Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-90/2026 02.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Naxçıvan Şəhər prokurorunun köməkçisi İİ dərəcəli hüquqşünas X2, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 2008-ci ildə Naxçıvan MR, Kəngərli rayonu, Şahtaxtı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məktəbli, deməsinə görə əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: xx.xx.2026-c il tarixdə vətəndaş Tahirova X3 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək xx.xx.2026-cı il tarixdə Qanuni nümayəndə qızı Şəxs Zərərçəkmiş şəxs fəaliyyət göstərdiyi təhsil müəssisəsinin giriş qapısının şüsəsini və qarşısında qoyulmuş reklat lövhəsini daşla vurub qıraraq ona maddi ziyan vurduğunu bīldirmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin təhqiqatçısı, polis mayoru Həsən Xəlilov tərəfindən araşdırma aparılmış, xx.xx.2026-cı il tarixdə qərar qəbul edilərək, Vətəndaş Zərərçəkmiş şəxs və Qanuni nümayəndə müraciətləri əsasında toplanmış HKpi-25/26 No-li material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 510-cu (Xırda xuliqanlıq) maddələrinin tərkib əlamətləri olduğundan Şəxs barəsində həmin maddələr ilə inzibati icraat başlanılması üçün qərarın surəti Naxçıvan Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinə göndərilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə 20 fevral 2026-cı il tarixdə ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. İşə əlavə edilmiş X1 tərəfindən xx.xx.2026-cı il tarixli 020 saylı ekspert rəyində qeyd edilmişdir ki, Qiymətləndirmə hesaba Azərbaycan Respublikasımın müvafiq qanunvericiliyinə əsasən hıazırlanmışdır və 01 ədəd reklam lövhəsi, 01 ədəd ağ rəngli otaq qapısı, və uzunluğu 2.70, eni 0.70 sm olan ikili qapı şüşəsinin əhatə edir. Qiymətləndirmə prosesi zamanı 01 ədəd reklam lövhəsi, 01 ədəd ağ rəngli otaq qapısı, və uzunluğu 2.70, eni 0.70 sm olan ikili qapı şüşəsinin "qara bazarda" satış qiymətləri üzrə araşdırmalar aparılmışdır. Bazar araşdırması zamanı ekspertizaya təqdim olunan məhsullar üzrə keyfiyyət və digər standartlar tərəfimizdən araşdırma predmetinə daxil edilməyib. Ekspertə təqdim oluna bilməyən 01 ədəd reklam lövhəsi, 01 ədəd ağ rəngli otaq qapısı, və uzunluğu 2.70, eni 0.70 sm olan ikili qapı ştüşəsinin 06 yanvar 2026-ci il tarixə olan dəyəri elan lövhəsi 1 ədəd ota bazar dəyəri 100 azn, ağ rəngli otaq qapısı 100 azn, ikili qapı şüşəsi 132.30 azn ümumilikdə cəmi 332.30 azn təşkil etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında Firuzənin ona hadisədən bir gün qabaq onu təhqir etdiyini, söyüş yazdığını, alçaldıcı sözlər dediyini, Firuzənin atası ilə əlaqəsi olduğunu, anasını o kursda döydüklərini, özü də əsabləşərək gedib reklam lövhəsini vurub qırdığını, otağa giriş etmədiyini, qapının şüşəsini qırdığını, lakin içəri daxil olmadığını, işsiz olduğunu, ailəsi ilə yaşadığını, ailəsinin ona baxdığını bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında Təhsil kursunda fəaliyyət göstərdiyini, əmlaka zərər vurulduğunu, atdığı daşların otağın qapısına və şüşəsinə zərər vurulduğunu, ekspert rəyində qeyd edildiyini, bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında qızının təhsilinin bu hadisələrə görə yarımçıq qaldığını, qızının əmlaka zərər vurması ilə bağlı Aysuna getmə dediyini, Aysunun əsəbi olub getdiyini, bilmədiyini, getməməli olduğunu bildirərək qanuni qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Naxçıvan Şəhər Prokurorunun köməkçisi İİ dərəcəli hüquqşünas X4 izahatında Şəxs minimum cəzanın verilməsini xahiş etmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi inzibati xəta törətmiş şəxsin eləcə də zərərçəkmiş şəxsin izahatı və tərtib edilmiş inzibati xəta haqqında protokollarla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati məsuliyyətini yüngülləşdirən hal şəxsin yetkinlik yaşına çatmamasıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati məsuliyyətini ağırlaşdıran hal yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, eləcə də işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən, özgə əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurulduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğində cərimə edilir. (Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür). Azərbaycan Respublikası İXM-in 36.2-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Buna görə də məhkəmə Şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan vurulmuş ziyanın bir misli miqdarında-332.30 (üç yüz otuz iki manat otuz qəpik) manat məbləğində cərimə cəzasının tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin Zərərçəkmiş şəxs vurulmuş əmlak zərərinin dəyəri olan 332.30 (üç yüz otuz iki manat otuz qəpik) manat pul Şəxs alınaraq zərərçəkmiş şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, vurulmuş ziyanın bir misli miqdarında-332.30 (üç yüz otuz iki manat otuz qəpik) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxs vurulmuş əmlak zərərinin dəyəri olan 332.30 (üç yüz otuz iki manat otuz qəpik) manat pul Şəxs alınaraq zərərçəkmiş şəxsə qaytarılsın. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(5-88)-90/2026
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-88)-90/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver