Məhkəmə qərarları › İş №3(5-88)-96/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-88)-96/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-96/2026 25.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X4 və inzibati xəta haqqında protokolu tərtib edən şəxs X2 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), evli, 3 uşaq anası, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 25 fevral 2026-cı il tarixli, 14149/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 25 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1471/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qətnaməsi əsasında verilmiş, 15 yanvar 2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 22 oktyabr 2023cü il tarixli, 616 nömrəli Nisyə mal satın alması müqaviləsi üzrə 1942 (bir min doqquz yüz qırx iki) manat əsas, 97,1 (doxsan yeddi manat on qəpik) manat gecikdirilmiş dəbbə borcu olmaqla ümumilikdə 2039,1 (iki min otuz doqquz manat on qəpik) manat borcun iddiaçı X4 xeyrinə tutulması, X8 tərəfindən Azərbaycan Respublikası Mərkəzi X7 Portalına xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 39,42 manat dövlət rüsumunun əvəzinin cavabdeh Şəxs alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1637/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qətnaməsi əsasında verilmiş, 27 yanvar 2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2023-cü il tarixli 732 nömrəli Nisyə mal satın alması müqaviləsi üzrə 3080 (üç min səksən) manat əsas, 154 (bir yüz əlli dörd) manat gecikdirilmiş dəbbə borcu olmaqla, ümumilikdə 3234 (üç min iki yüz otuz dörd) manat borcun iddiaçı X4 xeyrinə tutulması və iddiaçı X8 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 13636 nömrəli qəbzlə ödənilmiş 50.80 (əlli manat səksən) manat dövlət rüsumunun əvəzinin cavabdeh Şəxs alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında 16 yanvar 2025-ci il tarixli və 06 fevral 2025-ci il tarixli qərarlarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişlərin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında vəziyyətinin yaxşı olmadığını, 5000 (beş min manat) borcu olduğunu, məhkəmə qərarı çıxandan sonra 600 (altı yüz) manat ödədiyini, 6 ay olar ki, ödəniş etmədiyini, işsiz olduğunu, son zamanlarda bir az problemləri olduğundan ödəyə bilmədiyini, aldığı telefonun da açılmadığını, telefonunun açılmasını istədiyini, ödəməyə gücünün çatmadığını, hər ay 100 manat olmaqla ödəniş edə biləcəyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X8 izahatında 2023-cü ildən telefon aldığını, 2 telefon aldığını, borclunun telefonun pulunu ödəmədiyini, borclunun telefonu aldıqdan sonra birini satdığını, borclu ilə dəfələrlə əlaqə saxlamağa çalışdığını, borcun tam şəkildə ödənilməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs X3 16 yanvar 2025-ci il tarixdə icra sənədinin icraatına daxil olduğunu, 2039 manat əsas borcu, 39,42 manat dövlət rüsumu borcu olduğunu, 06 fevral 2025-ci il tarixdə digər icra sənədinin daxil olduğunu, 3284 manat əsas borcu, 50,80 manat dövlət rüsumu olmaqla, ümumilikdə təxminən 5300 manat borcu olduğunu, icraata başlanıldığını, könüllü ödəniş üçün borcluya 10 gün müddət verildiyini, dəfələrlə xəbərdarlıq edildiyini, bütün zəruri icra tədbirlərinin görüldüyünü, mart ayı iltizam aldığını, iltizamda da ödəyəcəyini dediyini, sonra isə 200 manat mart, may və avqust aylarında ödədiyini, cəmi 600 manat ödəniş etdiyini, hal-hazırda icra borcu ilə birlikdə təxminən 5100 manat borcu qaldığını, məcburi gətirilmə verdiyini, faktiki olaraq axtarışla gəldiyini, 6 aydır ki, ümumiyyətlə ödəniş etmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 15 yanvar 2025-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1471/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Şəxs 22 oktyabr 2023-cü il tarixli, 616 nömrəli Nisyə mal satın alması müqaviləsi üzrə 1942 (bir min doqquz yüz qırx iki) manat əsas, 97,1 (doxsan yeddi manat on qəpik) manat gecikdirilmiş dəbbə borcu olmaqla ümumilikdə 2039,1 (iki min otuz doqquz manat on qəpik) manat borcun iddiaçı X4 xeyrinə tutulması, X8 tərəfindən Azərbaycan Respublikası Mərkəzi X7 Portalına xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 39,42 manat dövlət rüsumunun əvəzinin cavabdeh Şəxs alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 16 yanvar 2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1471/2024 saylı, 15 yanvar 2025-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 16 yanvar 2025-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 27 yanvar 2025-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1637/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Şəxs xx.xx.2023-cü il tarixli 732 nömrəli Nisyə mal satın alması müqaviləsi üzrə 3080 (üç min səksən) manat əsas, 154 (bir yüz əlli dörd) manat gecikdirilmiş dəbbə borcu olmaqla, ümumilikdə 3234 (üç min iki yüz otuz dörd) manat borcun iddiaçı X4 xeyrinə tutulması və iddiaçı X8 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 13636 nömrəli qəbzlə ödənilmiş 50.80 (əlli manat səksən) manat dövlət rüsumunun əvəzinin cavabdeh Şəxs alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 06 fevral 2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1637/2024 saylı, 27 yanvar 2025-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 06 fevral 2025-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Şəxs təyin edilən cərimənin məbləği 500 (beş yüz) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar