Məhkəmə qərarları › İş №3(5-88)-157/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-88)-157/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-157/2026 10.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib edən şəxs polis sahə rəisi X6 iştirakı ilə, xx.xx.2001-ci ildə Şahbuz rayon, Biçənək kəndində doğulan, subay, FİN xxxxxxx, əvvəlcə məhkumluğu olmayan, Şahbuz rayon yol idarəsində fəhlə işləyən, Şahbuz rayon, Biçənək kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində toplanmış inzibati xəta haqqında material göndərilmişdir. Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin xx.xx.2026-cı il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmiş, Şahbuz rayon Biçənək kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.2001-ci il təvəllüdlü Şəxs barəsində toplanmış inzibati xəta haqqında materail Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü və 103-cü maddələrinə əsasən aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilir. xx.xx.2026-cı il tarixli raporta əsasən Naxçıvan ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Əliyev Cəfəralı bildirmişdir ki, etimad doğuran və qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatı əsasında Şahbuz rayonu, Biçənək kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, xx.xx.2001-ci il təvəllüdlü, Rəhimov X7 şəhər ərazisində saxlanılaraq, xx.xx.2026-cı il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə gətirilmiş, Naxçıvan Muxtar Respublikası X3 narko-testdən keçirilmiş və narko-testin nəticəsi pozitiv olmuşdur. Barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları barədə Şəxs bildiriş təqdim edilmişdir. İş materiallarına Şəxs izahatı və şəxsiyyət vəsiqəsinə dair elektron məlumatın surəti əlavə edilmişdir. Y.Budaqov adına Naxçıvan MR X1 rəhbərliyi Naxçıvan MR Daxili İşlər Nazirliyin Narkotiklə Mübarizə idarəsinin xx.xx.2026- cı il tarixli 3-28-34-4/2-552/2026 saylı məktubuna cavab olaraq bildirir ki, xx.xx.2026-cı il tarixdə dispanserdə narkotest üsulu müayinə nəticəsində Şahbuz rayon Biçənək kəndində qeydiyyatda olan 2001-ci il təvəllüdlü Şəxs götürülmüş sidik nümunəsinde THC( Tetrahidrokonnobinol)) müsbət aşkar olundu. AMP(-), MЕT(-), PСР(- ).MOP(-), OPİ(-), BAR(-), BUP ( - ), BZO (-),COC (-),MTD (- ), MDMA(-) aşkar olunmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 xx.xx.2026-cı il tarixli 152 saylı rəyinə, əsasən, Şəxs narkomaniyaya xas əlamətlər müşahidə edilmir. Lakin fiziki və psixi asılılıq əlamətləri olmadan narkotik və psixotrop maddə istifadəsi inkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2026-cı il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitosilə müayinə olunub, nəticə THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur. xx.xx.2026-cı il tarixli, MN seriyalı və ******* nömrəli inzibati xəta haqqında protokola, əsasən, Rəhimov X8 Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt şəxsin izahatı və Y.Budaqov adına Naxçıvan MR X1 106 saylı rəyi ilə təsdiq edilmişdir. xx.xx.2026-cı il tarixli, MN seriyalı və ******* nömrəli İnzibati Xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada, əsasən, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında materiallara baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. “X15 X14 X11” xx.xx.2026-cı il tarixli protokola, əsasən, Şəxs heç bir əşya aşkar edilməmişdir. İnzibati xəta haqqında icraat materialı üzrə Şəxs hüquqlarının müdafiəçisi X4 və digərləri tərəfindən müdafiə edilməsinə etirazını bildirməklə müdafiəçilərdən imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında dostunun yaxınlarda rəhmətə getdiyini, onun dəfnində bir nəfərlə tanış olduğunu, ona Bakıdan karqo göndərəcəyini dediyini, ondan nömrəsini götürdüyünü, ona kodu verib kargonu götürməyini dediyini, o da şüphələndiyini, lakin gedib kargonu götürdüyünü, kargodan şalvarı götürdüyünü, cibində narkotik vasitənin olduğunu, sonra dostu Nihada bu barədə məlumat verdiyini, dostu Şövqinin və Nihadın onunla birlikdə istifadə etdiklərini, martın yeddisi axşam saatlarında istifadə etdiyini, həmin gün polis əməkdaşlarının onları tutduqlarını, etdiyi əmələ görə peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs polis leytenantı X10 izahatında şəxslə bərabər digər 2 şəxsdə də analizin nəticəsində narkotik vasitənin aşkar olunduğunu bildirərək qanuni qərar verilməsini xahiş etmişdir Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. 2005-ci il 28 iyun tarixli, 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ siyahısının 44-cü bəndinə görə “tetrahidrokannabinol” Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığını, elektron məhkəmə informasiya sistemi üzrə məlumatlarda Azərbaycan Respublikasının ərazi bürövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 1-ci qrup əlil olmasını yüngülləşdirici hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal əməlin bir qrup şəxs tərəfindən törədilməsidir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələbini nəzərə alaraq qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış gəlir məlumatlarından görünür ki, Şəxs ümumi xəstəlikdən 1-ci qrup əlilliyə görə 399 manat məbləğində pensiya alır. Qeyd edilənlərdən də görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir. Ona görə də onun barəsində inzibati həbs tətbiq oluna bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati həbs tətbiq edilə bilməməsini nəzərə alır və belə nəticəyə gəlir ki, Rəhimov X8 qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, cərimənin məbləği 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar