Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(5-92)-39/2026 17.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X11 Zeynalovun sədrliyi, X16 oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, İnzibati xəta haqqında protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X5 iştirakı ilə, xx.xx.1987-ci ildə Şərur rayon Kosacan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, yük avtomobili sürücüsü, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Yuxarı Daşarx kəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh edilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X8 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında materiala əsasən xx.xx.2026-cı il Yuxarı Daşarx kəndində X6 məxsus həyətyanı sahədə 3.320 qram marixuana aşkar edilmiş və həmin tarixdə Naxçıvan Muxtar Respublikası X2 keçirilmiş sidik narkotest müayinəsi nəticəsində X4 MET (metamfetamin) və AMP (amfetamin) müsbət aşkar olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qismində dindirilmiş Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X8 verdiyi izahatında xx.xx.2026-cı il Yuxarı Daşarx kəndində X6 məxsus həyətyanı sahədə 3.320 qram marixuana aşkar edildiyini və həmin tarixdə Naxçıvan Muxtar Respublikası X2 keçirilmiş sidik narkotest müayinəsi nəticəsində X4 MET (metamfetamin) və AMP (amfetamin) müsbət aşkar olunduğunu, onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 məhkəməyə izahatında bildirdi ki, sürücü işlədiyini, narkotiki İrandan “Kent” markalı siqaretin içində gətirdiyini, ilk dəfədir ki, istifadə etdiyini, spirtli içki qəbul edən zaman dostları ilə birgə narkotik maddə olan marixuana istifadə etdiyini, narkotikin bir hissəsini həyətinə atdığını, yük boşaltdığı zaman polis əməkdaşlarının onu polis idarəsinə dəvət etdiklərini, əməlini etiraf etdiyini və əməlindən peşman olduğunu bildirirərək, məhkəmədən barəsində həbslə bağlı olmayan qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şərur RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili X10 məhkəməyə verdiyi izahatında xx.xx.2026-cı ildə bir qrup şəxsin narkotik vasitədən istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olduğunu, şəxsin həyətinə baxış keçirildiyini, həyətdən siqaret qutusunun içində marixuana və metamfetamin olduğundan şübhə etdikləri maddələrin aşkar olunduğunu, elektron tərəzidə çəkildikdən sonra ekspertiza üçün Məhkəmə Ekspertizası Mərkəzinə təhvil verildiyini, keçirilmiş narkotest nəticəsində X4 MET (metamfetamin) və AMP (amfetamin) müsbət aşkar olunduğunu bildirdi. İş materiallarında olan : - Y.Budaqov adına Naxçıvan MR X1 xx.xx.2026-cı il tarixli, 91 saylı narkoloji tibbi yoxlama rəyindən görünür ki, X4 narkomaniyaya xas əlamətlər müşahidə edilmir. Lakin fiziki və psixi asılılıq əlamətləri olmadan narkotik və psixotrop maddə qəbulu inkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. X7 xx.xx.2026-cı il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə MET (metamfetamin) və AMP (amfetamin) müsbət aşkar olunmuşdur; - xx.xx.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X7 xx.xx.2026-cı il tarixdə 2112 radələrində Şərur RPİ-nin əməkdaşı, Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X8 tərəfindən inzibati qaydada tutulmuşdur. - xx.xx.2026-cı il tarixli şəxsi axtarış və fiziki şəxsdə olan şeylərin yoxlama haqqında protokola əsasən X3 üzərində bir Honor X6 markalı, 1 ƏDƏD Samsung A13 markalı bonil telefon, 1 ədəd “KENO” markalı siqaret və 1 ədəd alışqan aşkar edilmişdir. - 13 fevral 2026-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şərur Rayon Polis İdarəsi İstintaq və Təhqiqat Bölməsində araşdırılan 104 saylı material üzrə Azərbaycan Respublikası Cinsayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatını və iş materiallarındakı digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, X3 əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş İİ siyahıdan- Psixotrop maddələr cədvəlindən görünür ki, MET (metamfetamin) və AMP (amfetamin) preparatları psixotrop maddə hesab olunur. 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş İİ siyahıdan- Psixotrop maddələr cədvəlindən görünür ki, qurudulmuş marixuananın miqdarı 5 qram olduğu halda şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verir. İşin materiallarından görünür ki, aşkar edilən qurudulmuş marixuananın miqdarı 3.320 qram olduğu üçün şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın X7 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahid ifadələri, ekspertiza rəyi, X3 etirafı, eləcə də inzibati xəta haqqında materialda olan digər sənədlərlə sübuta yetirilir. X3 narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması da verilmiş rəydə öz əksini tapır. Məhkəmə, baxılan inzibati xəta haqqında material üzrə Azərbaycan Respublikası İXM-nın 104- 105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 30.3-cü maddəyə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -31.4-cü maddəyə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında haqqında iş üzrə icraat aparılan şəxsin əməlində məsuliyyəti ağırlaşdıran hal aşkar edilmir. İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məhkəmə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağrılaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, X7 barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli inzibati qaydada tutulduğu gündən xx.xx.2026-cı il tarixdən saat 21:00-dan hesablanmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 45 (qırx beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli xx.xx.2026-cı il tarixdən saat 21:00-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 və Şərur Rayon Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(5-92)-39/2026
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(5-92)-39/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver