Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-42/2026 21.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 və inzibati xəta haqqında protokolu tərtib edən şəxs X11 iştirakları ilə, xx.xx.1985-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), evli, 2 uşaq atası, orta təhsilli, administrator işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 21 yanvar 2026-cı il tarixli, 282000/2021 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 21 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-390/2021-ci il saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş 27 may 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 461.76 (dörd yüz altmış bir manat yetmiş altı qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməsi, “Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X1 ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1097/2021-ci il saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş 22 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 11200 (on bir min iki yüz) manat borc məbləği və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11230 (on bir min iki yüz otuz) manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs1 qaytarılması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-637/2022-ci il saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında verilmiş 01 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 2290 (iki min iki yüz doxsan) manat əsas borc, 229 (iki yüz iyirmi doqquz) manat gecikdirilmiş penya pulu, hüquqi yardım vəkilə üçün ödənilmiş 200 (iki yüz) manat qonorar, 13 (on üç) manat notarius xərci, ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2780 (iki min yeddi yüz səksən) manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Naxçıvan şəhər "ASAN xidmət" mərkəzində notariat ofisinin 8İ-16970 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydi ilə Naxçıvan şəhəri "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X6 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76cı maddəsinə əsasən AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, ev 71 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin VÖEN:**********/ xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs (AA*******, xx.xx.2020 - Naxçıvan ŞPİ QvŞV bölməsi; FİN: OZSMAMY; d/t: xx.xx.1985) RGTK5423142B500 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 531 manat 14 qəpik (beş yüz otuz bir manat on dörd qəpik) tutulması, bundan əlavə borcludan Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 556 manat 14 qəpik (beş yüz əlli altı manat on dörd qəpik) pul tutulmasını qeyd etməsi aydın olur. Həmin işlər üzrə icraata başlamaq haqqında qərarlarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişlərin borcluya göndərilməsinə və borcluya rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, beləliklə, Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında yanvar ayı maaş gecikdiyi üçün 5 gündür yubatdığını, Nurlana da 2 aydır ödəniş etmədiyini, digər icra sənədlərini də gələn ayın axırına kimi ödəyəcəyini, Cəlala 11200 manat borcu olduğunu, hazırda 7400 manat borcu qaldığını, Nurlana 500 manat ödəniş edildiyini, Beynəlxalq bankdan ona səhvliklə pul köçürdüklərini, qətnamənin əsassız varlanma kimi çıxdığını, Kapital banka olan borcunun da əslində atasının adına olduğunu, 200 manat borcu qaldığını, ödəniş edəcəyini, nəzərə alınmasını istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında 6 ilin icra sənədi olduğunu, icra məmurlarının köməyi ilə şəxsin zorla 3800 manat ödəniş etdiyini, 2 dəfə şəxsin barəsində işə xitam verildiyini, elə ödəniş etdiyini, başqa cür ödəmədiyini, bütün əsəbinin pozulduğunu, səhhətində problem yarandığını, şəxsin 6 ildir icra sənədini icra etmədiyini, həbs olunmasını istədiyini, insanlıq edib pul verdiyini, ancaq onun qaytarmadığını, ziyana düşdüyünü, şəxsin ya pulunu ödəməsini, ya da həbs olunmasını istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X10 izahatında 2022-ci ildən 2870 manat borcu olduğunu, 4 il ərzində ödəniş etmədiyini, 200, 150, 150 manat olmaqla 500 manat pul ödədiyini, 6000 manata, 3000 manata kirayə yer götürüb işlətdiyini, icra sənədini qəsdən icra etmədiyini, dəfələrlə pulu tələb etdiyini, şəxsin həbs edilməsini istədiyini, humanist davranışa görə ödəniş etmədiyini, pulu almaq üçün yanına gedən zaman şəxsin “get verəcəyəm” dediyini, ən son noyabr ayında 150 manat ödəniş etdiyini, şəxsin ya pulunu ödəməsini, ya da həbs olunmasını istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs X5 ilin fevral ayında işinə baxılarkən hərbidə işə girdiyini qeyd etdiyini, işə xitam verildiyini, ancaq şəxsin ödəniş etmədiyini, yenidən avqust ayında protokol tərtib etdiklərini, restoran götürüb işlətdiyini dediyini, yenə də işə xitam verildiyini, zorla şəxsdən pul aldıqlarını, keçən ay iltizam verərək hər ayın 16-sı 200 manat ödəniş edəcəyini bildirdiyini, yalanlar dediyini, pulu ödəmədiyini, onları da aldatdığını, tələbkarın hər gün şikayət etdiyini, özünü Ədliyyə Nazirliyinə çağırdıqlarını, şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcundan 200, 150, 150 manat olmaqla 3 dəfə ödəniş etdiyini, Zərərçəkmiş şəxs1 olan borcundan isə 17 dekabrda 400 manat, 05 sentyabrda 200 manat, 08 oktyabrda 300 manat, avqust ayında isə 200 manat olmaqla, 1100 manat ödəniş etdiyini, Zərərçəkmiş şəxs1 olan borcundan 3830 manat ödəniş etdiyini, 7400 manat borcu qaldığını, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə isə 500 manat ödəniş etdiyini, 2370 manat borcu qaldığını, 228 manat da "xxxx" Açıq Səhmdar Cəmiyyətinə borcu qaldığını, digər icra sənədi üzrə isə ümumiyyətlə ödəniş etmədiyini, yanvar ayı işsizlik olduğunu qeyd etdiyini, bəhanə etdiyini, protokolu müdafiə etdiyini, şəxsin barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 27 may 2021-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-390/2021-ci il saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs 461.76 (dörd yüz altmış bir manat yetmiş altı qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, “Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X2 ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-390/2021-ci il saylı, 27 may 2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2021-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 22 noyabr 2021-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1097/2021-ci il saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Şəxs 11200 (on bir min iki yüz) manat borc məbləği və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11230 (on bir min iki yüz otuz) manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs1 qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1097/2021-ci il saylı, 22 noyabr 2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2021-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 01 sentyabr 2022-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-637/2022-ci il saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Şəxs 2290 (iki min iki yüz doxsan) manat əsas borc, 229 (iki yüz iyirmi doqquz) manat gecikdirilmiş penya pulu, hüquqi yardım vəkilə üçün ödənilmiş 200 (iki yüz) manat qonorar, 13 (on üç) manat notarius xərci, ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2780 (iki min yeddi yüz səksən) manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-637/2022-ci il saylı, 01 sentyabr 2022-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 08 dekabr 2024-cü il tarixdə verilmiş icra qeydindən məlum olur ki, Naxçıvan şəhəri "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X6 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, ev 71 ünvanında yerləşən X16 Səhmdar Cəmiyyətinin VÖEN:**********/ xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs (AA*******, xx.xx.2020 - Naxçıvan ŞPİ QvŞV bölməsi; FİN: OZSMAMY; d/t: xx.xx.1985) RGTK5423142B500 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 531 manat 14 qəpik (beş yüz otuz bir manat on dörd qəpik) tutulması, bundan əlavə borcludan Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 556 manat 14 qəpik (beş yüz əlli altı manat on dörd qəpik) pul tutulmasını qeyd etməsi aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan şəhər "ASAN xidmət" mərkəzində notariat ofisinin 8İ-16970 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə xəbərdarlıqlar göndərilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 21 yanvar 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(5-88)-42/2026
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-88)-42/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver