Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(5-88)-47/2026 29.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol üzrə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirərək müəyyənetdim: Şəxs vətəndaş X1 xx.xx.2025-ci il tarixli müraciəti DƏMX-də araşdırılarkən xidmət tərəfindən müəssisəyə xx.xx.2025-ci il tarixdə A.Məmmədova aid sənədlərin təqdim edilməsi və münasibət bildirilməsi üçün sorğu ünvanlanmışdır, lakin müddətin başa çatmasına baxmayaraq sorğuda qeyd olunan sənədlər xidmətə təqdim olunmamışdır. Hüquqi şəxs barəsində xx.xx.2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin baş məsləhətçisi baş əmək müfəttişi X2 tərəfindən MN2112205 nömrəli protokol tərtib edilmiş və həmin inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2026-cı il tarixli müşayiət məktubu ilə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə əsasən Şəxs barəsində daxil olmuş protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərkən müəyyən etdim ki, inzibati xəta haqqında protokolun baxılması Naxçıvan Şəhər Məhkəməsinin səlahiyyətlərinə aid deyil. Belə ki, vergi məlumatlarının informasiya sistemində vergi məlumatlarından müəyyən olunmuşdur ki, Şəxs hüquqi ünvanı ünvan 1r Məcəlləsinin 110.1-ci maddəsinə görə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə beləliklə, inzibati xətalar haqqında işlər üzrə icraat prosesində inzibati protokol (prokurorun qərarı) inzibati xətalar haqqında işlər üzrə icraatın növbəti - inzibati xətaya dair işə baxılması mərhələsində vacib prosessual sənəddir. Bu baxımdan həmin Məcəllənin 100.1.4-cü maddəsinə müvafiq olaraq inzibati xətanın törədildiyi yerin müəyyən edilərək protokolda düzgün əks etdirilməsi gələcəkdə baxılacaq inzibati xətaya dair işin ərazi üzrə aidiyyəti məsələsinin qanuniliyini şərtləndirən həlledici hal kimi çıxış edir. Qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan inzibati xətalar fəslində nəzərdə tutulan inzibati xətaların törədilmə vaxtının və yerinin müəyyən edilməsi özünəməxsusluğu ilə seçilir. Belə ki, bu əməllər həm hərəkətlə (bəyannaməyə bilə-bilə yanlış məlumat daxil etmə), həm də hərəkətsizliklə (müəyyən edilmiş vaxtda bəyannaməni təqdim etməmə) törədilə bilər. Həmin inzibati xətalar iki qrupa bölünür: formal və maddi tərkibli xətalar. Formal tərkibli inzibati xətanın obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli inzibati xətalar qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir və məsuliyyətə cəlb etmək üçün ödənilməməsi və ya ödənilməli olan gömrük ödənişlərinin məbləğinin azaldılması və s. kimi mənfi nəticələrin baş verməsi mütləq deyil. Maddi tərkibli inzibati xətalarda isə xətanın obyektiv cəhətinə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən zərərli nəticə də daxil edilir. Maddi tərkibli inzibati xətalar üzrə məsuliyyətin yaranması üçün zərərli nəticənin baş verməsi tələb olunur və belə inzibati xəta tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır. Bu baxımdan ilkin olaraq inzibati hüquq pozuntusunun (hərəkət və ya hərəkətsizliyin) başa çatdığı vaxt, daha sonra baş verdiyi yer müəyyən edilməlidir. Beləliklə, hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. İnzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1 və 485.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 mart 2025-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə müvafiq olaraq, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Konstitusiyanın 62-ci maddəsində öz əksini tapmış “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021ci il 2 iyun tarixli Qərarı). Həmçinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilmişdir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə aidiyyəti ilə bağlı qeyri-müəyyənlik şəxslərin məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olmaqla yanaşı, işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasına çətinlik yarada, inzibati xətalar qanunvericiliyində nəzərdə tutulan inzibati tənbeh verilməsi ilə bağlı müddətlərin ötürülməsinə gətirib çıxara və nəticədə inzibati xətalar qanunvericiliyinin vəzifələrinin icrasına maneə yarada bilər. Qeyd olunmalıdır ki, inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) dairəsi İnzibati Xətalar Məcəlləsinin 7-ci fəslində müəyyən edilmişdir. Belə orqanlar (şəxslər) tərəfindən inzibati xəta haqqında işin baxılması yeri, yəni inzibati xətalar haqqında işlərin ərazi aidiyyəti isə həmin Məcəllənin 110-cu maddəsi ilə müəyyənləşdirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə görə, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İnzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Hüquqi şəxslərə münasibətdə nəzərə alınmalıdır ki, onlar qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə hüquqlarını həyata keçirir və vəzifələrini icra edirlər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsindən göründüyü kimi qurumun dövlət reyestrinə daxil edilən məlumatlarına aid edilmiş hüquqi ünvanı onun daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş yazılı mülahizədə də göstərilmişdir ki, inzibati xəta hərəkətsizliklə törədildiyi halda hüquqi şəxsin öhdəliyi icra etməli olduğu yer məhz onun hüquqi ünvanın olduğu yer kimi başa düşülməlidir. Gömrük orqanları qısa idxal bəyannaməsinin verilməməsi ilə əlaqədar hüquqi şəxslərlə bağlı tərtib etdiyi inzibati xəta haqqında protokollara məhkəmə aidiyyəti üzrə baxılması məsələsini həll edərkən öz inzibati təcrübəsini məhz "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 17 mart tarixli Qərarında göstərilən mövqe üzrə, yəni “gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır” prinsipi üzərindən formalaşdırmışdır. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hüquqi şəxslər tərəfindən törədildikdə, belə inzibati xəta haqqında işlərə ərazi aidiyyəti üzrə hüquqi şəxsin hüquqi ünvanının olduğu yerin məhkəməsində baxılmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Şəxs İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilir. Protokoldan aydın olur ki, vətəndaş X1 xx.xx.2025-ci il tarixli müraciəti DƏMX-də araşdırılarkən xidmət tərəfindən müəssisəyə xx.xx.2025-ci il tarixdə A.Məmmədova aid sənədlərin təqdim edilməsi və münasibət bildirilməsi üçün sorğu ünvanlanmışdır, lakin müddətin başa çatmasına baxmayaraq sorğuda qeyd olunan sənədlər xidmətə təqdim olunmamışdır. Hüquqi şəxs barəsində xx.xx.2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin baş məsləhətçisi baş əmək müfəttişi X2 tərəfindən MN2112205 nömrəli protokol tərtib edilmiş və həmin inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2026-cı il tarixli müşayiət məktubu ilə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Sözügedən maddəyə görə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə inzibati xətanın törədilməsini nəzərdə tutur. Maddənin dispozisiyasından da aydın olduğu ki, bu növ inzibati xəta hərəkətsizliklə törədilən xəta olduğundan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarlarının anologiya üzrə tətbiq edilməklə bu maddə üzrə xətanın hərəkətsizliklə törədilməsi nəticəsində protokol tərtib edilməsi nəzərə alınaraq baxılması üçün hüquqi şəxsin hüquqi ünvanının yerləşdiyi yerin məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN2112205 nömrəli protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinin tələbinə əsasən aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, həmin maddənin tələbinə görə əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə,... inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, qəraraaldım: Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən göndərilən Şəxs barəsində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2026cı il tarixli MN2112205 nömrəli protokol ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə göndərilsin. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(5-88)-47/2026
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(5-88)-47/2026
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver