Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-171/2026 16.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: İşin halları:
1. Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində 16 mart 2026-cı il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir.
2. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, Şəxs Naxçıvan şəhər 3 saylı notariat ofisinin 8İ-2545 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri 54 saylı Notariat Kontorunun 8İ-17247 saylı, xx.xx.2024-cü il tarixli və Naxçıvan Şəhər Məhkəməsinin e- 2(078)-741/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra sənədinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələri vaxtında və tam aparmamış, beləliklə, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir.
3. Məhkəmə iclasında Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirdi ki, Şəxs 2023 və 2024-cü illərdə 3 icra sənədi icraata daxil olmuş, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmiş, dəfələrlə xəbərdarlıq olunmuş lakin ödəniş olunmamışdır. Borclunun iltizamı alınmışdır ki 12 may 2025-ci il tarixdə borcunu bağlayıb bitirəcəkdir. Hal-hazırda axtarış ilə gətirilmişdir. Kapital Banka olan borcundan 499.91 manatı 2024-cü ildə ödəmiş, 25 manat dövlət rüsumu və 64 manat icra ödənişi qalmışdır. Şəxs X1 2023-cü ildən 710 manat və icra ödənişi olmaqla heç bir ödəniş etməmişdir. 2024-cü ilin mart ayında Bank Olmayan Kredit X9 Məsuliyyətli Cəmiyyətinə 135 manat və əlavə icra ödənişi qalmışdır. Şəxsin adına heç bir əmlak və gəlir əldə edilməmişdir. 2023-cü ildə Taxıl MMC-də işləyən zaman əmək haqqına göndərilmiş və 2 ay Kapital Banka tutqu olmuş sonra ödəniş olunmamışdır. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmədə barəsində inzibati protokol tərtib olunmuş şəxs Şəxs izahatında bildirdi ki, Allahverdiyə olan borcu 210 manatdır, sadəcə 500 manat üzərinə faiz yazmışdır. 710 manatdan heç bir ödəniş etməmişdir. 480 manat aliment ödənişi edir. Heç yerdə işləyə bilmir. Arkozda 1 həftə işləmiş, lakin əmək haqqı almamışdır. Bu ayın 10-dan işdən çıxmışdır. Əmək haqqı almadığından ödəniş etməmişdir. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi. Sübutların tədqiqi:
5. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhəri 3 saylı notariat ofisinin xx.xx.2023cü il tarixli, 8İ-2545 nömrəli icra qeydinə əsasən X12 Səhmdar Cəmiyyətinin xeyrinə Şəxs BBLK3707198A500 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 499.91 (dörd yüz doxsan doqquz manat, doxsan bir qəpik), 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu olmaqla cəmi 524.91 (beş yüz iyirmi dörd manat, doxsan bir qəpik) manat tutulması qərara alınmışdır.
6. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan şəhəri 3 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-2545 nömrəli icra vərəqəsi üzrə icraata başlanmışdır.
7. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.
8. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-741/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən məlum olur ki, iş üzrə cavabdeh Şəxs 480 manat əsas borc və 200 manat dəbbə pulu olmaqla ümumilikdə 680 (altı yüz səksən) manat məbləğində pul alınaraq iş üzrə iddiaçı X1 ödənilməsi və iddiaçı X2 tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 9981 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh Şəxs alınaraq iddiaçıya qaytarılması qət edilmişdir.
9. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-741/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır.
10. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.
11. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 54 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-17247 nömrəli icra qeydinə əsasən Bank Olmayan Kredit X9 Məsuliyyətli Cəmiyyətinin xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 66.80 (altmış altı manat, səksən qəpik), 38.20 (otuz səkkiz manat, iyirmi qəpik) manat məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 (beş) manat olmaqla olmaqla cəmi 135.0 (yüz otuz beş) manat tutulması qərara alınmışdır.
12. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Bakı şəhəri 54 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-17247 nömrəli icra vərəqəsi üzrə icraata başlanmışdır.
13. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.
14. İş materiallarından görünür ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə borclu Şəxs xəbərdarlıq göndərilmişdir.
15. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Şəxs tərəfindən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə ünvanlanmış iltizamda xx.xx.2025-ci il tarixdə Naxçıvan şəhəri 3 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-2545 nömrəli icra sənədi üzrə 64 manat borcu ödəyəcəyini bildirmişdir.
16. İş materiallarında olan, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2026-cı il tarixli qərarı ilə borclu Şəxs barəsində axtarış elan olunmuşdur
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
17. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
18. Həmin maddəyə görə, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olur.
19. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Qarayev X5 şəhər 3 saylı notariat ofisinin 8İ-2545 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri 54 saylı Notariat Kontorunun 8İ- 17247 saylı, xx.xx.2024-cü il tarixli və Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-741/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkara olan borcunu heç bir üzrlü səbəb göstərmədən ödəməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.
20. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə icraata başlanıldığı tarixdən bu günə kimi kifayət qədər uzun müddət keçməsinə baxmayaraq ödənişi tam etməmiş, ona dəfələrlə xəbərdarlıq edilsə də borcu ödəməkdən yayınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədi üzrə borcun ödənilməməsinə hansısa qərəzsiz münasibətindən söhbət gedə bilməz. Eyni səbəbdən məhkəmə onun icra sənədi üzrə borcunu yaxın gələcəkdə tam qaytaracağını da inandırıcı hesab etmir.
21. Beləliklə, iş materiallarından görünür ki, borclu məhkəmənin icra sənədini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir.
22. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
23. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır.
24. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.
25. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir.
26. «İcrа hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 3.1-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.
27. Həmin Qаnunun 3.2-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
28. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir.
29. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı».
30. Göründüyü kimi, borclu uzun müddət keçməsinə baxmayaraq, borcunu tam ödəməmişdir. Bu da onun icra sənədinin icrasından qəsdən yayındığını sübut edir.
31. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
32. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
33. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir.
35. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
36. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
37. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
38. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
39. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
40. Məsuliyyəti yüngülləşdirən və ağrılaşdıran hal müəyyən edilmədi.
41. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 528.1-ci mаddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür.
42. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, qəraraaldı:
Qarayev X6 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protest vermək olar.
Hakim: Aslan Heydarov.