Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-62/2026 04.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxs X1 iştirakları ilə, xx.xx.1967-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), evli, 3 uşaq atası, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 04 fevral 2026-cı il tarixli, 142053/95169/113736 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 04 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-325/2022-ci il saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında verilmiş 01 iyun 2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixli, İK0207/25 saylı kredit müqaviləsi üzrə 5.08 (beş manat səkkiz qəpik) manat gecikdirilmiş faiz borcu, 159.83 (yüz əlli doqquz manat səksən üç qəpik) manat gecikdirilmiş əsas borc, 0.42 (qırx iki qəpik) manat faiz borcu, 406.57 (dörd yüz altı manat əlli yeddi qəpik) manat əsas borc olmaqla, ümumilikdə 571.90 (beş yüz yetmiş bir manat doxsan qəpik) manat borcun cavabdeh Şəxs tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi və iş üzrə cavabdeh Şəxs 30 (otuz) manat miqdarında dövlət rüsumunun alınaraq iş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)- 194/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında verilmiş 18 mart 2024-cü il tarixli icra sənədinə əsasən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi - AA*******, qeydiyyatda olduğu yer - Naxçıvan şəhəri, X5 küçəsi) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsinin təmin edilməsi və ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ödəməkdən azad edildiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun maraqlı şəxs Şəxs tutularaq dövlət gəlirlərinə alınması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Naziriiyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 19 mart 2024-cü il tarixli, **********233400 nömrəli tələbin icraya yönəldilməsi haqqında qərarından görünür ki, Şəxs tərəfindən 29.500,00 əsas, 12.200,00 manat faiz, 0 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 41.700,00 manat vergi, faiz və maliyyə sanksiyasının qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********399400 nömrəli, xx.xx.2022-ci il tarixli **********222900 nömrəli, xx.xx.2022-ci il tarixli **********091200 nömrəli, xx.xx.2022-cü il tarixli **********871000 nömrəli qərarlarının xx.xx.2024-cü il tarixindən icraya yönəldilməsi qərara alınmışdır. Həmin işlər üzrə icraata başlamaq haqqında qərarlarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişlərin borcluya göndərilməsinə və borcluya rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, beləliklə, Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında üstünə bir işin qurulduğunu, yaxın dostu olduğunu, ona “gəl iş verim işlə” dediyini, VÖEN-ni götürüb getdiyini, ondan etibarnamə aldığını, sonra da borcu olduğunu dediklərini, 2023-cü ildən barəsində qərar olduğunu bildiyini, Kommersiya Məhkəməsinə çağırdıqlarını, 11000 manat borcu olduğunu dediklərini, sonra 40000 manat borcu olduğunu dediklərini, məsələnin həllini tapacağını dedikləri üçün özünün heç yerə müraciət etmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs X3 şəxsin 3 icra sənədi üzrə borcu olduğunu, baş idarənin qərarı olduğunu, 22 may 2024-cü il tarixdə aidiyyatı üzrə daxil olduğunu, zəruri tədbirlər görüldüyünü, axtarış qərarı verildiyini, şəxsdən 2 dəfə iltizam alındığını, sonra şəxsin nə telefonları açdığını, nə də gəldiyini, hər zaman borcunu qəbul etdiyini, ödəyəcəyini bildirdiyini, ödəmədiyini, şəxsin axtarışla gəldiyini, heç bir ödəniş etmədiyini bildirərək şəxsin barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 01 iyun 2022-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-325/2022-ci il saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixli, İK0207/25 saylı kredit müqaviləsi üzrə 5.08 (beş manat səkkiz qəpik) manat gecikdirilmiş faiz borcu, 159.83 (yüz əlli doqquz manat səksən üç qəpik) manat gecikdirilmiş əsas borc, 0.42 (qırx iki qəpik) manat faiz borcu, 406.57 (dörd yüz altı manat əlli yeddi qəpik) manat əsas borc olmaqla, ümumilikdə 571.90 (beş yüz yetmiş bir manat doxsan qəpik) manat borcun cavabdeh Şəxs tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi və iş üzrə cavabdeh Şəxs 30 (otuz) manat miqdarında dövlət rüsumunun alınaraq iş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 01 iyul 2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-325/2022-ci il saylı, 01 iyun 2022-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 01 iyul 2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 18 mart 2024-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-194/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi - AA*******, qeydiyyatda olduğu yer - Naxçıvan şəhəri, X5 küçəsi) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsinin təmin edilməsi və ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ödəməkdən azad edildiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun maraqlı şəxs Şəxs tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 28 mart 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-194/2024 saylı, 18 mart 2024-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 28 mart 2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Naziriiyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 19 mart 2024-cü il tarixli, **********233400 nömrəli tələbin icraya yönəldilməsi haqqında qərarından görünür ki, Şəxs tərəfindən 29.500,00 əsas, 12.200,00 manat faiz, 0 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 41.700,00 manat vergi, faiz və maliyyə sanksiyasının qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********399400 nömrəli, xx.xx.2022-ci il tarixli **********222900 nömrəli, xx.xx.2022-ci il tarixli **********091200 nömrəli, xx.xx.2022-cü il tarixli **********871000 nömrəli qərarlarının xx.xx.2024-cü il tarixindən icraya yönəldilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin 05 aprel 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Azərbaycan Respublikasının İqtisadiyyat Naziriiyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 19 mart 2024-cü il tarixli, **********233400 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 05 aprel 2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 04 fevral 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(5-88)-62/2026
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-88)-62/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver