Məhkəmə qərarları › İş №3(5-92)-21/2026

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(5-92)-21/2026

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(5-92)-21/2026 27.01.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1986-cı ildə Şərur rayonunun Şəhid Məmməd kəndində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilmiş, yaşayış yeri üzrə Şərur rayonunun Danyeri kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, fərdi əməklə məşğul olan Şəxs barəsində Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs barəsində icra məmurunun məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə icra məmuru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs icra sənədi üzrə ümumilikdə 6857 manat borcu ödəməkdən yayınmışdır. Borclu icra məmurunun qanuni tələblərinə yerinə yetirmir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbini pozmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 məhkəməyə vermiş olduğu izahatında inzibati xəta haqqında protokol barədə məlumat verərək, borclunun ilk dəfə barəsində axtarış qərarı qəbul edildiyi üçün polis əməkdaşları tərəfindən məhkəməyə gətirildiyini, məhkəmə iclas zalında ödəniş etdiyini, bundan sonra isə borclunun barəsində 500 manat məbləğində inzibati cərimə tətbiq olunduğunu, daha sonra isə ancaq məcburi icra tədbirləri görülərkən ödənişlər etdiyini, lakin indi ödəniş etmədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında avtoqəza keçirdiyini, 6 ay işləyə bilmədiyi üçün ödənişin yubandığını, indi də işləri zəif olduğu üçün 300 manat ödəməyə gücünün çatdığını, ikinci qərardan xəbəri olmadığını, himayəsində uşaq olduğunu bildirmiş və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəməyə verdiyi izahatında borclunun 1160 manat pul ödədiyini, borcun 6357 manat qaldığını, sonuncu ödənişi 25 dekabr tarixində ödədiyini, oktyabr və noyabr ayları üçün ödəniş etmədiyini, pulunu tələb etdiyini, hər gün İcra məmurunun yanına gəlib getdiyini, bu haldan artıq bezdiyini, ödəmədiyi təqdirdə borclunun həbs olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, proses iştirakçılarının izahatları və iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, borclu icra sənədi üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınaraq, icra sənədinin icrasını təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Onun qərəzli hərəkətləri icra məmurunun çağırışına gəlməməsi, məcburi qaydada icra və probasiya şöbəsinə gətirilməsi, əvvəlki dövrdə inzibati xəta haqqında protokola baxılan zaman ödəniş etdiyi, hazırda da üzərində 300 manat olmasına baxmayaraq icra sənədində qeyd edilən tələbi icra etməməsi onun qərəzli olaraq icra məmurunun qanuni tələblərinin yerinə yetirmir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını özünümüdafiə xarakterli qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materiallarında olan: - Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(110)-126/2025 saylı icra vərəqəsində Şərur rayon Danyeri kəndində qeydiyyatda olan cavabdeh Şəxs 7424.89 (yeddi min dörd yüz iyirmi dörd manat səksən doqquz qəpik) manat borc və 102 (bir yüz iki) manat dövlət rüsumunun 92.0 manatı olmaqla, ümumilikdə 7516.89 (yeddi min beş yüz on altı manat səksən doqquz qəpik) manat məbləğində pul alınaraq iddiaçı X2 ödənilməsinə qət edilmişdir; - Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(110)-146/2025 saylı icra vərəqəsində Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsinə qət edilmişdir; - Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(110)-182/2025 nömrəli məcburi gətirilmə haqqında qərardaddan görünür ki, Şərur Rayon Məhkəməsinin 2(110)-569/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Şərur Rayon Məhkəməsinin 2(110)-126/2022 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu Şəxs məcburi qaydada Şərur rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə qərardad qəbul edilmişdir. xx.xx.2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, borclu Şəxs icra sənədi üzrə ümumilikdə 6857 manat borcu ödəməkdən yayınmaqla icra sənədini üzrsüz səbəbdən icra etməmiş və borclu icra məmurunun qanuni tələblərinə yerinə yetirmir. Borclu icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir; xx.xx.2025-ci il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icra məmuru tərəfindən icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icra məmuru tərəfindən icraata başlanılmışdır. xx.xx.2026-cı il tarixli ərizədən görsənir ki,iş üzrə tələbkar icra sənədinin icra edilməməsinə görə borclu barəsində inzibati məsuliyyətə cəlb edilməsi üçün üçün İcra və probasiya şöbəsinə ərizə təqdim etmişdir. Şəxs tərəfindən verilmiş xx.xx.2026-ci il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati məsuliyyət barədə ona xəbardarlıq edilmişdir. Məhkəmə baxılan inzibati material üzrə Azərbaycan Respublikasının İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların olmasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli xx.xx.2026-cı il tarixdən saat 14:00-dan hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 27 yanvar 2026-cı il tarixdən saat 14:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar