Azərbaycan Respublikası adından Qərar Ordubad şəhəri İş № 3(5-89)-23/2026 18.03.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSI Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlunun və Ordubad Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, R X2 iştirakı ilə, 07 iyul 1982-ci il tarixdə Ordubad rayon Vənənd kəndində doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, ailəli,üç uşaq atası orta təhsilli, müvəqqəti işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Ordubad rayon, Vənənd kəndində qeydiyyatda duran və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlu qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir. Ordubad Rayon Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlunun İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlu məhkəməyə verdiyi izahatında bildirmişdir ki, həqiqətən yuxarıda göstərilən ünvanda qeydiyyatda olmaqla Ordubad rayon Vənənd kəndində yaşayır. O, izahatında bildirmişdir ki, ## #### 2026-cı il tarixdə saat təxminən 21:00 radələrində Bakı şəhərində ad günü məclisində iştirak edərkən orada yeyib-içmişdir. Öz siqareti qurtardığı üçün orada olan tanımadığı bir şəxsdən bir ədəd siqaret istəmişdir. Həmin şəxs ona əlindəki siqareti göstərmiş və bir ədəd siqareti yarısını çəkib ona vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin siqareti çəkmişdir. Siqareti çəkdikdən bir qədər sonra özündə mədə bulantısı və baş gicəllənməsi hiss etmişdir. O, spirtli içki çox içdiyi üçün baş gicəllənməsini spirtli içkidən olduğunu düşünmüşdür. Özünü narahat hiss etdiyindən həmin məclisi tərk edib evinə qayıtmışdır. Daha sonra ## #### 2026-cı il tarixdə atasının vəfatı ilə əlaqədar Bakı şəhərindən Naxçıvan şəhərinə, oradan isə yaşadığı Ordubad rayon Vənənd kəndinə dönmüşdür.## #### 2026-cı il tarixdə kənd mərkəzində gəzişərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ondan narkotik vasitə qəbul edib-etmədiyi soruşulmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onlara narkotik vasitə qəbul etmədiyini bildirmişdir. Daha sonra polis əməkdaşları onu müayinədən keçməyə dəvət etmiş və o, razılıq vermişdir. Polis əməkdaşları onu Naxçıvan Muxtar Respublikası X5 aparmış və orada narko-test müayinəsindən keçmişdir. Müayinənin nəticəsi müsbət aşkar olunmuşdur.O bu hərəkətə görə peşmandır və ona yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ordubad Rayon Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili X2 protokolun məzmununa uyğun izahat verərək Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlunun Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq ##.##.2026-cı il tarixli protokol tərtib olunduğunu, odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlunun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X7 məcburi Narkoloji ekspertizasının ##.##.2026-cı il tarixli, *** saylı rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlu Naxçıvan Muxtar Respublikası Y.Budaqov adına Naxçıvan MR Xəstəliklər Dispanserində narkotesdən keçirilmiş, nəticədə THC (tetrahidrokannabinol) aşkar olunmuş. Narkoloji xəstəlikdən əziyyət çəkmir və müalicəyə ehtiyac yoxdur. Ordubad Rayon Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili X2 tərəfindən tərtib edilmiş 17 mart 2026-cı il tarixli barəsində inzibati iş aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlunun izahatından görünür ki ## #### 2026-cı ildə Bakı şəhərində olarkən narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 32.2-cimaddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 206cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatanı dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutlarla müəyyən edilmiş işin hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlu Azərbaycan Respublikası İXMnin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə düzgün tövsif edilmişdir, Sadıqov Süleyman Oruc oğlu Azərbaycan Respublikası İXMnin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına və xəta törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 6.1ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilmişdir. İş materiallarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Belə ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X7 Narkoloji ekspertizasının ##.##.2026-cı il tarixli, *** saylı rəyinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlunun məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlu barəsində məcburi müalicəyə ehtiyac olmaması nəzərə alınmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlunun İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, tibbi müayinə protokolu, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, Qərar verdi: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ordubad Rayon məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən : Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(5-89)-23/2026
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(5-89)-23/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver