Məhkəmə qərarları › İş №3(5-88)-77/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-88)-77/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-77/2026 10.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxs X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Şahbuz rayonu, Şada kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), evli, 2 uşaq atası, orta təhsilli, işsiz, Şahbuz rayonu, Şada kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 10 fevral 2026-cı il tarixli, 254437/2018 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 10 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Babək Rayon Məhkəməsinin 2(079)-142/2018 saylı, 19 mart 2018-ci il tarixli qətnaməsi əsasında verilmiş 02 may 2018-ci il tarixli icra sənədinə əsasən Şahbuz Rayon Məhkəməsinin 2(090)- 30/2016 nömrəli, 23 fevral 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Şəxs hər ay 130 (yüz otuz) manat miqdarda sabit pul məbləğində alimentin alınıb 18 may 2013-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün X3 verilməsi qət edilmişdir. Babək Rayon Məhkəməsinin 8(079)-10/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı əsasında verilmiş 17 fevral 2025-ci il tarixli icra sənədinə əsasən Babək Rayon Məhkəməsinin 2(079)-142/2018 nömrəli, 19 mart 2018-ci il tarixli qətnaməsi ilə 18 may 2013-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs X2 xeyrinə tutulması qət edilən alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Şahbuz Rayon Məhkəməsinin e-2(090)-207/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli qətnaməsi əsasında verilmiş 22 noyabr 2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 06 may 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı üzrə 219.2 (iki yüz on doqquz manat, iyirmi qəpik) manat əsas və 10.96 (on manat doxsan altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 230.16 (iki yüz otuz manat, on altı qəpik) manat məbləğində borcun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 27,4 (iyirmi yeddi manat, qırx qəpik) manat hissəsinin cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarlarla icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildirişlər borcluya göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında işsiz olduğu üçün ödəniş edə bilmədiyini, aliment məbləğinin indeksasiya edildikdən sonra aliment azaldılana kimi olan dövr ərzində yüksək məbləğ olduğu üçün borcunun olduğunu, lakin hər ay 200 manat ödəniş etdiyini, sadəcə yanvar ayı ödəniş etmədiyini, onu da pul alan kimi ödəyəcəyini, qalıq aliment borcundan da hər ay hissəhissə ödəniş edəcəyini, digər icra sənədinə münasibətdə isə ikinci dəfə ailə həyatı qurduğundan maddi olaraq çətinliyi olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs X5 izahatında şəxsin 900 manat aliment borcu olduğunu, 2025-ci ilin dekabr ayı da daxil olmaqla hər ay 200 manat ödəniş etdiyini, yanvar ayında ödəniş etmədiyini, onu da ödəyəcəyini bildirdiyini, borcunun indeksasiyadan sonra olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 02 may 2018-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Babək Rayon Məhkəməsinin 2(079)-142/2018 saylı, 19 mart 2018-ci il tarixli qətnaməsinə əsasən Şahbuz Rayon Məhkəməsinin 2(090)-30/2016 nömrəli, 23 fevral 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Şəxs hər ay 130 (yüz otuz) manat miqdarda sabit pul məbləğində alimentin alınıb 18 may 2013cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün X3 verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Şahbuz rayon İcra Qrupunun 04 may 2018-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Babək Rayon Məhkəməsinin 2(079)-142/2018 saylı, 02 may 2018-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Şahbuz rayon İcra Qrupu tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 04 may 2018-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 17 fevral 2025-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Babək Rayon Məhkəməsinin 8(079)-10/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Babək Rayon Məhkəməsinin 2(079)-142/2018 nömrəli, 19 mart 2018ci il tarixli qətnaməsi ilə 18 may 2013-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs X2 xeyrinə tutulması qət edilən alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. İş materiallarından aydın olur ki, Şahbuz rayon İcra və Probasiya bölməsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 20 fevral 2025-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 22 noyabr 2024-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Şahbuz Rayon Məhkəməsinin e-2(090)-207/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs 06 may 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı üzrə 219.2 (iki yüz on doqquz manat, iyirmi qəpik) manat əsas və 10.96 (on manat doxsan altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 230.16 (iki yüz otuz manat, on altı qəpik) manat məbləğində borcun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 27,4 (iyirmi yeddi manat, qırx qəpik) manat hissəsinin cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Şahbuz rayon İcra və Probasiya bölməsinin 25 noyabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Şahbuz Rayon Məhkəməsinin e-2(090)-207/2024 saylı, 22 noyabr 2024-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Şahbuz rayon İcra və Probasiya bölməsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 25 noyabr 2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə qətnaməsini tam və vaxtında icra etməməsi borclunun mülkiyyətində borcun icrasına yönəldə biləcəyi əmlakının və gəlirinin olmaması kimi üzrlü səbəblərdən qaynaqlanmışdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Elektron İcra Sistemindən Şəxs məlumatları üzrə çıxarışdan pensiya, təqaüd və sair gəlirlərinin olmadığı, mülkiyyətində heç bir daşınmaz əmlak və ya nəqliyyat vasitəsinin olmadığı müəyyən olunmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və icra məmuru Şəxs aliment borcundan 2025-ci ilin dekabr ayı da daxil olmaqla hər ay 200 manat ödəniş etdiyini, sadəcə olaraq 2026-cı ilin yanvar ayında ödəniş etmədiyini bildirmişlər. Həmçinin icra işində olan ödəniş qəbzlərindən borclu tərəfindən aylıq ödənişlərin həyata keçirildiyi müəyyən edilmişdir. Həmin şəxsin vaxtında ödənişlər edə və icra sənədləri üzrə tələbi tam təmin edə bilməməsinin səbəbinin isə daimi gəlir mənbəyi olmaması kimi üzrlü səbəbdən qaynaqlandığı müəyyən edilmişdir. İş üzrə araşdırma zamanı borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır. “İcra haqqında” Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmüş tədbirlər nəticə vermədiyi hallarda borclunun ilk növbədə inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur. Məhkəmədə işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs icra sənədləri üzrə ödənişlər həyata keçirmiş, daimi gəlir mənbəyi olmaması səbəbindən tam təmin edə bilməmişdir. Üzrlü səbəb olduğu halda, həmçinin ödənişlər edildiyi halda icra məmuru tərəfindən onun inzibati məsuliyyətə cəlb edilməsi üçün protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır... Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin araşdırılması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən icra sənədinin qərəzli olaraq icra edilməməsi halı aşkar edilməmiş, onun tələbin yönəldilə biləcəyi əmlakı və ya gəliri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130, 138-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar