Məhkəmə qərarları › İş №3(5-89)-20/2026

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(5-89)-20/2026

06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(5-89)-20/2026 06.03.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, məhkəmə iclasının katibi Seyidli Fizzə Elşad qızının katibliyi, Azərbaycan X22 yanında suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidməti 14 saylı X10 nümayəndələri X15 və X3 iştirakı ilə, X25 Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan X22 yanında suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidməti 14 saylı X18 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 262.2.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan X22 yanında suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidməti 14 saylı X18 tərəfindən «Ordubad Quşçuluq ” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 24 aprel 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Ordubad rayonu,Aşağı Əylis kəndində yerləşə Şəxs Məhdud Məsuliyyətinin kəsim sexində 11 fevral 2026-cı il tarixdə istehsalat tullantılarının təyinatsız axıdılması faktının aşkar olunması göstərilmişdir. Azərbaycan X22 yanında suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidməti 14 saylı X10 nümayəndəsi X15 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Mütəmadi olaraq aparılan aylıq monitorinqlər çərçivəsində, 13 zona üzrə yoxlamalar həyata keçirilmişdir, Yoxlamalar zamanı aşkar edilmiş nöqsanlarla bağlı yerli aktlar tərtib olunmuşdur, eyni zamanda Ordubad rayonu, Aşağı Əylis kəndində yerləşə Şəxs Məhdud Məsuliyyətinin kəsim sexində.aparılan yoxlamalar zaman aşkar ediliş nöqsanlarla bağlı xx.xx.2025-ci il tarixdə xəbərdarlıq edilmiş və nöqsanların aradan qalxması üçün 20 gün müddət verilmişdir, lakin nöqsanlar aradan qaldırılmamışdır, Tullantı sularının təyinatı üzrə utilizasiya olunmadığı, birbaşa çaya axıdıldığı müəyyən edilmişdir, əvvəlki yoxlamalar zamanı verilmiş xəbərdarlıqlara və izahatlara baxmayaraq, tərəfimizdən 11 fevral 2026-cı il tarixində təkrar keçirilən baxış zamanı heç bir müsbət dəyişikliyin və ya düzəlişin edilmədiyi müşahidə olunmuşdur. Sözügedən ərazi yaşayış məntəqəsindən kənarda yerləşsə də, tullantı sularının yaratdığı kəskin və xoşagəlməz qoxu ciddi narahatlıq doğurur, aşkar edilmiş pozuntular, Tullantı sularının təyinatı üzrə utilizasiya olunmadığı, birbaşa çaya axıdıldığı müəyyən edilmiş və tələblərinin pozulduğu aşkar edildiyindən həmin hüquqi şəxsin barəsində İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında 24 fevral 2026cı il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. İcraat aparılarkən hər hansı pozuntuya yol verilməmiş, inzibati xəta iş materialları və protokol ilə tam təsdiq edildiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən, Azərbaycan X22 yanında suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidməti 14 saylı X10 nümayəndəsi X15 və X5 protokolun məzmununa uyğun iahat verərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilməsinə baxmayaraq Şəxs nümayəndəsi məhkəmə iclasında iştrik etməmişdir, lakin Ordubad Rayon Quşçuluq MMC-nin İcraçı X1 06 mart 2026-cı il tarixinə təyin edilmiş məhkəmə iclasında səhhəti ilə bağlı yaranmış ciddi problemlərə görə iştirak edə bilməməsi və bu xüsusda məhkəməyə teleqramla müraciət etmişdir. Vətəndaş hal-hazırda müalicəsinin davamı ilə əlaqədar Bakı şəhərində olduğunu bildirərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir, daha sonra X7 məhkəmə ilə telefon əlaqəsi yaradaraq məhkəmə iclasında iştirak etməməsinin məhkəməyə qarşı hər hansı hörmətsizlik və ya prosesi qəsdən uzatmaq niyyəti daşımadığını, tamamilə üzrlü səbəbdən irəli gəldiyini xüsusi vurğulamışdır, Bilal İsmayılov, protokolla tam razı olduğunu, prosesin bu mərhələsində hər hansı bir əlavə vəsatəti və ya etirazının olmadığını bildirmişdir. Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs nümayəndəsinin iştirakı olmadan baxmışdır İş materiallarında olan: İş materiallarında olan 08 fevral 2026-cı il tarixli, 06 nömrəli sərəncamdan görünür ki, Azərbaycan Dövlət X22 yanında Suların İstifadəsinə və X11 Xidmətinin vəzifəli şəxsləri tərəfindən tullantı sularının təyinatı üzrə olmayan qaydada axıdılması hallarının yoxlanılması məqsədilə müvafiq tapşırıq verilmişdir.Həmin sərəncam Səttar Nəzirov tərəfindən imzalanmış və sərəncama əsasən Xidmətin 14 saylı X10 əməkdaşları Mübariz Məmmədov və Məhəmməd Kərimov 12–13 saylı zona ərazisində tullantı sularının təyinatı üzrə olmayan qaydada axıdılması faktlarının yoxlanılması üçün vəzifələndirilmişlər.Sərəncamla yoxlamanın aparılması üçün 5 günlük müddət müəyyən edilmiş və aparılmış yoxlamanın nəticələrinin müvafiq qaydada sənədləşdirilməsi tapşırılmışdır. İş materiallarında olan Şəxs dövlət reyestrindən çıxarışından görünür ki, həmin hüquqi şəxs 22 noyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınmışdır. Müəssisənin VÖEN-i ********** olmaqla, hüquqi ünvanı Ordubad rayonu, Aşağı Əylis kəndi kimi göstərilmişdir.Sənəddə qeyd olunmuşdur ki, Şəxs MMC təşkilati-hüquqi formasına görə məhdud məsuliyyətli cəmiyyət olmaqla kiçik sahibkarlıq subyekti hesab olunur və onun nizamnamə kapitalı 410 010,00 manat təşkil edir.Dövlət reyestrindən çıxarışa əsasən cəmiyyətin təsisçisi X19 (10 pay) göstərilmiş, cəmiyyətin qanuni təmsilçisi isə X2 qeyd edilmişdir. İş materiallarında olan ********** nömrəli VÖEN-dən görünür ki, fiziki şəxs X8 05 sentyabr 2014-cü il tarixində Babək rayonu Vergilər Şöbəsində sahibkarlıq fəaliyyəti üçün qeydiyyata alınmışdır. Eyni zamanda, iş materiallarında olan ********** nömrəli VÖEN-dən görünür ki, Şəxs 22 noyabr 2016-cı il tarixində Naxçıvan MR Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmış, rəsmi ünvanı AZ7000, ünvan 3riallarında təqdim olunan notarial qaydada təsdiq edilmiş etibarnamədən görünür ki, etibarnaməni verən şəxs X16r.Etibar edilən şəxs isə X4r.Etibarnamə 17 noyabr 2021-ci il tarixində verilib və 17 noyabr 2026-cı il tarixinədək, yəni 5 il müddətinə qüvvədədir.Etibarnamənin məqsədi Ordubad rayonu, Aşağı Əylis kəndində yerləşən, ümumi sahəsi 10 494,1 kv.m olan əmlak kompleksi (qeyri-yaşayış sahəsi) ilə bağlı müxtəlif dövlət orqanlarında, idarələrdə və təşkilatlarda X12 adından təmsilçilik və sənədləşmə işlərinin aparılmasıdır. 11 fevral 2026-cı il tarixli, 002841 №-li aktdan görünür ki, Azərbaycan Dövlət X22 yanında Suların İstifadəsinə və X11 Xidmətinin 14 saylı X18 tərəfindən Ordubad rayonu, Aşağı Əylis kəndi ərazisində yerləşən Şəxs MMC-də Azərbaycan Respublikasının “Su Məcəlləsi”nin və ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunmasının yoxlanılması məqsədilə baxış keçirilmişdir.Yoxlama zamanı müəyyən edilmişdir ki, müəssisədə əmələ gələn istehsalat suları təmizlənmədən və təyinatı üzrə nəzərdə tutulmuş qaydada utilizasiya edilmədən birbaşa çaya axıdılır. Həmin fakt foto və video materiallarla sənədləşdirilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilmişdir.Akt Azərbaycan Dövlət X22 yanında Suların İstifadəsinə və X11 Xidmətinin 14 saylı X10 baş su müfəttişi Mübariz Məmmədov və aparıcı su müfəttişi İlahə Kərimova tərəfindən tərtib edilərək imzalanmışdır. Şəxs MMC-nin nümayəndəsi Bilal İsmayılov isə aktın tərtibində iştirak etmiş, aktla tanış olmuş və onun bir nüsxəsini 24 fevral 2026-cı il tarixində təhvil almışdır. İş materiallarında olan 11 fevral 2026-cı il tarixli yoxlama aktından görünür ki, həmin gün saat 12:25-də Ordubad rayonu, Aşağı Əylis kəndi ərazisində yerləşən Şəxs MMC-də tullantı sularının idarə olunması vəziyyətinin yerində yoxlanılması və qeydə alınması məqsədilə baxış keçirilmişdir.Yoxlama zamanı müəyyən edilmişdir ki, Şəxs fermasının kəsimxanasından çıxan tullantı suları təyinatı üzrə nəzərdə tutulmuş qaydada zərərsizləşdirilmədən birbaşa boş əraziyə axıdılır. Aşkar edilmiş bu fakt baxış zamanı foto və video materiallarla sənədləşdirilmişdir.Həmin akt Azərbaycan Dövlət X22 yanında Suların İstifadəsinə və X11 Xidmətinin 14 saylı Regional Bölməsinin baş məsləhətçi müfəttişi X13, Şəxs MMC-nin icarədarı X6 və Azərbaycan Dövlət X22 yanında Suların İstifadəsinə və X11 Xidmətinin tabeliyində olan "xxxx" MMC-nin mühəndisi X9 tərəfindən imzalanaraq təsdiq edilmişdir. İş materiallarında olan 11 fevral 2026-cı il tarixli, saat 12:22-də tərtib edilmiş araşdırmaya dəvət aktından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən inzibati xəta törətdiyi iddia edilən şəxsin inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirakının təmin edilməsi məqsədilə rəsmi dəvət həyata keçirilmişdir.Həmin aktla Şəxs MMC-nin icraçı direktoru X6 17 fevral 2026-cı il tarixində Azərbaycan Dövlət X22 yanında Suların İstifadəsinə və X11 Xidmətinin 14 saylı X14 dəvət olunmuşdur.Araşdırmaya dəvət aktı Azərbaycan Dövlət X22 yanında Suların İstifadəsinə və X11 Xidmətinin 14 saylı Regional Bölməsinin baş məsləhətçi müfəttişi X13 və aparıcı məsləhətçi müfəttişi X17 tərəfindən tərtib edilərək imzalanmış, Şəxs MMC-nin icraçı direktoru X6 isə aktla tanış olduğunu və dəvəti qəbul etdiyini imzası ilə təsdiq etmişdir. İş materiallarında təqdim olunan 17 fevral 2026-cı il tarixli izahatdan görünür ki, müəllif X4r.X23 bildirir ki, Şəxs fermasının kəsim sexindən çıxan istehsalat və tullantı sularının təyinatdan kənar, yəni birbaşa çaya və ya əraziyə axıdılmasının qanunsuz olduğunu bilmədiyini ifadə etmişdir.O, törətdiyi əməldən peşman olduğunu qeyd edir və yaranmış problemin qısa müddət ərzində həll olunacağına dair söz verir. Şəxs tərəfindən tullantı sularının təyinatı üzrə utilizasiya olunmadığı və birbaşa çaya axıdıldığı faktını əks etdirən 12 fotoşəkil protokol tərtib edən orqan tərəfindən iş materiallarına əlavə edilmişdir. Bu fotoşəkillər yoxlamanın nəticələrini vizual olaraq təsdiqləyir və aşkar edilmiş pozuntuların sənədləşdirilməsi üçün əsas sübut rolunu oynayır. Məhkəmə iclasında protocol tərtib edən orqanın nümayəndəsi tərəfindən həmin görüntülər CD şəklində təqdim edilmişdir. Məhkəmə protocol tərtib edən orqanın nümayəndələrinin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, işdə olan mövcud sübutlara qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi düzgün tövsif edilmişdir. İXM-nin 262.2.3-cü maddəsinin obyektiv cəhətini içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması təşkil edir. Beləliklə, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edildi ki, istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti su təchizatı və kanalizasiya müəssisəsi ilə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etmək üçün müqavilə bağlamaq vəzifəsi daşıdığı halda belə bir müqavilə bağlamamış, nəticədə Ordubad rayonun Aşağı Əylis kəndində tullantı suları ətraf əraziyə axıdılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi öz təsdiqini tapdığından, məhkəmə bu qənaətə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə İXM-nin 262.2.3-cü maddəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», « Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.». Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən inzibati xətanın xarakterini, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs tərəfindən 11 fevral 2026-cı il tarixində Aşağı Əylis kəndində yerləşən kəsim sexindən çıxan tullantı sularının təyinatı üzrə olmayan, yəni birbaşa çaya və boş əraziyə axıdılması faktı təsdiq olunmuşdur. Bu əməllər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta təşkil edir. İş materiallarında təqdim olunan 002841 nömrəli akt, araşdırmaya dəvət aktı, Bilal İsmayılovun izahatı, telefon müraciəti və 12 ədəd çirkləndirilmiş ərazi fotosu ilə sübut olunmuşdur. Məhkəmə hesab edir ki, hüquqi şəxs olaraq Şəxs MMC bu pozuntunu törətməklə qanunvericilik normalarını pozmuşdur və inzibati məsuliyyətə cəlb olunmalıdır. Bu səbəbdən məhkəmə qərara alır ki, hüquqi şəxs barəsində 2 000 (iki min) manat məbləğində inzibati cərimə tətbiq edilsin, cərimənin məqsədi hüquqi şəxsi qanunvericiliyə riayət etməyə təşviq etmək və gələcəkdə oxşar pozuntuların qarşısını almaqdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İXM-in 262.2.3-cümaddəsi ilə təqsirli bilinərək barəsində 2000 (iki min manat) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Ordubad Rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar