Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(5-90)-11/2026 18.03.2026 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Şərur rayon Oğlanqala kəndində, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, üç uşaq atası, işsiz, Şərur rayon Oğlanqala kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Sədərək rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2026-cı il tarixdə, Azərbaycan Respublikası vətəndaşı Şəxs narkotik maddə istifadə etməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxsin saxlanılaraq Sədərək rayon Polis şöbəsinə dəvət edilərək narko-testdən keçirilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 sidik narko-test vasitəsilə müayinə edilmiş, xx.xx.2026-cı il tarixli tibbi komisiyanın rəyinə əsasən, nəticədə onun psixotrop maddə olan MET (metamfetamin) və AMP (amfetamin) istifadə etməsi aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində tam təqsirli bilmiş, izahatında xx.xx.2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikasına gəlmək üçün Türkiyə Respublikasının İstanbul şəhərindən avtobusla yola düşdüyünü, avtobusda olarkən tanımadığı Türkiyə Respublikasının vətəndaşı olan bir şəxslə söhbət edərkən onun narkotik vasitə istifadə etdiyini gördüyünü və həmin narkotik vasitədən çəkməsini təklil etdiyini, maraqlı gəldiyi üçün narkotik vasitəni qəbul etdiyini, xx.xx.2026-cı il tarixdə Türkiyə Respublikasından gəldiyi zaman X5rşısında Sədərək Rayon Polis Şöbəsinin əməkdaşlarının ona yaxınlaşaraq Polis Şöbəsinə dəvət etdiklərini, daha sonra isə Naxçıvan şəhər X4 aparıb narko-tesdən keçirdiklərini, həkimin rəyi əsasında psixotrop maddə olan metafelamin və amfetamin qəbul etdiyinin aşkar olunduğunu, bilmədən törətdiyi əmələ görə çox peşman olduğunu və utandığını, səmimi peşman hissi keçirdiyini, köhnə polis əməkdaşı olduğu və azyaşlı övladları olduğu üçün onun bağışlanmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Sədərək RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 izahatında xx.xx.2026-cı il tarixdə Sədərək rayon Gömrük ərazisində Sədərək Rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkilləri Yaqııb Yaqubov və Şahid2 ilə birlikdə xidməti ərazidə olan vaxt cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili X8 rayon sakini Şəxs narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğunun və dərhal Şəxs X5rşısında saxlayaraq Sədərək Rayon Polis Şöbəsinə dəvət etdiklərini, şəxsi polis şöbəsində dindirən zaman onun, narkotik vasitə istifadə etdiyini səmimi etiraf etdiyini, daha sonra şəxsi narko-testdən keçirmək üçün Naxçıvan şəhər X4 apardıqlarını, həkimin komissiyasının rəyi əsasında şəxsin psixotrop maddə olan metamfetamin və amfetamin qəbul etməsinin aşkar olunduğunu bildirdi. Məhkəmə iclasında Şahid2 eyni məzmunlu izahat verərək Şahid1 izahatında göstərilənləri bir daha təsdiq etdi. İnzibati materiala əlavə olunmuş 18 mart 2026-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə, Azərbaycan Respublikası vətəndaşı Şəxs psixotrop maddə olan MET (metamfetamin) və AMP (amfetamin) istifadə etməsi müəyyən edilmişdir. İnzibati materiala əlavə olunmuş xx.xx.2026-cı il tarixli 0796 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs Şəxs xx.xx.2026-cı il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2026-cı il 3-28-34-4/2-667/2026 saylı məktubunda və eyni tarixli 177 saylı rəyindən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkomaniyaya xas əlamətlər müşahidə edilmir. Lakin fiziki və psixi asılılıq əlamətləri olmadan narkotik və psixotrop maddə qəbulu inkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2026-cı il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə MET (metamfetamin) və (amfetamin) müsbət aşkar olunmuşdur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin, psixotrop maddələrin siyahısına MET (metamfetamin) (İİ siyahı; sıra № 27) və AMP (amfetamin) (İİ siyahı; sıra № 2) daxildir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs psixotrop vasitə istifadə etmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada barəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən edildi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılıq hisləri keçirməsini, ilk dəfə inzibati xəta törətməsini, himayəsində üç azyaşlı uşağının olmasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: xx.xx.1986-ci ildə Şərur rayon Oğlanqala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, üç uşaq atası, işsiz, Şərur rayon Oğlanqala kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 330 (üç yüz otuz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Şərur rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(5-90)-11/2026
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(5-90)-11/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver