Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(5-88)-51/2026 13.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X2 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN ********** olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Naxçıvan Şəhər Məhkəməsinə 29 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 27 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 İdarəsi tərəfindən daxil olmuş 27 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 9 ünvanında yerləşən Şəxsndə xx.xx.2026-cı il tarixdə keçirilmiş yanğın texniki müayinə zamanı YTQ-01.2001-in 2.1; 2.4; 2.5; 5.2; 5.2; 6.1; 6.5; 6.7; 9.1 və 10.4-cü bəndlərinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs nümayəndəsi X3 30 yanvar 2026-cı il tarixdə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vəsatət göndərərək vəsatətdə icraatda 3(5-88)-51/2026 saylı inzibati xətalar haqqında iş olduğunu, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 İdarəsinin əməkdaşı tərəfindən xx.xx.2026-cı il tarixdə Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 9, ünvanında yerləşən hüquqi şəxs, Şəxs MMC-nə məxsus müştəri xidmətləri göstərən ofisdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY252473706 nömrəli çıxarışa əsasən, keçirilmiş planlı yanğın texniki müayinə zamanı İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokol tərtib olunduğunu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən toplanmış materialların qərar qəbul edilməsi üçün aidiyyəti üzrə məhkəməyə təqdim olunduğunu, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 İdarəsinin məhkəməyə təqdim etdiyi protokolda barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin hüquqi ünvanının Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 149 olduğunun göründüyünü, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddələrini nəzərə alaraq müvafiq işin ərazi aidiyyəti üzrə Şəxs MMC-nin yerləşdiyi ünvanı nəzərə almaqla Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Həmçinin Şəxs nümayəndəsi X3 12 fevral 2026-cı il tarixdə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə göndərərək, məhkəmənin icraatında 3(5-88)- 51/2026 saylı inzibati xəta haqqında iş olduğunu 13 fevral 2026-cı il tarixinə təyin edilmiş məhkəmə prosesində nümayəndələrinin iştirakı olmadan vəsatətə baxıb təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi tərəfindən məhkəməyə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsi və işin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında vəsatət göndərilməsini nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən işin hüquqi şəxsin hüquqi ünvanı üzrə baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə məhkəməyə vəsatət göndərildiyindən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(5-88)-51/2026
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(5-88)-51/2026
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver