Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 3(5-89)-1/2026 07.01.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Ordubad rayon Poliş Şöbəsinin İTB-nin polis sahə rəisi X1 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Ordubad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, Ordubad rayon Vənən kənd Uşaq Musiqi məktəbində işləyən əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Naxçıvan MR, Ordubad rayon Poliş Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib olunmuş 07 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə “xırda xuliqanlıq” etməsi ilə bağlı inzibati xəta haqqında protokol baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Naxçıvan MR, Ordubad rayon Poliş Şöbəsinin İTB-nin polis sahə rəisi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü AR İXM-nin 510-cu maddəsi ilə təqsirli hesab etmədiyini və onun barəsində deyilənlərin tamamı ilə şər və böhtan olduğunu bildirmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis bölməsində olarkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyriinsani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında şahid qismində izahat vermiş şəxs Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, Vənənd kənd musiqi məktəbində Fortepiano müəlliməsi vəzifəsində işlədiyini, Şəxs ilə heç bir ədavətim olmadığını,lakin Şəxs isə onlarla tez-tez sözlü mübahisələr etdiyini, həmin mübahisəllər zamanı ictimai yerdə “cındır” “şərəfsizlər” kimi nalayiq ifadələr işlətdiyinə adları qeyd olunan şəxslər və o şahid olmuşdur. Dəfələrlə ona bu hallarla bağlı irad bildirsələrdə də o, yenə də bu kimi əməllərinə davam etdirdiyini, İşlədikləri məktəbi yandıracağı ilə bağlı sözlərlə hədə-qorxu gəldiyini, Məktəbin direktoru Səmra xanım ona dərsini keçməsini iş fəaliyyətinin gedişinə maneəçilik törətməməsini tələb etdikdə Şəxs Səmra xanımın barəsində “it qızı” ifadəsini işlətdiyini qəzəblənərək dəhlizin divarına yumruq vuraraq nalayiq ifadələr işlətdiyini, Həmin vaxt orada o, Gülçin Yüsifova, Zərərçəkmiş şəxs7 və bir neçə şagird olduğunu onun bu hərəkətlərin qorxaraq narahatçılıq keçirtidiklərini, Onun, mütəmadi olaraq belə hərəkətlər edərək ictimai qaydanı pozduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş şəxs Zərərçəkmiş şəxs3 izahatında bildirmişdir ki, işlədiyim musiqi məktəbində iş yoldaşım Şəxs mənə və ümumilikdə bir neçə müəllimlərə qarşı hörmətsizlik edir. Özünü hamıdan üstün tutur dərsin, iş fəaliyyətinin gedişatını pozur. Mənə və müəllimlərə yəni, Maral İsmaylılovaya, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 qarşı kobud rəftar edərək hər dəfə müxtəlif şəkildə sözlərlə hədə qorxu gəlir. Tez-tez sözlü mübahisələr edir. İşlədiyimiz məktəbi yandıracağı ilə bağlı sözlərlə hədə-qorxu gəlir. Məktəbin direktoru Səmra xanım ona dərsini keçməsini iş fəaliyyətinin gedişinə maneəçilik törətməməsini tələb etdikdə Şəxs onu saymayaraq öz əməllərinə davam edir. O, mütəmadi olaraq belə hərəkətlər edərək ictimai qaydanı pozur. Lakin o özbaşınalığına davam edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş şəxs Zərərçəkmiş şəxs4 izahatında bildirmişdir ki, Ordubad rayon Vənənd kəndində Kamança müəlliməsi vəzifəsində işləyirəm. Şəxs ilə heç bir ədavətim yoxdur. İşlədiyim musiqi məktəbində iş yoldaşım Şəxs mənə və ümumilikdə bir neçə müəllimlərə qarşı hörmətsizlik edir. Özünü hamıdan üstün tutur dərsin, iş fəaliyyətinin gedişatını pozur. İş yoldaşım Zərərçəkmiş şəxs7 dilində qüsuru olduğu üçün bilə-bilə onun yamsılayaraq ələ salır. Mənə və müəllimlərə yəni, Maral İsmaylılovaya, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 qarşı kobud rəftar edərək hər dəfə müxtəlif şəkildə sözlərlə hədə-qorxu gəlir. Tez-tez sözlü mübahisələr edir. Həmin mübahisəllər zamanı ictimai yerdə “cındır”, “şərəfsizlər” kimi nalayiq ifadələr işlətdiyinə adları qeyd olunan şəxslər və mən şahid olmuşuq. Dəfələrlə ona bu hallarla bağlı irad bildirsək də o, yenə də bu kimi əməllərinə davam edir. İşlədiyimiz məktəbi yandıracağı ilə bağlı sözlərlə hədəqorxu gəlir. Məktəbin direktoru Səmra xanım ona dərsini keçməsini iş fəaliyyətinin gedişinə maneəçilik törətməməsini tələb etdikdə Şəxs Səmra xanımın barəsində “it qızı” ifadəsini işlədib qəzəblənərək dəhlizin divarına yumruq vuraraq nalayiq ifadələr işlətdi. Həmin vaxt orada mən, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7 və bir neçə şagird var idi. Biz onun bu hərəkətlərin qorxaraq narahatçılıq keçirtidik. O, mütəmadi olaraq belə hərəkətlər edərək ictimai qaydanı pozur. İşlədiyim məktəbin direktoru Səmra xanım bu hallarla onun barəsində bir neçə dəfə tədbir görüb. Lakin, o bu hallardan dərs çıxarmaq əvəzinə daha özbaşınalığına davam edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş şəxs Zərərçəkmiş şəxs5 izahatında bildirmişdir ki, Ordubad rayon Vənənd kəndində Kamança müəlliməsi vəzifəsində işləyirəm. Şəxs ilə heç bir ədavətim yoxdur. İşlədiyim musiqi məktəbində iş yoldaşım Şəxs mənə və ümumilikdə bir neçə müəllimlərə qarşı hörmətsizlik edir. Özünü hamıdan üstün tutur dərsin, iş fəaliyyətinin gedişatını pozur. İş yoldaşım Zərərçəkmiş şəxs7 dilində qüsuru olduğu üçün bilə-bilə onun yamsılayaraq ələ salır. Mənə və müəllimlərə yəni, Maral İsmaylılovaya, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, mənə qarşı kobud rəftar edərək hər dəfə müxtəlif şəkildə sözlərlə hədə-qorxu gəlir. Tez-tez sözlü mübahisələr edir. Həmin mübahisəllər zamanı ictimai yerdə “cındır”, “şərəfsizlər” kimi nalayiq ifadələr işlətdiyinə adları qeyd olunan şəxslər və mən şahid olmuşuq. Dəfələrlə ona bu hallarla bağlı irad bildirsək də o, yenə də bu kimi əməllərinə davam edir. İşlədiyimiz məktəbi yandıracağı ilə bağlı sözlərlə hədə-qorxu gəlir. İşlədiyim məktəbin direktoru Səmra xanım bu hallarla onun barəsində bir neçə dəfə tədbir görüb. Lakin, o bu hallardan dərs çıxarmaq əvəzinə daha özbaşınalığına davam edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş şəxs Zərərçəkmiş şəxs7 izahatında bildirmişdir ki, Vənənd kənd musiqi məktəbində musiqi ədəbiyyatı müəlliməsi vəzifəsində işləyirəm. Şəxs ilə heç bir ədavətim yoxdur. İşlədiyim musiqi məktəbində iş yoldaşım Şəxs mənə və ümumilikdə bir neçə müəllimlərə qarşı hörmətsizlik edir. Özünü hamıdan üstün tutur dərsin, iş fəaliyyətinin gedişatını pozur. Mənim ən həssas olduğum və anadangəlmə dilimdən qüsurlu olduğum üçün hər dəfə bilə-bilə cəmiyyət içində məni yamsılayaraq ələ salır. Şərəf və ləyaqətimizi alçaldır. Məhkəmə iclasında şahid qismində izahat vermiş şəxs Zərərçəkmiş şəxs6 izahatında bildirmişdir ki, Vənənd kənd musiq məktəbində direktor vəzifəsində işləyirəm. Şəxs ilə heç bir ədavətim yoxdur. Məlumat üçün bildirim ki, işlədiyim musiqi məktəbində iş yoldaşım Şəxs mənə və ümumilikdə bir neçə müəllimlərə qarşı hörmətsizlik edir. Özünü hamıdan üstün tutur dərsin, iş fəaliyyətinin gedişatım pozur. İş yoldaşım Zərərçəkmiş şəxs7 dilində qüsuru olduğu üçün bilə-bilə onun yamsılayaraq ələ salır. Mənə və müəllimlərə yəni, Maral İsmaylılovaya, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 qarşı kobud rəftar edərək hər dəfə müxtəlif sözlərlə hədə-qorxu gəlir. Tez-tez sözlü mübahisələr edir. Həmin mübahisəllər zamanı ictimai yerdə “cındır” “şərəfsizlər” kimi nalayiq ifadələr işlətdiyinə adları qeyd olunan şəxslər və mən şahid olmuşuq. Dəfələrlə ona bu hallarla bağlı irad bildirsək də o, yenə də bu kimi əməllərinə davam edir. İşlədiyimiz məktəbi yandıracağı ilə bağlı sözlərlə hədəqorxu gəlir. Mən, ona dərsini keçməsini iş fəaliyyətinin gedişinə maneəçilik törətməməsini bildirdikdə Şəxs qəzəblənərək dəhlizin divarına yumruq vuraraq nalayiq ifadələr işlətdi. Həmin vaxt orada mən, Gülçin Yüsifova, Zərərçəkmiş şəxs7, Dilşad və bir neçə şagird var idi. Biz onun bu hərəkətlərin qorxaraq narahatçılıq keçirtidik. O, mütəmadi olaraq belə hərəkətlər edərək ictimai qaydanı pozur. Dərslərinə girmədiyi vaxtlarda ondan dərsini keçməsini tələb etdikdə məni saymır mənim barəmdə nalayiq ifadələr işlədir. Bu hala Zərərçəkmiş şəxs1 şahid olub. Onun barəsində tədbir görülməsi üçün Mədəniyyət Nazirliyinə müraciət etmişəm. O, bu haldan sonra daha da kobud rəftar edir. Bir sözlə iş fəaliyyətinin gedişinə maneəçilik törədir. Bu halla bağlı bir neçə dəfə akt tərtib etmişəm. Məhkəməyə şahid qismində çağrılmış şəxslər zərərçəkən qismində ifadə verərək və Şəxs onlara qarşı edilən kobudluqlara hüquqi qiymət verilməsini xahiş etmişdirlər. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Ordubad rayon Vənənd kənd sakinləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 işlədikləri Vənənd kənd uşaq musiqi məktəbindi işləyən Şəxs onları dəfələrlə təhqir edərək hədələməsi ilə bağlı Ordubad rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişlər. İş materiallarında olan Ordubad rayon X10 və təhqiqat qrupunun müstəntiqi, polis leytenantı Əkbər Məmmədovun 26 dekabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 26 dekabr 2025-ci il. Ordubad şəhəri Ordubad rayon X10 və təhqiqat qrupunun müstəntiqi polis leytenanatı X3 icraatımda olan HK-1/377 nömrəli materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: xx.xx.2025-ci il tarixdə Ordubad rayon Vənənd kənd sakinləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 işlədikləri Vənənd kənd uşaq musiqi məktəbindi işləyən Şəxs onları dəfələrlə təhqir edərək hədələməsi ilə bağlı Ordubad rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişlər. İlkin araşdırma zamanı izahatı alınmış Zərərçəkmiş şəxs1 Ordubad rayon Vənənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, Vənənd kənd musiqi məktəbində Fortepiano müəlliməsi vəzifəsində işləmiş, Şəxs ilə heç bir ədavəti olmamışdır. İşlədiyi musiqi məktəbində iş yoldaşı Şəxs ona və ümumilikdə bir neçə müəllimə qarşı hörmətsizlik etdiyini özünü hamıdan üstün tutduğunu, dərsin, iş fəaliyyətinin gedişatım pozduğunu bildirmiş, iş yoldaşı Zərərçəkmiş şəxs7 dilində qüsuru olduğu üçün bilə-bilə Zərərçəkmiş şəxs7 yamsılayaraq ələ salmışdır. Şəxs ona və müəllimlərə yəni, Maral İsmaylılovaya, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 qarşı kobud rəftar edərək hər dəfə müxtəlif şəkildə sözlərlə hədə-qorxu gəldiyini, tez-tez sözlü mübahisələr etdiyini həmin mübahisələr zamanı ictimai yerdə “cındır”, “şərəfsizlər” kimi nalayiq ifadələr işlətdiyini və adları qeyd olunan şəxslərin və oun qeyd olunan hallara şahid olduqlarını bildirmiş, dəfələrlə Şəxs bu hallarla bağlı irad bildirsələr də Ayxan, yenə də bu kimi əməllərinə davam etmişdir. Ayxan işlədikləri məktəbi yandıracağı ilə bağlı sözlərlə hədə-qorxu gəlmiş, həmin məktəbin direktoru Səmra xanım Ayxana dərsini keçməsini iş fəaliyyətinin gedişinə maneəçilik törətməməsini tələb etdikdə Şəxs Səmra xanımın barəsində “it qızı” ifadəsini işlətmiş, qəzəblənərək dəhlizin divarına yumruq vurmuş və ünvansız nalayiq ifadələr işlətmiş, həmin vaxt orada o, Gülçin Yüsifova, Zərərçəkmiş şəxs7 və bir neçə şagird olmuş, onlar Ayxanın bu hərəkətlərindən qorxaraq narahatçılıq keçirtmişlər. Ayxanın mütəmadi olaraq belə hərəkətlər edərək ictimai qaydanı pozduğunu və həmin məktəbin direktoru Səmra xanımın bu hallarla bağlı Ayxanın barəsində bir neçə dəfə tədbir gördüyünü lakin, Ayxanın bu hallardan dərs çıxarmayaraq daha da özbaşınalığına davam etdiyini bildirmişdir. Araşdırma zamanı izahatları alınmış Zərərçəkmiş şəxs6, X8, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7 Zərərçəkmiş şəxs1 izahatında göstərdiyi xüsusatları təsdiq etmişlər və əlavə olaraq direktor Zərərçəkmiş şəxs6 Şəxs barəsində Mədəniyyət Nazirliyinə şikayət etmiş, bu hallarla bağlı bir neçə dəfə akt tərtib etdiyini və həmin aktların sürətini Ordubad rayon Pois Şöbəsinə təqdim etmişdir. Araşdırma zamanı izahatı alınmış Şəxs Ordubad rayon Vənənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, Vənənd kənd musiqi məktəbində qarmon müəllimi vəzifəsində işləmiş, işlədiyi musiq məktəbinin müəllimləri Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 tərəfində barəsində verilən şikayət ərizəsi ilə tanış olmuş, Barəsində şikayət ərizəsi ilə müraciət edən müəllimələrdən hər hansı biri ilə heç bir ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə iş yoldaşları Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 tərəfindən barəsində verilən şikayət ərizəsində Zərərçəkmiş şəxs4 adlı şəxslə heç bir münasibəti olmadığı halda barəsində yazılan ərizəyə imza çəkdiyini məqsədinin ona şər-böhtan atmaq olduğunu bildirmiş, o, barəsində deyilənlərin yalan, şər-böhtan olduğunu işlədiyi yerdə hər hansı bir şəxsə qarşı hər hansı bir nalayiq ifadə işlətmədiyini dərs fəaliyyətinin gedişinə maneəçilik törədəcək hərəkət etmədiyini əksinə onun barəsində ərizə ilə müraciət edən şəxslərin dərslərdə iştirak etməli olduğu halda dərsdə iştirak etmədiklərini əlavə olaraq həmin dərsdə iştirak ilə bağlı imza çəkilməli olan yerə imza çəkmək istədiklərini lakin, o, bu hala icazə verməmişdir. O, barəsində deyilən dəhlizin divarına yumruq vurması ilə bağlı olan ifadənin şər, böhtan olduğunu və hər hansı bir şəxsə qarşı nə hədə-qorxu nə də psixoloji təsir göstərmədiyini bildirmişdir. Vətəndaş Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilməlidir. Lakin, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri vardır. Yəni, o, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etdiyindən Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti əməkdaşlara göstəriş verilməlidir. Göstərilənlərə əsasən HK-1/377 N°-li material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85, 39.1.2, 212 və AR İXM-nin 510-cu maddələrini rəhbər tutub, HK-1/377 JSfo-li material üzrə cinayət işinin başlanması rədd edilsin. 2 .Vətəndaş Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələri üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsi, Qərarın surəti iş üzrə maraqlı şəxslərə verilməklə onun qərardan etirazının olduğu təqdirdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ordubad rayon Prokuroruna və ya yuxarı prokurora, yaxud məhkəmə nəzarətini həyata keçirən Ordubad rayon Məhkəməsinə şikayət etmək hüquqları izah olunsun. Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. .HK- 1/377 nömrəli material saxlanılması üçün Ordubad rayon Polis Şöbəsinin dəftərxanasına verilməsi qərara alınmışdır. Məhkəmə tərəflərin izahatlar iş materilaalrını araşdıraraq ilk olaraq bunu qeyd edir ki, Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-in 43.2-ci maddəsinə əsasən, bu Məcəllənin 43.2-1-ci və 54.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanının 5.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə həm də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Həmin Fərmanın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ həmin Fərmanla həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Yuxarıda qeyd olunduğu kimi xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir, ancaq tərtib olunmuş protokolda sadəcə “xırda xuliqanlıq” sözləri qeyd olunmuş, xətanın ağırlıq dərəcəsi haqqında heç bir əlavə qeyd aparılmamışdır. Eyni zamanda İş materiallarında olan Ordubad rayon X10 və təhqiqat qrupunun müstəntiqi, polis leytenantı Əkbər Məmmədovun 26 dekabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri vardır. Yəni, o, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etdiyindən Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti əməkdaşlara göstəriş verilməli olduğun qeyd etsədə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda 510-cu maddəsinin tərkib əlamətlərinin olması haqqda heç bir əsaslandrılmış hala istinat edilməmiş, sadəcə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri vardır sözün qeyd etməklə səti olaraq yanaşılmışdır. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 işlədikləri Vənənd kənd uşaq musiqi məktəbindi işləyən Şəxs onları dəfələrlə təhqir edərək hədələməsi ilə bağlı Ordubad rayon Polis Şöbəsinə ərizə ilə müraciət edilsədə ərizədə qeyd olunanalrla bağlı araşdırma aparılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar inzibati icraatın məqsədlərinə, qanunun tələblərinə və ədalətli məhkəmə araşdırması prinsipinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi yalnız ictimai qaydanı pozan, lakin zor tətbiqi, hədə-qorxu, əmlakın məhv edilməsi və ya belə təhlükə yaratmayan hallara şamil olunur. Halbuki, iş materiallarından və şahid ifadələrindən aydın şəkildə görünür ki, hadisələr müxtəlif tarixlərdə Mütəmadi, davamlı, sistemli xarakter daşıyıb “cındır”, “şərəfsiz”, “it qızı” kimi açıq-aşkar şərəf və ləyaqəti alçaldan ifadələr işlədilib “məktəbi yandıraram” məzmunlu sözlərlə real hədə-qorxu yaradılıb şagirdlərin olduğu mühitdə, təhsil müəssisəsində psixoloji təzyiq və qorxu atmosferi formalaşdırılıb divara yumruq vurmaqla aqressiv davranış nümayiş etdirilib. Bu hallar nə hüquqi, nə faktiki baxımdan “xırda xuliqanlıq” anlayışı ilə əhatə oluna bilməz. Məhkəmə xüsusi olaraq qeyd edir ki xx.xx.2025-ci il tarixli kollektiv ərizə üzrə ayrıayrı epizodlar üzrə araşdırma aparılmamışdır, hər bir təhlükə, təhqir və psixoloji zorakılıq faktı üzrə vaxt, yer, iştirakçılar müəyyən edilməmişdir, Təhsil müəssisəsində, uşaqların iştirakı ilə baş verən hadisələrin ictimai təhlükəlilik dərəcəsi qiymətləndirilməmişdir, Protokolda yalnız “xırda xuliqanlıq etmişdir” ifadəsi yazılmaqla qanunun tətbiqi formal xarakter daşımışdır. Bu isə AR İXM-nin müvafiq maddələrinin kobud şəkildə pozulması deməkdir. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda,İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri vardır deyilsə də,bu nəticəyə necə, hansı faktlar əsasında gəlinməsi göstərilməmişdir, qərar əsaslandırılmamış, formal, səthi xarakter daşıyır,təkrar, davamlı təhqir və hədə-qorxu faktlarının hüquqi kvalifikasiyası aparılmamışdır. Məhkəmə bu yanaşmanı qəbuledilməz hesab edir.Təqdim olunan materiallar inzibati xəta tərkibini deyil,Daha ağır hüquqi məsuliyyət doğura bilən əməlləri ehtiva edir, ən azı 510-cu maddə çərçivəsindən kənara çıxan, təkrar, qəsdən, davamlı təhqir və hədə-qorxu əlamətləri mövcuddur. Bu səbəbdən, mövcud sübutlar əsasında 510-cu maddə ilə icraat aparılması hüquqi baxımdan əsassızdır. Məhkəmə hesab edir ki,iş üzrə inzibati materiallar natamamdır,bu natamamlıqlar məhkəmə iclasında aradan qaldırıla bilməz, yenidən, obyektiv, hərtərəfli və tam araşdırma aparılması zəruridir. Bu baxımdan, materiallar Ordubad Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır, Polis orqanının yol verdiyi prosessual nöqsanlar barədə Ordubad rayon Prokurorluğunda qeydiyyat aparılmalıdır. Bu cür formal, məsuliyyətsiz və səthi yanaşmaların təkrarlanmaması üçün prokurorluq nəzarəti təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində cinayət tərkibinin olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Ordubad Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş 07 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası DİN Ordubad Rayon Polisi Şöbəsinə qaytarılsın. Polis orqanının yol verdiyi prosessual nöqsanlar barədə Ordubad rayon Prokurorluğunda qeydiyyat aparılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ordubad Rayon məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(5-89)-1/2026
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №3(5-89)-1/2026
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver