Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(5-92)-35/2026 13.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Cının katibliyi, Protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat orqanın səlahiyyətli müvəkkili, polis mayoru X3, nümayəndəsi: Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1978-ci ildə Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli (4 uşaq atası), orta təhsilli, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Çərçiboğan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, “Aralıq” Petrol Ofisində avtomobil ustası işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şərur Rayon Polis İdarəsinin xx.xx.2026-cı il tarixli, 3-13-43-12/2-2440/2025 №-li məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2026-cı il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan xx.xx.2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunmuş, nəticədə MET (Metamfetamin) və AMP (Amfetamin) müsbət aşkar edilmişdir. Faktla bağlı Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan xx.xx.2026-cı il tarixdə Şərur Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi X5 tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi izahatında təxminən 2-3 gün bundan əvvəl günorta saatlarında evdə olan zaman hmkəndlisi Həzrət Süleymanovun ona zəng vurub avtomobilinin işləmədiyini və ona baxmasını istədiyini, onun sözü ilə razılaşdığını, onun öz avtomobili ilə onlara gəldiyini, maşında onun xalasıoğlu Elsevərin də olduğunu, Həzrətin avtomobilini düzətdikdən sonra Elsevərin onlara patı təklif etdiyini, onunla razılaşdıqlarını, Həzrətin maşınında 1-2 tüstü çəkdiyini, Həzrətin də 1-2 tüstü çəkdiyini, bundan sonra Həzrət ilə Elsevərin getdiyini, xx.xx.2026-cı il tarixdə onun polis idarəsinə çağırıldığını, oraya getdikdə polis əməkdaşlarının ondan narkotik maddə çəkib çəkmədiyini soruşduqlarını, onlara çəkdiyini dediyini, Naxçıvan şəhərində Y.Budaqov adına Dispanserə aparıldığını, sidik testinin nəticəsinin müsbət çıxdığını, onun narkotik vasitə istifadə etməsinin aşkar edildiyini və barəsində protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili polis kapitanı X7 verdiyi izahatında xx.xx.2025-ci il tarixdə Şərur rayon Çərçiboğan kənd sakinləri Şəxs və Süleymanov Həzrətin, Şərur rayon Kosacan kənd sakini Həsənov Elşadın, Şərur rayon Sərxanlı kənd sakini Cəfərov Əkbərin narkotik vasitədən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğunu, daxil olmuş məlumat əsasında idarə rəisinə raportla məruzə etdiyini, onların Şərur RPİ-yə dəvət olunduğunu, daha sonra Naxçıvan şəhərində Y.Budaqov adına Dispanserə aparıldığını, sidik testinin nəticəsinin müsbət çıxdığını, onların narkotik vasitə istifadə etməsinin aşkar edildiyini bildirmişdir. Məhkəmə iclasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili X6 verdiyi izahatında şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibini olduğunu bildirərək, onun cəzalanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və məhkəmə iclasında dindirilmiş şəxslərin izahatları ilə yanaşı, iş üzrə ibtidai araşdırma dövründə dindirilmiş şahidin izahatını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunmuş, nəticədə MET (Metamfetamin) və AMP (Amfetamin) müsbət aşkar edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 təqdim edilmiş xx.xx.2026-cı il tarixli, 79 nömrəli narkoloji tibbi yoxlamaya dair rəydə Şəxs narkomaniya əlamətləri müşahidə edilmədiyini, lakin fiziki və psixi asılılıq əlamətləri olmadan narkotik və psoxotrop maddə qəbulu inkar edilmədiyi, hal-hazırda abstinensiya əlamətləri olmadığına görə onun məcburi müalicəyə ehtiyacının olmadığı, Şəxs xx.xx.2026-cı il tarixdə Dispanserdə sidik narko-testi vasitəsilə müayinə edildiyini və nəticənin MET (Metamfetamin) və AMP (Amfetamin) müsbət çıxdığı göstərilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2026-cı il tarixli 1904 №-li protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 1600-da inzibati qaydada tutulmuşdur. “Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında” xx.xx.2026-cı il tarixli 1837 №-li protokoldan görünür ki, Şəxs üzərində heç bir şey aşkar edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməllərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ikinci siyahıdan aydın olur ki, MET (Metamfetamin) və AMP (Amfetamin) psixotrop maddədir. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.14-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsidir. Həmin qanunun 25.1-ci maddəsinə əsasən tibbi müayinə yalnız narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Narkotik sərxoşluq vəziyyətində olması və ya öz bədəni daxilində narkotik vasitələr və psixotrop maddələr daşıması haqqında əsaslı şübhələr olan, habelə özündə narkotik vasitələr və psixotrop maddələr aşkar edilmiş şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçirilir. Tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində həyata keçirilir. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən tibbi müayinə həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Şəxsin tibbi müayinədən keçməsi haqqında tərtib edilən rəydə onun narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrin növü, ehtiyac olduqda miqdarı və təxmini istehlak etmə vaxtı əks etdirilməlidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi Qaydası"nın 1-ci bəndində qeyd olunmuşdur ki, insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu, həkim olmadıqda isə feldşer-narkoloqu tərəfindən həyata keçirilir. “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi Qaydası"nın 2-ci bəndində isə qeyd olunmuşdur ki, tibbi müayinə vasitəsi ilə yoxlanılan şəxsin narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan vasitələrin və psixotrop maddələrin növü ehtiyac olduqda, miqdarı və təxmini istehlak etmə vaxtı təyin olunur. Tibbi müayinənin keçirilməsinin səbəbi, gedişi, aparılan tədqiqatın növləri və nəticəsi tərtib edilmiş rəydə öz əksini tapır. Beləliklə də, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir. Yəni narkotik vasitədən istifadə faktı artıq həm laborator nəticə, həm də şəxsin etirafı ilə təsdiq olunur. Ona görə də inzibati xəta törətmiş şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə uyğun olaraq Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4, onun MSY-nə təhvil verilməsi isə Şərur Rayon Polis İdarəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli onun azadlığının faktiki məhdudlaşdırldığı vaxtdan, yəni xx.xx.2026-cı il tarix saat 1600-dan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Şəxs inzibati qaydada tutulduğu müddət inzibati həbsin müddətinə daxil edilməklə inzibati həbsin əvvəli xx.xx.2026-cı il tarix saat 1600-dan hesablansın.
3. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə edilsin.
4. Şəxs Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 təhvil verilməsi Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis idarəsinə həvalə edilsin.
5. Qərar dərhal icra edilsin.
6. Qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim: Abil Orucəliyev