Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(5-92)-20/2026 27.01.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Şərur rayonunun Yengicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, deməsinə görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Yengicə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, fərdi əməklə məşğul olan Şəxs barəsində Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs barəsində icra məmurunun məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə icra məmuru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair xx.xx.2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs icra sənədi üzrə ümumilikdə 2302.90 manat borcu ödəməkdən yayınmışdır. Borclu icra məmurunun qanuni tələblərinə yerinə yetirmir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbini pozmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 məhkəməyə vermiş olduğu izahatında inzibati xəta haqqında protokol barədə məlumat verərək bildirmişdir ki, borclu şəxsin məhkəmə qərarından narazı olduğu üçün icra sənədini icra etmədiyini və ümumiyyətlə icra etməyəcəyini bildirdiyini, borclunu uzun müddətdir ki, tanıdığını, “Kapital Banka” olan borcundan cəmi 345 manat ödədiyini, cərimə olunsa onu da ödəyə bilməyəcəyini, inzibati xəta haqqında protokolun təmin olunmasını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə şəxsin həbs olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında icra sənədi üzrə ödəniş etmədiyini, hal-hazırda da ödəniş edə bilməyəcəyini, məhkəmə qərarı ilə razı olmadığını, ona görə də icra etmədiyini, kapital banka isə cəmi 340 manat ödəniş etdiyini, hazırda da işləyib gəlir əldə etdiyini, lakin maddi imkanı olmadığını hazırda üzərində 100 manat pulu olduğunu, onuda verə bilməyəcəyini bildirərək, bunun nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəməyə verdiyi izahatında pulunu almaq istədiyini, borcunu tələb etdiyini, məhkəmə qərarının qanuni olduğunu, ona dəymiş ziyanı tələb etdiyini, borclunun borcunu ödəyə bilmədiyi halda həbs olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişin izahatını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, proses iştirakçılarının izahatları və iş materiallarından da sənədlərlə müəyyən olunur ki, borclu icra sənədini icra etməkdən qərəzli şəkildə yayınaraq, icra sənədinin icrasını təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir.Hazır kı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan Şəxs özünün bildirdiyinə görə fərdi əməklə məşğuldur və maddi gəlir əldə etsədə icra sənədində qeyd edilən tələbi icra etməkdən qərəzli olaraq yayınır və səbəb olaraq məhkəmə qərarının düzgün çıxarılmadığını göstərir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını özünümüdafiə xarakterli qiymətləndirir. İş materiallarında olan: - Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(110)-575/2025 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2022-ci il tarixli RGTK6719738A121 nömrəli kredit müqaviləsi üzrə 1042,3 manat əsas, 169,63 manat faiz, cəmi 1211,93 manat (bir min iki yüz on bir manat doxsan üç qəpik) borc və dövlət rüsumu olaraq ödənilmiş 32,12 manat (otuz iki manat on iki qəpik) məbləğində vəsait tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir; - Şərur Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli 2(110)-299/2025 saylı icra vərəqəsində Cavabdeh Şəxs 1400 (bir min dörd yüz) manat məbləində pul tutularaq iddiaçı X2 ödənilməsi, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 36.5 (otuz altı manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun 30.97 (otuz manat, doxsan yeddi qəpik) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir; xx.xx.2023-cü il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icra məmuru tərəfindən icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icra məmuru tərəfindən icraata başlanılmışdır. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs ünvanına göndərilmişdir. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs ünvanına göndərilmişdir. Şəxs tərəfindən verilmiş xx.xx.2026-ci il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati məsuliyyət barədə ona xəbardarlıq edilmişdir. Məhkəmə baxılan inzibati xəta haqqında material üzrə Azərbaycan Respublikasının İXM-nın 104- 105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli xx.xx.2026-cı il tarixdən saat 14:00-dan hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 27 yanvar 2026-cı il tarixdən saat 14:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayəti və ya protest verilə bilər. Sədrlik edən: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(5-92)-20/2026
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(5-92)-20/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver