Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(5-92)-29/2026 10.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X7 Zeynalovun sədrliyi, X13 oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi Abdinov Toğrul Təmirxa oğlunun iştirakı ilə, xx.xx.1996-cı ildə Şərur rayon Həmzəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Həmzəli kənd orta məktəbində bağban vəzifəsində işləyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Həmzəli kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi Abdinov Toğrul Təmirxa oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törətməsi barədə xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 10:15 radələrində Şəxs Şərur rayon Polis idarəsinin inzibati binasında polis işçisinin qanuni tələbini qəsdən tabe olmamışdır. Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı izahat verən Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi Abdinov Toğrul Təmirxa oğlu inzibati protokolu müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə saat 10:15 radələrində Şəxs Şərur rayon Polis idarəsinin inzibati binasında polis işçisinin qanuni tələbini qəsdən tabe olmamışdır. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək əməlindən peşman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis nəfəri X1 məhkəməyə izahat verərək, daxil olan məlumat əsasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi polis idarəsinə gətirdiklərini, şəxsin axtarışı zamanı şəxsin əmrə tabe olmadığını məhkəməyə bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis nəfəri X5 məhkəmədə şahid qismində dindirilmiş polis nəfəri X1 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə izahat verərək, məktəbin həyətinə siqaret çəkmək üçün çıxdığını, Sahilin də onunla birlikdə həyətə çıxdığını, sonra özünün mağazaya getdiyini, ordan qayıdanda uşaqlarla söhbət etdiyini, sahilin də onun arxasınca həmin yerə gəldiyini, idman zalının məktəbin arxasında yerləşdiyini, soyunub geyinmə otağının da həmin yerdə yerləşdiyini, pəncərələrinin də məktəbin arxa hissəsində olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə izahat verərək hadisənin fevralın 3-ü tarixində baş verdiyini, üst geyiminin məktəb üçün uyğun olmadığına görə təşkilatçının paltarını dəyişməsini tapşırdığını, babasına bu barədə dediyini və babasının onun üçün paltar gətirdiyini, paltarını dəyişmək üçün soyunub geyinmə otağına getdiyini, Sahilin ordan yavaş-yavaş keçdiyini, özünün isə əynini soyunduğunu, Sahilin onu gördüyünü, onun isə özünü qorumaq üçün küncə keçdiyini, qayıdacağını düşündüyünü, həmin vəziyyətdə Sahilin qayıdıb onu izlədiyini, özünün isə bu barədə təşkilatçıya məlumat verdiyini, atasına xəbər verildiyini, iclas keçirildiyini, həmin iclasda iştirak edən Sahilin anasının ona qarşı alçaldıcı sözlərdən istifadə etdiyini, 1 ay əvvəldən Sahilin ona marağı olduğunu məhkəməyə bildirmişdir. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2026-cı il tarixli 1889 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 10:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2026-cı il tarixli 1828 nömrəli şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında protokoldan görünür ki, Şəxs üzərindən heçnə aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və Şərur RPİ-nin İTB-dən daxil olmuş materialla tam təsdiq edilir. Belə ki, Şəxs polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymamaqla İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Polis Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ bəndininin tələbinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİİ bəndinə əsasən Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi kimi Azərbaycan Respublikası İXM-nın 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, əməlindən peşman olmasını müəyyən etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməli və inzibati həbsin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32, 33, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 və Şərur Rayon Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət və ya protest verilə bilər Sədrlik edən: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(5-92)-29/2026
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(5-92)-29/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver