Məhkəmə qərarları › İş №3(5-90)-3/2026

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(5-90)-3/2026

16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(5-90)-3/2026 16.01.2026 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Şərur rayonunda, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, 2 uşaq atası, taksi fəaliyyəti ilə məşğul olan, Şərur rayonu, Şərur şəhəri 28 may küçəsi, döngə 1 ev 5-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Sədərək rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2026-cı il tarixdə, Azərbaycan Respublikası vətəndaşı Şəxs narkotik maddə istifadə etməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxsin saxlanılaraq Sədərək rayon Polis şöbəsinə dəvət edilərək narko-testdən keçirilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 sidik narko-test vasitəsilə müayinə edilmiş, xx.xx.2026-cı il tarixli tibbi komisiyanın rəyinə əsasən, nəticədə onun MET (metamfetamin), AMP (amfetamin),MDMA (metilendioksimetilamfetamin) və THC (tetrahidrokannabinol) istifadə etməsi aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində tam təqsirli bilmiş, izahatında xx.xx.2026-ci il tarixdə saat 19:00 radələrində öz şəxsi avtomobili ilə bacısının ailəsi ilə Türkiyyə Respublikasından keçərək Ankara şəhərinə getdiyini, Ankara şəhərində 13 yanvar 2026-cı ilə kimi orada qaldıqdan sonra xx.xx.2026-cı il tarixdə öz şəxsi avtomobili ilə Naxçıvan şəhərinə qayıtdığını, Türkiyyə Respublikasında olan zaman bacısının ərinin dostları ilə Restaranda yeyib içdikdən sonra qəlyan çəkdiklərini, qəlyanı çəkdikdən sonra onun tərkibində narkotik maddə olduğunu bildiyini, həmin maddəni qəbul etdikdən sonra onun psixotrop tərkibli maddə olan metafetamin olduğunu öyrəndiyini, bilmədən ilk dəfə istifadə etdiyindən narahat olduğunu, daha sonra Naxçıvana evinə gəldiyini, xx.xx.2026-cı il tarixdə Sədərək rayon polis şöbəsinin əməkdaşları X5rşısında ona yaxınlaşaraq onu Polis Şöbəsinə dəvət etdiklərini oradan isə narkotestdən keçirmək üçün Naxçıvan Muxtar Respublikası X4 apardıqlarını, narkotestdən keçən zaman psixotrop maddə qəbul etməsinin aşkar edildiyini, bilmədən etdiyi hərəkətindən çox peşman olduğunu, himayəsində yaşlı anasının və iki azyaşlı övladının olduğunu, ailəsində yeganə qazanc gətirən olduğunu bildirərək məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Sədərək RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 izahatında xx.xx.2026-cı il tarixdə Sədərək Rayon ərazisində Sədərək Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Yunis Heydərov və Şahid2 ilə birlikdə xidməti ərazidə olan vaxt Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X8 Rayon sakini Şəxs narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatının daxil olduğunu və onların dərhal Sədərək Rayon Gömrük Postunun qarşısına gedərək Şəxs saxlayaraq Sədərək Rayon Polis Şöbəsinə dəvət etdikərini, onun üzərində axtarış apardıqlarını, onun üzərindən heç bir qanunsuz əşya və narkotik çıxmadığını, onlarda şübhə olduğundan Şəxs narkotikdən istifadə etdiyi səmimi etiraf etdiyinə görə narkotestdən keçirmək üçün Naxçıvan şəhərinə apardıqlarını, həkim rəyinə görə onun psixotrob və narkotik maddə qəbul etdiyini bildiridi. Məhkəmə iclasında Şahid2 İdiris oğlu eyni məzmunlu izahat verərək Şahid1 izahatında göstərilənləri bir daha təsdiq etdi. İnzibati materiala əlavə olunmuş 16 yanvar 2026-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə, Azərbaycan Respublikası vətəndaşı Şəxs psixotrop maddə olan MET (metamfetamin), AMP (amfetamin), MDMA (metilendioksimetilamfetamin) və THC (tetrahidrokannabinol) istifadə etməsi müəyyən edilmişdir. İnzibati materiala əlavə olunmuş 15 yanvar 2026-cı il tarixli 0796 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs Şəxs xx.xx.2026-cı il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2026-cı il tarixli 31 saylı rəyindən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkomaniyaya xas əlamətlər müşahidə edilir. Lakin fiziki və psixi asılılıq əlamətləri olmadan narkotik və psixotrop maddə qəbulu inkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2026-cı il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə MET (metamfetamin), AMP (amfetamin), MDMA (metilendioksimetilamfetamin) və THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına AMP (amfetamin) (İİ siyahı; sıra № 2), MET (metamfetamin) (İİ siyahı; sıra № 27) daxildir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs AMP (amfetamin), MET (metamfetamin), MDMA (metilendioksimetilamfetamin) vəTHC (tetrahidrokannabinol) istifadə etmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada barəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən edildi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılıq hisləri keçirməsini, himayəsində iki azyaşlı övladının olmasını və ailənin yeganə qazanc gətirəni olmasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. İş üzrə inzibati materiala əlavə edilmiş AZ-İV № 049820 nömrəli və AZ-İİİ № 749988 doğum haqqında şəhadətnamələrdən və Sədərək Rayon Qeydiyyat şöbəsinin xx.xx.2026cı il tarixli 05/09İS/010868 nömrəli ailə tərkibi haqqında arayışından aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində 2 övladı yaşayır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: xx.xx.1990-cı ildə Şərur rayonunda, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, 2 uşaq atası, işsiz, Şərur rayonu, Şərur şəhəri 28 may küçəsi, döngə 1 ev 5-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 300 (üç yüz) manat məbləğdə inzibati qaydada cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Şərur rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar