Məhkəmə qərarları › İş №3(5-92)-50/2026

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(5-92)-50/2026

26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(5-92)-50/2026 26.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X7 Zeynalovun sədrliyi, Şükürov Rauf Ramin oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin NMQ-nin baş əməliyyat müvəkkili X3 iştirakı ilə, xx.xx.1999-cu ildə Şərur rayon Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Çomaxtur kəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh edilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şərur Rayon Polis İdarəsinin NMQ-nin baş əməliyyat müvəkkili X5 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında materiala əsasən xx.xx.2026-cı il tarixində Y.Budaqov adına əsəb-ruhi Dispanserində sidik narkotest müayinəsi nəticəsində Şəxs THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qismində izahat vermiş Şərur Rayon Polis İdarəsinin NMQ-nin baş əməliyyat müvəkkili X5 verdiyi izahatında Şərur rayon Polis İdarəsində toplanmış materiallar əsasında Şəxs saxlanıldığını, narkotik tərkibli maddələr istifadə etməsinə əsaslı şübhələr yarandığını və xx.xx.2026-cı il tarixində Y.Budaqov adına əsəbruhi Dispanserində sidik narkotest müayinəsi nəticəsində Şəxs THC (tetrahidrokannabinol) müsbət aşkar olunduğunu, əməlini etiraf etdiyini, ona görə də barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahatında bildirdi ki, avtobusla Bakıdan Naxçıvana qayıdan zaman alış-veriş və istirahət üçün avtobusun dayanan zaman, oradakı iranlı bir şəxsdən siqaret istədiyini, şəxsin ona narkotik təklif etdiyini, onun isə narkotik olduğunu bilə bilə qəbul etdiyini, 3 tüstü çəkəndən sonra başının fırlandığını və ürəyinin bulandığını, Naxçıvana qayıdanda onu polis idarəsinə gətirdiklərini, əməlindən peşman olduğunu məhkəməyə bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şərur RPİ-nin əməkdaşı X6 məhkəməyə izahatında daxil olmuş əməliyyat məlumatı əsasında Şərur rayon Çomaxtur kənd sakini Şəxs narkotik tərkibli maddədən istifadə etməkdə şübhəli bilindiyini, daha sonra Şəxs Polis idarəsinə dəvət edərək dispanserdə narko-testin keçirildiyini və testin nəticəsinin müsbət olduğunu bildirdi. İş materiallarında olan : - Y.Budaqov adına Naxçıvan MR X1 xx.xx.2026-cı il tarixli, 105 saylı narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs narkomaniyaya xas əlamətlər müşahidə edilmir. Lakin fiziki və psixi asılılıq əlamətləri olmadan narkotik və psixotrop maddə qəbulu inkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2026-cı il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur; - xx.xx.2026-cı il tarixli 1811 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə 0115 –də Şərur RPİ-nin əməkdaşı, Şərur Rayon Polis İdarəsinin NMQ-nin baş əməliyyat müvəkkili X5 tərəfindən inzibati qaydada tutulmuşdur. - xx.xx.2026-cı il tarixli 1943 nömrəli şəxsi axtarış və fiziki şəxsdə olan şeylərin yoxlama haqqında protokola əsasən Şəxs üzərindən heç nə aşkar edilməmişdir. - xx.xx.2026-cı il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsi ilə müayinə olunub, nəticədə THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və iş materiallarındakı digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş İİ siyahıdan- Psixotrop maddələr cədvəlindən görünür ki, THC tetrahidrokannabinol preparatı psixotrop maddə hesab olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahid izahatları, ekspertiza rəyi, eləcə də inzibati xəta haqqında materialda olan digər sənədlərlə sübuta yetirilir. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması da verilmiş rəydə öz əksini tapır. Məhkəmə, baxılan inzibati xəta haqqında material üzrə Azərbaycan Respublikası İXM-nın 104- 105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 30.3-cü maddəyə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -31.4-cü maddəyə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında haqqında iş üzrə icraat aparılan şəxsin əməlində məsuliyyəti ağırlaşdırıcı hal aşkar edilmir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağrılaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli inzibati qaydada tutulduğu gündən xx.xx.2026-cı il tarixdən saat 01:15-dən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli xx.xx.2026-cı il tarixdən saat 01:15-dən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 və Şərur Rayon Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar