Məhkəmə qərarları › İş №3(5-89)-10/2026

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(5-89)-10/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(5-89)-10/2026 27.02.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Seyidli Fizzə Elşad qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ordubad Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Şəxs barəsində inzibati protokol tərtib edilmişdir ondan ötrü ki, sürücü yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə tərtib edilmiş İXP7367942 nömrəli inzibati protokol əsasında qəbul olunmuş TP7456647 nömrəli qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş heç bir əsas olmadan icra etməmişdir. Bundan sonra, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai Rayon Polis İdarəsi tərəfindən Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs və protokol tərtib etmiş orqana məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialları araşdırılan zaman müəyyən edilmişdir ki, “AsanPay” elektron informasiya sisteminin çıxarışına əsasən Şəxs tərəfindən İXP7367942 saylı protokol üzrə cərimə və dəbbə pulu dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vastəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair 11 noyabr 2021-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəasının həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş halları ehtiva edib-etməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində nəzərdə tutulmuş qeyd edilən müddəanın həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların bir qismini ehtiva etməsi mümkündür. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin araşdırılan halları ilə hesab edirəm ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyinə görə ona İXP7367942 saylı protokol üzrə cəriməni dövlət nəfinə tam şəkildə ödədiyi üçün onun əməlində inzibati xəta tərkibi yaranmır. Belə olan halda Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai Rayon DYPŞ-i tərəfindən tərtib edilmiş 17 dekabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,40,53, 112, 114, 109, 115, 529.3-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış 17 dekabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar