Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(5-92)-23/2026 29.01.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X11 Zeynalovun sədrliyi, X15 oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs X2, inzibati xəta haqqında protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X7 iştirakı ilə, xx.xx.1974-cü ildə Şərur rayon Aralıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, fərdi əməklə məşğul, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Yuxarı Aralıq kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh edilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X9 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qismində izahat verən Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X9 verdiyi izahatında şəxsin xx.xx.2026-cı il tarixində Y.Budaqov adına Psixi xəstəliklər Dispanseri sidik narkotest vasitəsilə müayinə olduğunu, nəticədə THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur. Onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məhkəməyə izahatında barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü təqsirli bilərək, ilk dəfədir ki, istifadə etdiyini, evdə xəstə kimi yatanda bir dostundan siqaret alıb gətirməsini istədiyini, küçədə görüşəndə siqareti verdikdə dostunun, özündə marixuana olduğunu və istəyib istəmədiyini soruşduğunu, 2-3 tüstü çəkib öskürdüyünü, yarısını çəkdiyini, sonra qalan yarısını dostunun çəkdiyini, sabah isə Polis İdarəsinə dəvət edildiyini, üzərində aparılan testin müsbət çıxdığını, əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Şərur RPİ-nin əməkdaşı X10 məhkəməyə verdiyi izahatında X2 narkotik maddə istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğunu, məruzə etdiklərini və şəxsi Şərur rayon Polis idarəsinə dəvət etdiklərini, qəbul edilmiş məhkəmənarkoloji ekspertizanın keçirilməsi haqqında qərar əsasında Naxçıvan MR X4 narko-test aparıldığını və nəticənin müsbət olduğunu bildirdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Y.Budaqov adına Naxçıvan MR X5 3-28-34-4/2-131/2026 saylı, xx.xx.2026-cı il tarixli narkoloji tibbi yoxlama rəyindən görünür ki, X3 Kannabinoid narkomaniyası müşahidə edilir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. X6 xx.xx.2026-cı il tarixdə Y.Budaqov adına Naxçıvan MR X4 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur; - xx.xx.2026-cı il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx.xx.2026-cı il tarixdə Y.Budaqov adına Naxçıvan MR X4 sidik narko-testi vasitəsilə müayinə olunub nəticəsinə əsasən THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur; - xx.xx.2026-cı il tarixli 1890 nömrəli inzibati qaydada tutma haqqında protokoldan məlum olur ki, X6 xx.xx.2026-cı il tarixdə saat 13:55-də inzibati qaydada tutulmuşdur və o, xx.xx.2026-cı il tarixdə azad edilmişdir. - xx.xx.2026-ı il tarixli 0816 nömrəli şəxsi axtarış və fiziki şəxsdə olan şeylərin yoxlama haqqında protokola əsasən X2 üzərindən Redmi A11 markalı mobil telefon və kaşlok aşkar edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatını və iş materiallarındakı digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, X2 əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş İİ siyahıdan- Psixotrop maddələr cədvəlindən görünür ki, THC tetrahidrokannabinol preparatı psixotrop maddə hesab olunur. Məhkəmə, baxılan inzibati xəta haqqında iş üzrə material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs X1 peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmir. Həmin məcəllənin 31.4-1-ci madddəsinə əsasən isə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halların olmasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(5-92)-23/2026
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(5-92)-23/2026
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver