Məhkəmə qərarları › İş №3(5-88)-41/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-88)-41/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-41/2026 04.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, Protokol tərtib edən orqan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X6, “X18 və X16 Restoran” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi ünvanı Naxçıvan şəhəri, Ə.Əliyev m 9b bloku, ev 6 VÖEN ********** olan “X18 və X16 Restoran” MMC barəsində Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən 16 yanvar 2026-cı il tarixli, MN2112201 nömrəli protokola və ona əlavə edilən sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: 22 yanvar 2026-cı il tarixdə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin tərəfindən Naxçıvan şəhəri, Ə.Əliyev m 9b bloku, ev 6 VÖEN ********** olan “X18 və X16 Restoran” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib 16 yanvar 2026-cı il tarixli, MN2112201 nömrəli protokol ona əlavə edilən sənədlərlə birlikdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, vətəndaşlar X2 və X3 əmək hüquqlarının pozulması ilə bağlı müraciətləri DƏMX-də araşdırılarkən xidmət tərəfindən müəssisənin ünvanına sorğu verilməsi və sorğuda qeyd olunan sənədləri tələb olunmasına baxmayaraq sorğuda qeyd olunan müddət ərzində işəgötürən tərəfindən heç bir sənədin təqdim olunmaması halı müəyyən edilmişdir. Protokol tərtib edən orqan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X10 izahatında bildirmişdir ki, protokol tərtib edilən maddə 2025-ci ilin may ayında inzibati xəta haqqında qanunvericiliyə daxil edilmişdir. Müəssisəyə sənədlərin təqdim edilməsi üçün müraciət edilmişdir. Lakin sənədlər “X18 və X16 Restoran” MMC tərəfindən sənədlər göndərilməmişdir. Buna görə də hüquqi şəxsin barəsində protokol tərtib edilmişdir, Zəkəriyyənin müqaviləsiz işlədiyini, hüquqi şəxsin hal- hazırda fəaliyyət göstərdiyini, adının dəyişdiyini lakin hal-hazırda fəaliyyət göstərdiyini, sənədləri təqdim etməməsinin onun iradəsindən asılı olmasına dair araşdırılma etmədiyini, təqsirli şəkildə edib etmədiyini bilmədiyini, üzrlü hal araşdırılmadığını, açarın özündə olmadığını, araşdıra bilmədiklərini, fiziki şəxs kimi cərimə edildiyini, qanuni qərar qəbul edilməsini xahiş edir. Protokol tərtib edən orqan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X12 izahatında bildirmişdir ki, reklam işləri standartlaşdırmada və bələdiyyə obyektlərinin görünüşündə verildiyini, tam qanuni adı olarsa patenti olmalıdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs “X18 və X16 Restoran” MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, şirkətinin müflis olduğunu, vöenini bağatdırdığını, bunun təxminən 2 ay əvvəl baş verdiyini, burda əyləşən işçini tanıdığını, Zəkəriyyəyə borcunun olduğunu, verə bilmədiyini, şirkətin iflas etdiyini, bu səbəbdən pulu ödəyə bilmədiyini, Food pointin “X18 və X16 Restoran” MMC-nin nəzdində olduğunu, Food Pointin reklam adı olaraq MMC-nin nəzdində olduğunu, vergidən sənəd əldə edilə bilmədiyini, MMC-nin təsisçisinin ölkədən getdiyini, məsuliyyətin MMC-də olduğunu bilmədiyini, MMC-nin fəaliyyət göstərmədiyini, öhdəlikləri üzrə MMC-nin məsul olduğunu, obyektin 7 oktyabr tarixdə bağlandığını, bütün sənədlərin restoranda olduğunu, izahatında da qeyd edildiyini, onun oradan çıxarıldığını, dekabr ayından bəri restorana girişinin olmadığını, o səbəbdən sənədləri təqdim edə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadə verən X2 ifadəsində Həbibi tanıdığını, birlikdə işlədiklərini, onun müdiri olduğunu, ödənişini etmədiyini, 953 manat ödənilməli məbləğin olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: X7 və X2 28 oktyabr 2025-ci il tarixdə əmək qanunvericiliyinin pozulması barədə şikayət ilə müraciət etmişdirlər. Ərizəsində bildirmişdirlər ki, Food Point kafesində aşbaz və baş aşbaz vəzifəsində işləmişdirlər. Onlar 145 azn və 953 azn ödənişlərini ala bilmirlər. Ödənişlərinin təmin olunmasına köməklik göstərilmələrini xahiş etmişdirlər. Araşdırıb tələbinin təmin edilməsini xahiş etmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən “X18 və X16 Restoran” MMC-yə vətəndaş müraciətinin araşdırılması üçün məktub göndərilmiş, Əmək Məcəlləsinin 15.2-ci və X1 Haqqında Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinə uyğun olaraq 7 (yeddi) iş günündən gec olmayaraq Xidmətə müvafiq sənədlərin surəti tələb edilmişdir. Protokola məktubun çatdırılmasını təsdiq qəbul etdim sənədi əlavə edilmişdir. X7 25 noyabr 2025-ci il tarixdə əmək qanunvericiliyinin pozulması barədə ərizə ilə müraciət etmişdir. Ərizəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə kollektiv müraciət edərək Food Point kafesi haqqında şikayətlərini bildirmişdirlər. Hal hazırda həmin kafenin sahibkarı tərəfindən ona çatacaq olan ödəniş verilmişdir. Həmin kafeyə qarşı heç bir şikayəti və tələbi yoxdur. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən “X18 və X16 Restoran” MMC-yə xx.xx.2025-ci il tarixli 3-1739-5/2-3319/2025 saylı məktub göndərilərək bildirilmişdir ki, Barənizdə tərtib edilmiş 26 noyabr 2025-ci il tarixli MN ******* nömrəli "İnzibati xəta haqqında Protokol"a əsasən inzibati xəta haqqında işə baxılması 8 dekabr 2025-ci il tarixində saat 11:00-a təyin olunmuşdur. Qeyd olunan vaxtda inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X8 Xidmətinə (Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 42A, telefon nömrəsi: 036 545-32-99) dəvət olunursunuz. Sizin və ya səlahiyyətli nümayəndənizin iştirakını təmin etməyiniz və iş üzrə Sizdə olan bütün sübutların təqdim olunması təklif olunur. Gəlmədiyiniz və işə baxılmasının təxirə salınması barədə vəsatət vermədiyiniz təqdirdə inzibati xəta haqqında işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə uyğun olaraq iştirakınız olmadan baxılacaqdır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən “X18 və X16 Restoran” MMC-yə xx.xx.2025-ci il tarixdə "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar'ın icra edilməsi barədə bildiriş göndərilərək bildirilmişdir ki, barənizdə verilmiş 8 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar" icra edilməsi məqsədilə Sizə göndərilir. İnzibati xəta haqqında materallara əlavə olunan Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarəti və yoxlamalar sektorunun müdiri X9 Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin rəisi Elnar Hüseynova ünvanladığı "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar'ın qüvvəyə minməsi haqqında xidməti məruzədə bildirilir ki, ətəndaşlar X2 və X3 "X19 X17 Gida Restoran" (digər adı- Food Point) Məhdud Məsuliyyətli Cəmiyyətində işləyərkən əmək hüquqlarının pozulması və əmək haqqılarının verilməməsinə dair 28 oktyabr 2025-ci il tarixli müraciətlərinin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətində (bundan sonra Xidmat) araşdırılması zamanı inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Araşdırma zamanı Xidmətin vəzifəli şəxsi tərəfindən aşkar edilən qanun pozuntusuna görə Cəmiyyətin işəgötürəni X5 barəsində 26 noyabr 2025-ci il tarixli MN ******* nömrəli "İnzibati xəta haqqında Protokol" tərtib olunmuşdur. Tərtib olunmuş protokola əsasən 8 dekabr 2025-ci il tarixli MN N ******* nömrəli "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar" qəbul edilmiş, həmçinin törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 10 (on) gün müddət müəyyən olunmuşdur. Bununla belə Qərarda müəyyən olunmuş müddətin 29 dekabr 2025ci il tarixində başa çatmasına baxmayaraq işəgötürən H.İmamquluyev tərəfinden Xidmətə hüquqpozmanın aradan qaldırılmasına dair məlumat daxil olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən nəzərinizə çatdırılır ki, H.İmamquluyev tərəfindən törədilmiş hüquqpozma göstərilən müddət ərzində aradan qaldırılmadığından Qerar qüvvəyə minmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Naxçıvan Şəhər Məhkəməsinin 27 fevral 2026-cı il tarixli sorğusuna cavab olaraq 02 mart 2026-cı il tarixli məktubunda bildirmişdir ki, “FOOD POİNT” kafesinin “X18 və X16 Restoran” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində oiması barədə hər hansı vergi sənədi mövcuddursa, həmin sənədin Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsi barədə müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2026-ci il tarixli **********374800 nömrəli) Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər Vergilər idarəsində aidiyyatı üzrə baxılmışdır.Vergi ödəyiciiərinin dövlət reyestrində olan məlumatlara əsasən bildiririk ki, “FOOD POİNT” kafesi hüquqi şəxs “X18 və X16 Restoran” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) tərkibində obyekt kimi qediyyata alınması üçün vergi ödəyicisi tərəfindən xx.xx.2025-ci il tarixli **********576400 nömrəli Naxçıvan Şəhər Vergilər İdarəsinə elektron qaydada obyektin qeydiyyatı ərizəsi ilə müraciəti daxil olunmuşdur və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması yenidən uçota alınması və uçotdan çıxarılması qaydalarına uyğun olaraq, təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmışdır.Müraciətdə göstərilən təsərrüfat subyekti (obyekt) hüquqi şəxs “X19 və X16 Restoran” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) tərkibindən obyektin çıxarılması üçün vergi ödəyicisi tərəfindən xx.xx.2026-cı il tarixli **********056700 nömrəli vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatdan çıxarılması ərizəsi və ərizəyə əlavə edilmiş müqavilənin ləğvinə dair müqaviləni Naxçıvan Şəhər Vergilər idarəsinə elektron qaydada müraciət etmişdir və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması yenidən uçota alınması və uçotdan çıxarılması qaydalarına uyğun olaraq» həmin təsərrüfat subyekti (obyekt) vergi uçotundan çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə görə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə –vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İşə məhkəmədə baxılan zaman müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən hüquqi şəxsə sənədlərin təqdim edilməsi üçün sorğu göndərilmişdir. Sorğunun hüquqi şəxsin ünvanına nə vaxt çatdırılması iş materialları ilə təsdiq edilir. Lakin sorğuya müvafiq cavab verilməmiş və bu hərəkətsizliyi ilə hüquqi şəxsin əməlində inzibati xəta tərkibi yaranmışdır. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, “X18 və X16 Restoran” MMC tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Belə ki, nümayəndənin izahatından, təqdim etdiyi sənədlərdən aydın olur ki, tələb edilən sənədləri təqdim etmək onun imkanı xaricində olmuşdur. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: “X18 və X16 Restoran” MMC Azərbaycan Respublikası İnzibati Xətalar 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta üzrə icraata təqsiri sübuta yetirilmədiyi əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar