Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(5-91)-10/2026 23.02.2026 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: Şahbuz Rayon Məhkəməsinə “23” fevral 2026-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 20 fevral 2026-cı il tarixli, 3-13-53/2-7384 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilən sənədlər daxil olmuşdur. Daxil olan sənədlərdən aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. “AsanPay” elektron ödəniş sistemində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cərimələrin yoxlanılması bölməsində EQ seriyalı, 22554160 nömrəli, xx.xx.2025 tarixli protokolu yoxlanılan zaman inzinbati cərimə cəzasının ödənildiyi müəyyən olunur. Bu isə onu deməyə imkan verir ki, Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlər üzrə icraatı rədd edən hal olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinin məzmununa əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmçinin şəxsin İXM-in 529.3-cü maddəsi ilə təqsirləndirilməsi barədə xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati protokolun tərtib edilməsi üçün əsas olan EQ seriyalı 22554160 nömrəli protokol sənədlərə əlavə edilməmiş, həm də protokolun tarixi “xx.xx.2025-ci il” olaraq qeyd edilmişdir. Bununla yanaşı həmçinin protokola əlavə edilmiş inzibati tənbehvermə haqqında EQ seriyalı, 22554160 nömrəli qərarın tarixi “xx.xx.2024-cü il” olaraq qeyd edilmişdir. Beləliklə şəxsin İXM-in 529.3-cü maddəsi ilə təqsirləndirilməsi barədə xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati protokolun tərtib edilməsi üçün əsas olan EQ seriyalı 22554160 nömrəli protokol ilə bağlı cərimə ödənildiyindən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 49, 53, 115, 128-130, 138-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldım: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(5-91)-10/2026
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(5-91)-10/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver