Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(5-91)-9/2026 11.02.2026 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X katibliyi ilə, X2 Naxçıvan Muxtar Respublikası Yol Patrul Xidməti inspektoru X6 tərəfindən barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı iş üzrə qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 Muxtar Respublikası Yol Patrul Xidmətinin qərarından şikayətlə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Yol Patrul Xidməti inspektoru X6 oğlu tərəfindən onun barəsində xx.xx.2026-cı tarixli TP seriyali ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və xx.xx.2026-cı tarixli, İXP 776765 nömrəli protokolun ləğv edilməsi, inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X5 şikayətində göstərmişdir ki, 27 yanvar 2026-cı il tarixdə təqribi saat 2040 radələrində VAZ 21074 MİNİK markalı 71BB085 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə Şahbuz şəhərinin "ŞAHSTORE" adlı Marketin qarşısından sağa rayon mərkəzinə tərəf dönərkən Şahbuz Rayon Polis Şöbəsinin polis sıravisi X6 onu yol patrul xidmətinə aid maşınla təqib etməyə başladığını həmin vaxt sayrışan işıqlar və çox avazlı səs siqnalları aktiv olmayıb onun yaşadığı ünvana qədər təqib edib o maşını saxlayıb və polis əməkdaşından təqib etməyi barədə səbəb soruşub narazılığını bildirib, ona yoldakı xəttin üzərindən keçdiyini bildirib iddia etdiyi yolun üfüqi nişanlama xətti olan 1.1 nömrəli nişanlama xətti olub o isə həmin xəttin yox üfüqi nişanlama xətti olan 1.5 nömrəli nişanlama xəttinin üzərindən keçib bu isə heç bir yol hərəkət pozuntusu deyil, polis əməkdaşından İXM-nin 122.8.-ci maddəsinə əsasən yol hərəkət qaydalarının pozulmasını sübut edəcək video materialı əyani tələb etdikdə bundan imtina edib və protokol yazılacağını qeyd edib o isə protokolun yazılmasına etiraz edib daha sonra polis əməkdaşı hərəkətinə davam edibdir. Ona İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib olunduğuna dair bildiriş gəlib, O isə bir gün sonra polis əməkdaşlarına yaxınlaşıb protokolunu və inzibati tənbeh haqqında qərarımı əldə edibdir. Şikayətinə baxmayaraq səlahiyyəti olmayan şəxs tərəfindən İnzibati tənbeh haqqında qərar qəbul edilib şikayətim barədə yuxarı vəzifəli şəxs tərəfindən heç bir araşdırma aparılmayıb. Ona elektron bildiriş gəlib qayda pozduğuna dair heç bir video material yoxdur. O hesab edir ki, Şahbuz Rayon Polis Şöbəsinin polis sıravisi X3 tərtib etdiyi xx.xx.2026-cı il tarixli, ТР7796470 nömrəli İnzibati tənbeh vermə haqqında qərar və xx.xx.2026-cı il tarixli, İXP7776765 nömrəli protokol qanunsuzdur və ləğv olunamlıdır. İlk olaraq qeyd etmək istəyir ki Azərbaycan Respublikasının Konstitusiyası maddə 127-də isə qeyd olunur ki, Ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır. Mən özümü xətanı törətməkdə sübut etməli deyiləm. 63-cü maddədə isə qeyd olunur ki, Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Qanun isə qeyd edir ki, (İXM-nin 122.1) xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, burda qeyd olunan Xüsusi avadanlıqlar Polisə aid olan və real vaxt rejimində elektron formada birbaşa, proqram təminatı əsasında sistemə onlayn qaydada yüklənən video və foto materiallar qanunu hesab olunur Mənə tərtib olunan 327.1-ci maddə isə İXM-nin 122.1 maddəsində qeyd olunur bu səbəbdən bu maddən barəsində protokol onlayn tərtib olunmalı və real vaxt rejimdə video materiallar əlavə olunaraq sistemə yüklənməli idi digər qaydalar qanunla qadağan edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və Naxçıvan Muxtar Respublikası Yol Patrul Xidmətinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və protokolu tərtib edən idarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X6 tərəfindən tərtib olunan xx.xx.2026-cıil tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, barəsində xx.xx.2026-cı il tarixli, İXP seriyalı 776765 saylı protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli qərar qəbul edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli X2 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Naxçıvan Muxtar Respublikası Yol Patrul Xidmətinin polis baş serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis şöbəsinə tapşırılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 124.2. İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4. İnzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə bu Məcəllənin 45-2.3cü maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunur və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək, nömrələnmiş blankda çap edilərək imzalanır. Bort-kompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilir və bu Məcəllənin 45- 2.1-ci maddəsinə uyğun olaraq bu barədə məlumat dərhal “İCMAL” informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 124.4-1. Bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) həmin iş üzrə bu Məcəllənin 124.4-cü maddəsinə uyğun olaraq əl ilə nömrələnmiş blankda tərtib edilmiş qərar qəbul edir. 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 126.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 126.3. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar əl ilə nömrələnmiş blankda tərtib edilərək bu Məcəllənin 124.4-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda inzibati xəta haqqında protokol tərtib edən səlahiyyətli vəzifəli şəxs tərəfindən protokola baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qərar qəbul edilr, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs həmin qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Göründüyü kimi qanunverilcilik yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara dair işlər üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsini təsbit etmişdir. Hazırki iş üzrə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 xx.xx.2026-cı-ci il tarixdə barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP seriyalı 776765 inzibati xəta haqqında protokolla razılaşmadığı halda onun barəsində heç bir araşdırılma aparılmadan xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı qərar qəbul edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Naxçıvan Muxtar Respublikası Yol Patrul Xidməti inspektoru X6 tərəfindən işin düzgün həlli üçün mühüm əhəmiyyə kəsb edən bütün faktiki hallar, yəni pozuntunun nədən ibarət olunması ilə bağlı araşdırma aparmadan, qəbul edilmiş qərarda inzibati xətanın konkret olaraq nədən ibarət olması qeyd göstərmədən X5 barəsində inzibati protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X5 barəsində xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı nzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati xətanın mövcudluğu ilə razılaşması ilə bağlı inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən heç bir sübut təqdim edilməmiş, iş materiallarında olan xx.xx.2026-cı il tarixli, İXP seriyalı 776765 inzibati xəta haqqında protokolun izahat və ya vəsatət bölməsi boş saxlanılmış, X2 protokol ilə razılaşıb-razılaşmaması ilə bağlı heç bir qeyd göstərilməmişdir. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X5 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X5 tərəfindən heç bir inzibati xətanın törədilməsi ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikası Yol Patrul Xidmətinin Şahbuz Rayon Polis şöbəsinin inspektoru polis baş serjantı X6 tərəfindən qəbul edilmiş X2 barəsində xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis şöbəsinə tapşırılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Yol Patrul Xidmətinin Şahbuz Rayon Polis şöbəsinin inspektoru polis baş serjantı X6 tərəfindən qəbul edilmiş X2 barəsində xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(5-91)-9/2026
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(5-91)-9/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver