Məhkəmə qərarları › İş №3(5-92)-59/2026

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(5-92)-59/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(5-92)-59/2026 10.03.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X7 Zeynalovun sədrliyi, X9 oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Naxçıvan MR DİN-in səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Naxçıvan MR DİN-in X10 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2026-cı il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan İXP ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, 11 fevral 2026-cı il tarixdə saat 23:50 radələrində Naxçıvan-Sədərək avtomobil yolunun 42-ci km-də X4 idarə etdiyi "Vaz 21074" markalı **- BD-*** qeydiyyat nişanlı avtomobillə Naxçıvan şəhəri istiqamətində hərəkətdə olan zaman yolun sağ kənarında ikinci dərəcəli yoldan baş yola çıxaraq Sədərək rayonuna istiqamətlənən Şəxs idarə etdiyi "İveco" markalı **-LM-***/27-AOZ-83 qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş, nəticədə Arif Fərzəliyevə və onun idarə etdiyi avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmişdir. Naxçıvan MR DİN-in səlahiyyətli nümayəndəsi X1 məhkəməyə verdiyi izahatında protokol haqqında məlumat verərək, 11 fevral 2026-cı il tarixdə saat 23:50 radələrində Naxçıvan-Sədərək avtomobil yolunun 42-ci km-də X4 idarə etdiyi "Vaz 21074" markalı **- BD-*** qeydiyyat nişanlı avtomobillə Naxçıvan şəhəri istiqamətində hərəkətdə olan zaman yolun sağ kənarında ikinci dərəcəli yoldan baş yola çıxaraq Sədərək rayonuna istiqamətlənən Şəxs idarə etdiyi "İveco" markalı **-LM-***/27-AOZ-83 qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş, nəticədə Arif Fərzəliyev və onun idarə etdiyi avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarını məhkəməyə bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Mehmetali oğlu məhkəmə iclasında verdiyi izahatında əməlindən peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclsaının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmişdir, lakin məhkəməyə ərizə ünvanlayaraq əriəsində zərərçəkmiş şəxs qismində tanındığını, onun barəsində inzibatə xəta haqqında icraat aparılan şəxs Şəxsye qarşı hər hansı bir şikayət və tələbinin olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görsənir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, sürücülərin əməlində cinayət tərkibi yoxdur və 20 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərar Naxçıvan MR DİN-nin DYP idarəsinə göndərilmişdir. Naxçıvan MR Məhkəmə Tibbi Ekspertiza və X3 verdiyi 64 saylı ekspert rəyindən görsənir ki, İstintaq və təhqiqat qrupunun müstəntiqinin ekspertizanın təyin edilməsi haqqında qərarına əsasən X2 məhkəmə tibbi müayinəsi keçirilmiş, arayışına əsasən “təpə nahiyyəsində yara, burnun arxa səthində sıyrıq, sağ bağır topuq nayihəsindən başlayıb ayağın arxa səthinə qədər davam edən dərialtı hemetoma ağırlıq dərəcəsinə görə “Yüngül“ dərəcəli bədən xəsarəti kimi qiymətləndirilir. Naxçıvan MR Məhkəmə Tibbi Ekspertiza və X3 verdiyi 65 saylı ekspert rəyindən görsənir ki, İstintaq və təhqiqat qrupunun müstəntiqinin ekspertizanın təyin edilməsi haqqında qərarına əsasən Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi keçirilmiş, arayışına əsasən “Təpə, sağ bilək və sağ dirsək nahiyyəsinin arxa səsthindədə yaralar, boynun arxa səthində,sol bazunun ön-yan səthində, hər iki saidin aşağı 1/3 hissəsi və əlin arxa səthində,sol diz və baldırın ön səthində qançırlar, sağ dizin ön səthindən başlayıb, diz nahiyyəsini tam əhaət edib baldırın ön səthinə qədər davam edən hematoma. ağırlıq dərəcəsinə görə “Yüngül“dərəcəli bədən xəsarəti kimi qiymətləndirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatlarını və toplanmış digər sübutları məcmu halında, tam, hərtərəfli, obyektiv və əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Mehmetalioğlunun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, 11 fevral 2026-cı il tarixdə saat 23:50 radələrində Naxçıvan-Sədərək avtomobil yolunun 42-ci km-də X4 idarə etdiyi "Vaz 21074" markalı **-BD-*** qeydiyyat nişanlı avtomobillə Naxçıvan şəhəri istiqamətində hərəkətdə olan zaman yolun sağ kənarında ikinci dərəcəli yoldan baş yola çıxaraq Sədərək rayonuna istiqamətlənən Şəxs idarə etdiyi "İveco" markalı **-LM-***/27-AOZ-83 qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş, nəticədə Arif Fərzəliyev və onun idarə etdiyi avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışlar, “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin İİ hissəsinin İ bəndinin tələbinə uyğunsuzluq olmuş və bununla da Şəxs Mehmetalioğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Ona görə də Şəxs Mehmetalioğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğuna görə qeyd edilən maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə baxışı zamanı Şəxs Mehmetali oğlunun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də inzibati xəta haqqında materialda olan digər sənədlərlə, eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, digər sübutlar ilə öz təsdiqini taparaq sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinə görə Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq“edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına“və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə“uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; ““- 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,“onun təqsirinin dərəcəsi,“əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs Mehmetali oğlunun səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində ağırlaşdırıcı hallar müəyyən edilmir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar müəyyən edilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs Mehmetali oğlu barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur və o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Mehmetali oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət və protest verilə bilər. Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar