Məhkəmə qərarları › İş №3(5-88)-170/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-88)-170/2026

16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-170/2026 16.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakları ilə, xx.xx.1987-ci ildə Culfa rayonu, Ləkətağ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), evli, 2 uşaq atası, ali təhsilli, taksi sürücüsü işləyən, Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 12 A, mənzil 30 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 16 mart 2026-cı il tarixli, 308590/2022 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 mart 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-383/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş 10 may 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 2530,88 (iki min beş yüz otuz manat səksən səkkiz qəpik) manat əsas borc və 475,10 (dörd yüz yetmiş beş manat on qəpik) manat faiz borcu olmaqla, cəmi 3005,98 (üç min beş manat doxsan səkkiz qəpik) manat məbləğində borc və 50,06 (əlli manat altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq, «X13 Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında 10 may 2023-cü il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-774/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş 08 avqust 2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 630 (altı yüz otuz) manat əsas borc, 50 (əlli) manat manat dəbbə pulu olmaqla, ümumilikdə 680 (altı yüz səksən) manat borcun, iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 28 (iyirmi səkkiz) manat hissəsi iş üzrə cavabdeh X1 alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında 08 avqust 2023-cü il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan şəhər 1 saylı notariat ofisinin 8İ-5263 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydində, Naxçıvan şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X6 'Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən AZ7000, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən 215 nömrəli Hərbi Hissə/Vöen:********** xeyrinə Naxçıvan şəhəri, Çənlibel məhəlləsi 30 ünvanında qeydiyyatda olan Şəxs 191 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1316 manat 54 qəpik (min üç yüz on altı manat əlli dörd qəpik), tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 1341 manat 54 qəpik (min üç yüz qırx bir manat əlli dörd qəpik) pul tutulmasını qeyd etməsi aydın olur. İş üzrə icraata başlamaq haqqında 23 dekabr 2022-ci il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8i-33673 saylı, xx.xx.2024-cü il tarixli icra qeydində Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X4 'Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən AZ1075, ünvan 3 ünvanında yerləşən Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN:**********/xeyrinə ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs vaxtında ödənilməmiş 65 manat 99 qəpik (altmış beş manat doxsan doqquz qəpik), 39 manat 01 qəpik (otuz doqquz manat bir qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmı beş manat sıfır qedık məbləğində dövlət rüsumu (haqq) və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 (beş) manat pul tutulmasını qeyd etməsi aydın olur. İş üzrə icraata başlamaq haqqında 30 aprel 2024-cü il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında işsiz olduğu üçün ödəniş edə bilmədiyini, taksi fəaliyyəti ilə yeni məşğul olmağa başladığını, təxminən 3000 manat borcu olduğunu, 1 icra sənədi üzrə ödəniş etdiyini, köməklik edilməsini istədiyini, əvvəlki işi olan hərbiyə qayıtma ehtimalı olduğunu, borcunu ödəyəcəyini, əməlindən peşman olduğunu, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında 2022, 2023 və 2024-cü illərə aid qərarlarla bağlı icra sənədlərinin icraatına daxil olduğunu, qanunvericiliyə uyğun olaraq icraata başlanıldığını, könüllü icra barədə şəxsə bildiriş göndərildiyini, dəfələrlə xəbərdarlıq edildiyini, lakin şəxsin borcunu ödəmədəyini, taksi fəaliyyəti ilə çoxdan məşğul olduğunu, icra sənədləri icraatına daxil olduqdan sonra yalnız 1 icra vərəqəsi üzrə Zərərçəkmiş şəxs1 ASC-ə olan borcundan 500 manat ödəniş etdiyini, 722 manat həmin icra sənədi üzrə borcu olduğunu, digər 3 icra sənədi üzrə isə heç bir ödəniş etmədiyini, 3062 manat borcu olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 10 may 2023-cü tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-383/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Şəxs 2530,88 (iki min beş yüz otuz manat səksən səkkiz qəpik) manat əsas borc və 475,10 (dörd yüz yetmiş beş manat on qəpik) manat faiz borcu olmaqla, cəmi 3005,98 (üç min beş manat doxsan səkkiz qəpik) manat məbləğində borc və 50,06 (əlli manat altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq, «X13 Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 12 may 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e--2(078)-383/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 12 may 2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 08 avqust 2023-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-774/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 630 (altı yüz otuz) manat əsas borc, 50 (əlli) manat manat dəbbə pulu olmaqla, ümumilikdə 680 (altı yüz səksən) manat borcun, iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 28 (iyirmi səkkiz) manat hissəsi iş üzrə cavabdeh X1 alınaraq iddiaçı ƏsgəreAllahverdi Əkbər oğluna ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 09 avqust 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-774/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 09 avqust 2023cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli icra sənədindən məlum olur ki, Naxçıvan şəhər 1 saylı notariat ofisinin 8İ-5263 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydində, Naxçıvan şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X6 'Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən AZ7000, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən 215 nömrəli Hərbi Hissə/Vöen:********** xeyrinə Naxçıvan şəhəri, Çənlibel məhəlləsi 30 ünvanında qeydiyyatda olan Şəxs 191 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1316 manat 54 qəpik (min üç yüz on altı manat əlli dörd qəpik), tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 1341 manat 54 qəpik (min üç yüz qırx bir manat əlli dörd qəpik) pul tutulmasını qeyd etməsi aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 23 dekabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan şəhər 1 saylı notariat ofisinin 8İ-5263 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 23 dekabr 2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli icra sənədindən məlum olur ki, Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8i-33673 saylı, xx.xx.2024-cü il tarixli icra qeydində Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X4 'Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən AZ1075, ünvan 3 ünvanında yerləşən Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN:**********/xeyrinə ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs vaxtında ödənilməmiş 65 manat 99 qəpik (altmış beş manat doxsan doqquz qəpik), 39 manat 01 qəpik (otuz doqquz manat bir qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmı beş manat sıfır qedık məbləğində dövlət rüsumu (haqq) və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 (beş) manat pul tutulmasını qeyd etməsi aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 30 aprel 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8i-33673 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 30 aprel 2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan 12 mart 2026-cı il tarixli borclunun axtarışı haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla xx.xx.1987-ci il təvəllüdlü Naxçıvan MR, Naxçıvan şəhəri, Çənlibel Məhəlləsi,12A,mənzil 30 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Şəxs təyin edilən cərimənin məbləği 500 (beş yüz) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar