Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(5-88)-188/2026 28.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSI Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi X3, Naxçıvan Şəhər Prokurorluğunun nümayəndəsi X5 və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 iştirakları ilə, ##.##.2008-ci il tarixdə Şahbuz rayonu, Aşağı Qışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: *******), natamam orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Babək rayonu, Məzrə kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X7 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X7 Şöbəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Naxçıvan X7 Şöbəsinin NMQ-un əməliyyat müvəkkili, R Fariz Əhmədov tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli raportda qeyd olunmuşdur ki, ## #### 2026-cı ildə İctimai Təhlükəsizlik Bölməsinin polis nəfəri, R X12 ilə birlikdə xidmətdə olduqları zaman daxil olmuş məlumata əsasən Babək rayon ərazisində 2 nəfər şəxsin narkotik və psixotrop maddələrin daşınmasında və istifadəsində şübhəli bilindiyindən şəxslər barəsində araşdırma aparılması üçün tərəflərindən polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsində həmin şəxsin ##.##.2009-cu il təvəllüdlü Babək rayonu Kültəpə kəndində qeydiyyata olan və həmin ünvanda yaşayan X2 və ##.##.2008-ci il təvəllüdlü Babək rayonu Məzrə kəndində qeydiyyata olan və həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında hormonal dərman qəbul etdiyini, həkim resepti olmadan qəbul etdiyini, narkotik və ya psixotrop maddə qəbul etmədiyini, əməlindən peşman olduğunu bildirərək barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X6 şəxsin özünün də bildirdiyi kimi, narkotik və ya psixotrop maddə qəbul etmədiyini, sadəcə hormonal dərman qəbul etdiyini, yaşının nəzərə alınaraq barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi X3 qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Naxçıvan Şəhər Prokurorluğunun nümayəndəsi X5 testin nəticəsinin müsbət aşkar olunduğunu, bunun rəylə təsdiqləndiyini, şəxsin ailə vəziyyətinin nəzərə alınaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 şəxsin əməkdaşlar tərəfindən narkotestə aparıldığını, testin nəticəsinin müsbət aşkar edildiyini, uyğun olaraq barəsində protokol tərtib edilərək məhkəməyə gətirildiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X19 ##.##.2026-cı il tarixli, *-**-**-*/*-***/**** saylı məktubunda qeyd olunmuşdur ki, ##.##.2026cı il tarixdə dispanserdə narko-test üsulu ilə müayinə nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülmüş sidik nümunəsində MET (Metamfetamin), AMP (Ampfetamin), müsbət aşkar olunmuş, MDMA(-), MOP (-), BAR(-), PCP (-), BZO (-), COC (- ), BUP (-), MTD (-), OPİ (-) aşkar olunmamışdır. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X19 ## #### 2026-cı il tarixli, *** saylı ambulator məhkəmə narkoloji ekspertizasının rəyində qeyd olunmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkomaniyaya xas əlamətlər müşahidə edilmir. Lakin fiziki və psixi asılılıq əlamətləri olmadan narkotik və psixotrop maddə istifadəsi inkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Y.Budaqov adına Naxçıvan MR X20 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə MET (metamfetamin) və AMP (amfetamin) müsbət aşkar olunmuşdur. 2005-ci il ## #### tarixli, ***-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ siyahısının II hissəsinin 2-ci bəndinə görə amfetamin, 27-ci bəndinə görə isə metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1 və 32.1.2-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yetkinlik yaşına çatmamasını və səmimi peşmançılığını yüngülləşdirici hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələbini nəzərə alaraq qeyd edir ki, iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2008-ci il tarixdə doğulmaqla 18 yaşına çatmamışdır. Ona görə də onun barəsində inzibati həbs tətbiq oluna bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halları, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati həbs tətbiq edilə bilməməsini nəzərə alır və belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, cərimənin məbləği 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Babək rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(5-88)-188/2026
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-88)-188/2026
28.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver