Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(5-91)-3/2026 07.01.2026 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X4 iclas katibliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin rəisi X5, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Şahbuz rayonu, Badamlı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, (FİN kod – xxxxxxx) orta təhsilli, subay, fərdi qaydada usta işləyən, həmin kənddə qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 07 yanvar 2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər “07” yanvar 2026-cı ildə Şahbuz Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə əsasən, Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-180/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment Fərzəliyeva Hicran Feyruz qızının xeyrinə tutulması, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-3014/2023 saylı qərardadı ilə tutulan müvəqqəti aliment nəzərə alınması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmiş, aliment borcunu icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən ödəməmişdir. Borclu Şəxs borcu ödəməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən boyun qaçırmış və icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında tələbkar Hicran Fərzəliyeva ilə 2023-cü ildə nikahlarının pozulduğunu, nikahlarından iki övladları olduğunu, həmin zamandan uşaqların saxlanması üçün aliment təyin olunduğunu, özünün həmin zaman Dağıstanda yaşadığını, aliment təyin olunması barədə məlumatı olmadığını, Hicran Fərzəliyeva ilə alimentin ödənilməsi barədə razılığa gələ bilmədiklərini, Dağıstanda işlədiyi zaman onunla birlikdə işləyən əmisi oğlu vasitəsi ilə evə pul göndərdiyini, lakin pul göndərilməsi ilə bağlı heç bir sübutunun olmadığın, aliment borcunu ödəmək imkanının olmadığını, aliment borcunu Bakı şəhərinə getdiyi zaman işləyib ödəyə biləcəyini bildirmişdir. İnzibati protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin rəisi Əli Piriyev məhkəmə iclasında borclu Şəxs aliment borcu barədə xəbərdarlıq göndərildiyini, sonuncu dəfə xx.xx.2025-ci ildə borcluya aliment ödəməsinin bildirildiyini, həmin vaxtdan heç bir ödəniş etmədiyini, hal-hazırda borclu Şəxs on bir min manat aliment borcu olduğunu bildirərək, qeyd etdikləri nəzərə alınaraq protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin nümayəndəsinin izahatını, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də digər sənədlərlə sübuta yetirilir. Bu səbəbdən də o, həmin maddənin sanksiyası ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 180/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment Fərzəliyeva Hicran Feyruz qızının xeyrinə tutulması, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)- 3014/2023 saylı qərardadı ilə tutulan müvəqqəti aliment nəzərə alınması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin Şəxsa ünvanlandığı 31 yanvar 2024cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-180/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxsa xəbərdarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi onun nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsi tərəfindən 24 dekabr 2025-ci il tarixdə təkrar xəbərdarlıq olunmasına baxmayaraq o, yenə də icradan yayınmışdır. Beləliklə, müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 180/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından olan xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment Fərzəliyeva Hicran Feyruz qızının xeyrinə tutulması, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-3014/2023 saylı qərardadı ilə tutulan müvəqqəti aliment ödənilməlidir. İcra sənədi üzrə 31 yanvar 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin icrası haqqında bildiriş borcluya göndərilmişdir. İcra sənədi icraatda olduğu müddət ərzində Şəxsa borcun ödənilməsi təklif edilmiş, lakin borc üzrə heç bir ödəniş edilməmiş və ya ən azından buna cəhd də edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-180/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin könüllü icrası üçün borcluya xx.xx.2024-cü il tarixdə bildiriş göndərilsə də, həmin vaxtdan borclu icra sənədi üzrə ödəməli olduğu pulu vaxtı-vaxtında ödəməmişdir və hal-hazırda onun 11107 (on bir min bir yüz yeddi) manat borcu vardır. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, icra sənədinin icrası ilə bağlı Şəxs ödənişləri vaxtı-vaxtında icra etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli Qərarında göstərilən üzrlü səbəb şəxsin subyektiv hallarla bağlı deyil, obyektiv hallarla bağlı, yəni onun özündən asılı olmayan səbəblərə görə qətnaməni icra edə bilməməsini ehtiva edir. Belə səbəblərə borclu şəxsin uzun müddət xəstə olması, əmək qabiliyyətini itirməsi, himayəsində daimi olaraq baxıma ehtiyacı olan şəxsin olması, şəxsin hərbi, döyüş əməliyyatlarda olması, fors-major hadisələrin baş verməsi və s. kimi obyektiv hallar aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinin tələbinə görə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddəsinin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Beləliklə, Şəxs inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməni istisna edən hallar mövcud deyildir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli, icra bölməsinə gətirildiyi vaxtdan, yəni “07” yanvar 2026-cı il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra edilir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib ona 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli “07” yanvar 2026-cı il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(5-91)-3/2026
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(5-91)-3/2026
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver