Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-48/2026 26.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxs X1 iştirakları ilə, xx.xx.1985-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), evli, 2 uşaq atası, ali təhsilli, işsiz, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 26 yanvar 2026-cı il tarixli, 275418/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 26 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 16(078)-37/2025 saylı, 12 noyabr 2025-ci il tarixli qərardadı əsasında verilmiş 12 noyabr 2025-ci il tarixli icra sənədinə əsasən Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması və sabit pul məbləğində aliment tələbinə dair 2(078)- 1588/2025 nömrəli mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək (yekun məhkəmə qərarı qüvvəyə minənədək) Zərərçəkmiş şəxs övladı 23 fevral 2016-cı il təvəllüdlü X6 və 08 aprel 2020-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 16:00-dək görüşüb ünsiyyət saxlanılmasına şərait yaradılması, Şəxs görüşə maneçilik yaradılmasının qadağan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********087900 nömrəli tələbin icraya yönəldilməsi haqqında qərarından görünür ki, Şəxs tərəfindən 228,00 əsas, 28,34 manat faiz, 2500,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 2.756,34 manat vergi, faiz və maliyyə sanksiyasını qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2019-cu tarixli, **********129200 nömrəli, xx.xx.2019-cu il tarixli, **********8448 nömrəli, xx.xx.2022-cü il tarixli, **********9187 nömrəli, xx.xx.2019-cü il tarixli, **********8339 nömrəli qərarlarının xx.xx.2023-cü il tarixindən icraya yönəldilməsi qərara alınmışdır. İş üzrə icraata başlamaq haqqında qərarlarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişlərin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bu gün vergi borcu olduğunu öyrəndiyini, özünün heç sənədə qol çəkib götürmədiyini, bir müddət ərzində pulu ödəyəcəyini, uşaqlarının özü ilə birlikdə Bakı şəhərində yaşadıqlarını, orada məktəbə getdiklərini, icra şöbəsinin uşaqların Bakı şəhərində olması ilə bağlı arayış istədiklərini, arayışın səhvliklə icra şöbəsinə deyil, məhkəməyə verdiyini, hakimə təqdim edildiyini, uşaqları təhsildən ayıra bilməyəcəyini, uşaqların Bakıda məktəbə getdiklərini, analarının Naxçıvan şəhərində yaşadığını, anasının uşaqlarla görüşlə bağlı özünə müraciət etmədiyini, məhkəmə tərəfindən telefonla danışmaq barədə qərar verildiyini, özünün o qərarla razı olmadığını, qərarlardan məlumatı da olmadığını, sadəcə olaraq SMS gəldiyini, yaxınlaşmağının bildirildiyini, özünün də yaxınlaşdığını, özünün heç bir qərarla tanış olmadığını, imza etməkdən də imtina etdiyini, vergi borcu ilə razı olduğunu, onun doğru olduğunu, borcunun olduğunu, özünün 15 ildir faktiki qeydiyyatda olduğu ünvanda yaşamadığını, uşaqlarının özünün yanında olduğunu, zərərçəkmiş şəxslə xəyanət etdiyinə görə ayrıldıqlarını, özünün psixoloji problemlər yaşadığını, özünün Bakıda işlədiyini, ailəsinin normalda burada olduğunu, iki aydan bir gedib gəldiyini, xəyanət məsələsi olandan sonra ata və anasının qarşı tərəfi götürüb getdiklərini, aprel ayında heç bir icra məmurunun onunla əlaqə saxlayıb vergi borcu olması ilə bağlı məlumat vermədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs X3 şəxsin vergi borcu ilə bağlı işin aidiyyəti üzrə Nəsimi rayon icra şöbəsi tərəfindən göndərildiyini, icraatına daxil olduğunu, yenidən bildiriş göndərildiyini, poçt vasitəsilə çatdırıldığını, şəxsin xəbərdar edildiyini, xəbərnamədə şəxsin “Şəxs” yazaraq imza çəkib sənədləri qəbul etdiyini, Dövlət Vergi Xidmətinin qərarı olduğunu, bir neçə dəfə şəxsə xəbərdarlıq edildiyini, şəxsin icra sənədini icra etmədiyini, uşaqlarla ünsiyyət ilə bağlı da icra sənədi olduğunu, tələbkarın dəfələrlə zəng etdiyini, şəxsin həmin qərarı da icra etmədiyini, uşaqların anaları ilə ünsiyyətdə olmalarına maneçilik törətdiyini, şəxslə əlaqə saxladıqlarını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 12 noyabr 2025-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 16(078)-37/2025 saylı, 12 noyabr 2025-ci il tarixli qərardadına əsasən Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması və sabit pul məbləğində aliment tələbinə dair 2(078)-1588/2025 nömrəli mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək (yekun məhkəmə qərarı qüvvəyə minənədək) Zərərçəkmiş şəxs övladı 23 fevral 2016-cı il təvəllüdlü X6 və 08 aprel 2020-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 16:00-dək görüşüb ünsiyyət saxlanılmasına şərait yaradılması, Şəxs görüşə maneçilik yaradılmasının qadağan edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 18 noyabr 2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 16(078)-37/2025 saylı, 12 noyabr 2025-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 18 noyabr 2025-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********087900 nömrəli tələbin icraya yönəldilməsi haqqında qərarından görünür ki, Şəxs tərəfindən 228,00 əsas, 28,34 manat faiz, 2500,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 2.756,34 manat vergi, faiz və maliyyə sanksiyasını qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2019-cu tarixli, **********129200 nömrəli, xx.xx.2019-cu il tarixli, **********8448 nömrəli, xx.xx.2022-cü il tarixli, **********9187 nömrəli, xx.xx.2019-cü il tarixli, **********8339 nömrəli qərarlarının xx.xx.2023-cü il tarixindən icraya yönəldilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 26 yanvar 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********087900 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 26 yanvar 2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Şəxs təyin edilən cərimənin məbləği 500 (beş yüz) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(5-88)-48/2026
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-88)-48/2026
26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver