Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-43/2026 22.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), evli, orta təhsilli, işsiz, 3 uşaq atası, Naxçıvan şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: İşin halları:
1. Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində 22 yanvar 2026-cı il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir.
2. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1259/2018 saylı, xx.xx.2018-ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-406/2020 saylı, xx.xx.2020-ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-466/2020 saylı, xx.xx.2020- ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 851/2021 saylı, xx.xx.2021-ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 59/2022 saylı, xx.xx.2022-ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-332/2023 saylı, xx.xx.2023-cü il tarixli, Baki Şəhəri 54 saylı Notariat Konturunun 8İ-16163 saylı, xx.xx.2024-cü il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-559/2025 saylı, xx.xx.2025-ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-835/2025 saylı, xx.xx.2025-ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-704/2025 saylı, xx.xx.2025-ci tarixli icra sənədlərinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra sənədinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələri vaxtında və tam aparmamış, beləliklə, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir.
3. Məhkəmə iclasında Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında protokolu müdafiə etdi. Şəxs barəsində hazırda icraatında 11 iş vardır. 2019-cu il daxil olmaqla 2025-ci il tarixli icra işləri vardır. “Azercell Telecoma” olan 1819.1 manat borcdan 1219.41 manat borc qalmışdır. "xxxx" 1430 manat borcdan 480 manat borcu qalmışdır. Şəxsin anasının pensiyasından tutulmalar aparılmışdır. Zərərçəkmiş şəxs2 1480 manat borcdan 554 manat borc qalmışdır. "xxxx" MMC-nə 1444 manat borcdan heç bir ödəniş etməmişdir. "xxxx" MMC-nə 4608.83 manat borcu var və ödəniş etməmişdir. "xxxx" MMC-nə 588 manat borcdan ödəniş olunmamışdır. Zərərçəkmiş şəxs4 11121.80 manat borcdan ödəniş edilməmişdir. "xxxx" MMC-nə 130 manat borc var və ödəniş edilməmişdir. "xxxx" MMC-nə 245.93 manat borc yaranmış və ödəniş olunmamışdır. X10 780 manat borcu yaranmış və ödəniş edilməmişdir. "xxxx" MMC-nə 634 manat borc yaranmış və ödəniş olunmamışdır. Sonuncu ödəniş 2025-ci ilin fevral-mart ayında "xxxx" yə 100 manat ödəniş olunmuşdur. Şəxs barəsində məcburi gətirilmə qərarı qəbul edilmişdir. Şəxs axtarış qərarı ilə gətirilmişdir. Şəxsə hər dəfə xəbərdarlıq olunmasına baxmayaq ödəniş olunmur. Protokolun təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmədə barəsində inzibati protokol tərtib olunmuş şəxs Şəxs izahatında bildirmişdir ki, Bakıda atasını müalicə etdirmiş və həmin vaxt borcu yaranmışdır. İşləmədiyindən ödəniş edə bilməmişdir. 1 aydır yeni işə başlamışdır. Qazancı hazırda yaxşıdır. 200 manat ödəniş gətirmişdir. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi. Sübutların tədqiqi:
5. İş materiallarına əlavə olunmuş, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1259/2018 saylı, xx.xx.2018-ci il tarixdə verilmiş məhkəmə əmrindən məlum olur ki, xx.xx.1972-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, hazırda Naxçıvan şəhəri. ünvan 2-də qeydiyyatda olan Şəxs 50 ***-**-** nömrəsinə əsasən rabitə xidmətindən istifadəyə görə "xxxx" MMC-nin xeyrinə 1799.41 (bir min yeddi yüz doxsan doqquz manat qırx bir qəpik) manat məbləğində abunə və xidmət haqqı və 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 1819,41 (bir min səkkiz yüz on doqquz manat qırx bir qəpik) manat məbləğində pul tutulması əmr edilmişdir.
6. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1259/2018 nömrəli, xx.xx.2018-ci il tarixli məhkəmə əmri üzrə icraata başlanmışdır.
7. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2019-cu il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.
8. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilmişdir.
9. İş materiallarına əlavə olunmuş, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-406/2020 saylı, xx.xx.2020-ci il tarixdə verilmiş məhkəmə əmrindən məlum olur ki, xx.xx.1972-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, haliyədə X11, ev 1A, mənzil 18 ünvanında qeydiyyatda olan borclu Şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 1410 (min dörd yüz on) manat məbləğində əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş rüsumu, cəmi 1430 (min dörd yüz otuz) manat məbləğində pulun tutulması və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilməsi əmr edilmişdir.
10. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-406/2020 nömrəli, xx.xx.2020-ci il tarixli məhkəmə əmri üzrə icraata başlanmışdır.
11. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2020-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.
12. İş materiallarına əlavə olunmuş, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-466/2020 saylı, xx.xx.2020-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən Şəxs 1284 (bir min iki yüz səksən dörd manat qırx qəpik) manat əsas borc, 130 (bir yüz otuz) manat hesablanmış cərimə, ümumilikdə 1414.40 (bir min dörd yüz on dörd manat qırx qəpik) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, Zərərçəkmiş şəxs1 MMC tərəfindən 29 mart 2020-ci il tarixdə 1215 nömrəli ödəniş tapşırığı ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir.
13. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-466/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır.
14. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2020-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.
15. İş materiallarına əlavə olunmuş, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-851/2021 saylı, xx.xx.2021-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən Şəxs 1150 (min yüz əlli) manat məbləğində pul, məhkəmə məsrəfi olan 300 (üç yüz) manat məbləğində vəkil xərci və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1480 (min dörd yüz səksən) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs2 qaytarılması qət edilmişdir.
16. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-851/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır.
17. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2021-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.
18. İş materiallarına əlavə olunmuş, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-59/2022 saylı, xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən Şəxs 2809.45 (iki min səkkiz yüz doqquz manat qırx beş qəpik) manat qalıq borcu və 1769.38 (min yeddi yüz altmış doqquz manat otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 4578.83 (dörd min beş yüz yetmiş səkkiz manat səksən üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Zərərçəkmiş şəxs3 xeyrinə tutulması qət edilmişdir.
19. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-59/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır.
20. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.
21. İş materiallarına əlavə olunmuş, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-332/2023 saylı, xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsinə əsasən Şəxs 196.30 (yüz doxsan altı manat otuz qəpik) manat əsas borc və 19.63 (on doqquz manat altmış üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 215.93 (iki yüz on beş manat doxsan üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq, Zərərçəkmiş şəxs1 xeyrinə tutulması qət edilmişdir.
22. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-332/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır.
23. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.
24. İş materiallarına əlavə olunmuş, Bakı şəhəri, 54 saylı notariat ofisinin 8İ-16163 saylı, xx.xx.2024-cü il tarixdə verilmiş icra qeydinə əsasən Şəxs 58 (əlli səkkiz) manat əsas borc, 47 (qırx yeddi) manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 (beş) manat olmaqla cəmi 135 (yüz otuz beş) manat Bank Olmayan Kredit X9 Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qeyd edilmişdir.
25. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-16163 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır.
26. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.
27. İş materiallarına əlavə olunmuş, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-559/2025 saylı, xx.xx.2025-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən 10600 (on min altı yüz) manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs4 ödənilməsi, iddia təmin edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 121.80 (bir yüz iyirmi bir manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun və vəkilə hüquqi yardım üçün ödənilmiş 400 (dörd yüz) manat xidmət haqqının əvəzi cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs4 ödənilməsi qət edilmişdir.
28. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-559/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır.
29. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2025-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.
30. İş materiallarına əlavə olunmuş, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-835/2025 saylı, xx.xx.2025-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən Şəxs xx.xx.2021-ci il tarixli 55 688 nömrəli Malın satın alması müqaviləsi üzrə 604 (altı yüz dörd) manat əsas borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X12 Portalına xx.xx.2025-ci il tarixdə **********42 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdeh Şəxs alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
31. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-8352025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır.
32. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2025-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.
33. İş materiallarına əlavə olunmuş, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-920/2025 saylı, xx.xx.2025-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən Şəxs xx.xx.2021-ci il tarixli 55 886 nömrəli Malın satın alması müqaviləsi üzrə 558 (beş yüz əlli səkkiz) manat əsas borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X12 Portalına xx.xx.2025-ci il tarixdə **********84 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdeh Şəxs alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
34. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-920/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır.
35. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2025-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.
36. İş materiallarına əlavə olunmuş, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-704/2025 saylı, xx.xx.2025-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən Şəxs 750 (yeddi yüz əlli) manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı X7 ödənilməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh Şəxs tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir.
37. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-704/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır.
38. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2025-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.
39. İş materiallarından aydın olur ki, xx.xx.2025-ci il tarixli Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin qərarına əsasən Şəxs məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir.
40. İş materiallarından görünür ki, xx.xx.2026-cı il tarixdə borclu Şəxs barəsində axtarış elan edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
41. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
42. Həmin maddəyə görə, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olur.
43. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1259/2018 saylı, xx.xx.2018-ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 406/2020 saylı, xx.xx.2020-ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-466/2020 saylı, xx.xx.2020- ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-851/2021 saylı, xx.xx.2021-ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 59/2022 saylı, xx.xx.2022-ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-332/2023 saylı, xx.xx.2023-cü il tarixli, Baki Şəhəri 54 saylı Notariat Konturunun 8İ-16163 saylı, xx.xx.2024-cü il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-559/2025 saylı, xx.xx.2025-ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-835/2025 saylı, xx.xx.2025-ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 704/2025 saylı, xx.xx.2025-ci tarixli icra sənədləri üzrə tələbkarlara olan borcunu heç bir üzrlü səbəb göstərmədən ödəməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.
44. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə icraata başlanıldığı tarixdən bu günə kimi kifayət qədər uzun müddət keçməsinə baxmayaraq, borcundan ödəniş etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədləri üzrə borcun ödənilməməsinə hansısa qərəzsiz münasibətindən söhbət gedə bilməz. Eyni səbəbdən məhkəmə onun icra sənədləri üzrə borcunu yaxın gələcəkdə tam qaytaracağını da inandırıcı hesab etmir.
45. Beləliklə, iş materiallarından görünür ki, borclu məhkəmənin icra sənədini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir.
46. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
47. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır.
48. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.
49. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir.
50. «İcrа hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 3.1-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.
51. Həmin Qаnunun 3.2-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
52. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir.
53. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı».
54. Göründüyü kimi, borclu uzun müddət keçməsinə baxmayaraq, kifayət qədər yüksək məbləğdə olan borcunu tam ödəməmişdir. Bu da onun icra sənədinin icrasından qəsdən yayındığını sübut edir.
55. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
56. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
57. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsində təsbit edilmişdir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
59. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir.
60. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
61. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
62. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
63. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
64. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
65. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi.
66. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz.
67. Belə olan halda, İXM-in 528.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 10 (on) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür.
68. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, qəraraaldı: xx.xx.1972-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, dediyinə görə Avtovağzalda satıcı işləyən, Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Mehdiyev X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 22 yanvar 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərardan 10(on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protest vermək olar. Hakim: Aslan Heydarov.