müdafiə edərək bildirdi ki, X9 barədə narkotik vasitələrin daşınmasında, istifadəsində məlumat daxil olmuş, tərəflərindən saxlanılaraq baxış keçirilmiş və üzərində hər hansı narkotik vasitə aşkar edilməmişdir. Şəxs narko-testə aparılmış və nəticədə marixuana narkotik vasitəsi müsbət aşkar edilmişdir. Daxil olan məlumata əsasən, Türkiyə Respublikasında İğdır şəhərində istifadə etmişdir. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.
3. Barəsində inzibati protokol tərtib olunan X9 məhkəməyə verdiyi izahatında bildirdi ki, ara-sıra istifadə etmişdir. Azad Gündoğdu ilə ərzaq və paltar alış verişi üçün Türkiyə Respublikasına getmiş və orada istifadə etmişdir. İğdırda bir kofe yerindən almışdır. 4 ay əvvəl də polis tərəfindən saxlanılmış və məhkəməyə gətirilmişdir. O zaman cərimə edilmişdir. Əməlindən peşmandır, bir daha istifadə etməyəcəkdir.
4. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X9 yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və X2 həmin xətanı törətməsi məhkəmə araşdırması zamanı iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir.
5. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir.
6. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respulikası Qanununun 25.1-ci maddəsinə əsasən tibbi müayinə yalnız narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Narkotik sərxoşluq vəziyyətində olması və ya öz bədəni daxilində narkotik vasitələr və psixotrop maddələr daşıması haqqında əsaslı şübhələr olan, habelə özündə narkotik vasitələr və psixotrop maddələr aşkar edilmiş şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçirilir. Tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində həyata keçirilir.
7. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən tibbi müayinə həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Şəxsin tibbi müayinədən keçməsi haqqında tərtib edilən rəydə onun narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrin növü, ehtiyac olduqda miqdarı və təxmini istehlak etmə vaxtı əks etdirilməlidir.
8. Qeyd olunanlardan da göründüyü kimi şəxsin narkotik vasitə və ya psixotrop maddəni istehlak edib etməməsinin müəyyən edilməsi üçün tibbi müayinə keçirilməli və onun nəticəsində rəy tərtib edilməlidir. Qeyd olunan tibbi müayinə isə həkim-narkoloq həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən keçirilməlidir.
9. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X4 Narkologiya şöbəsinin müdiri həkim-narkoloq Azad Şükürlü tərəfindən 07 mart 2026-cı il tarixdə verilmiş 148 nömrəli rəyə əsasən, X3 Kannabinoid narkomaniyası xəstəliyindən əziyyət çəkir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. X10 xx.xx.2026-cı il tarixdə Y.Budaqov adına Naxçıvan MR X5 sidik narko-test vasitəsilə müayinə olunub nəticə THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur.
10. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X4 07 mart 2026-cı il tarixli məktubuna əsasən THC(Tetrahidrokoonbinol) müsbət aşkar olundu. MET(-), AMP (-),MTD (-),MDМА (-), СОС (-),OРİ (-), BUP (-), РСР (-), МOP (-), BZO (-), BAR (-), aşkar olunmadı.
11. 06 mart 2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən X9 06 mart 2026-cı il tarixdə inzibati qaydada tutulmuşdur.
12. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur.
13. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
14. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.
15. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.
16. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
17. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
18. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
19. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir.
20. Məhkəmə qeyd edir ki, İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur.
21. Belə ki şəxs Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(078)-558/2025 saylı qərarı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir.
22. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halı nəzərə alır və belə nəticəyə gəlir ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir.
23. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir.
24. Məhkəmə X7 cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Belə ki, xx.xx.2025-ci il tarixli məhkəmə qərarı ilə o, cərimə növündə inzibati tənbehə məruz qalsa da, bundan nəticə çıxarmamış və təkrar həmin əməli törətmişdir. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir.
25. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz.
26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati həbsin müddəti 15 gün müəyyən edilməlidir.
27. İnzibati həbsin əvvəli 06 mart 2026-cı il tarixdən hesablanmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə
qərara a l d ı:
xx.xx.2003-cü ildə Türkiyə Respublikası, Bingöl Mərkəzdə anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, tələbə, subay, Türkiyə Respublikası Bingöl Mərkəz, İnal məhəlləsi, F bloku, ev 12 ünvanında qeydiyyatda olmaqla Naxçıvan şəhəri, 9-cu küçə, ev 7 ünvanında yaşayan Alban X1 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 06 mart 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X16 həvalə olunsun. Qərardan 10(on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protest vermək olar
Hakim: Aslan Heydarov.