Azərbaycan Respublikası adından Qərar Şərur şəhəri İş № 3(5-92)-67/2026 17.03.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSI Hakim İlkin Cəlal oğlu Zeynalovun sədrliyi, Tağıyev Əli Vüqar oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Əsədov Zəka Zəfər oğlunun, inzibati xəta haqqında protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi Seyidov Həsrət Hüseyn oğlunun iştirakı ilə, 06.10.1983-cü ildə Şərur rayon Axaməd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Axaməd kəndində qeydiyyatda olan və yaşayan Əsədov Zəka Zəfər oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi Seyidov Həsrət Hüseyn oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törətməsi barədə 19.03.2026-cı il tarixli MN 2152108 nömrəli protokol tərtib olunaraq baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 19.03.2026-cı il tarixli MN 2152108 nömrəli protokolda göstərilmişdir ki, Əsədov Zəka Zəfər oğlu 15.03.2026-cı il tarixində saat 17:30 radələrində Şərur rayon Axaməd kəndində polis işçisinin qanuni tələbinə tabe olmamışdır. Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı izahat verən Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi Seyidov Həsrət Hüseyn oğlu inzibati protokolu müdafiə edərək izahatında göstərdi ki, Əsədov Zəka Zəfər oğlu 15.03.2026-cı il tarixində saat 17:30 radələrində Şərur rayon Axaməd kəndində polis işçisinin qanuni tələbinə tabe olmamışdır. Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əsədov Zəka Zəfər oğlu izahat verərək özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, bacısı ilə mübahisələri olduğunu, uca səslə onunla danışdığını, bacısının onu polisə şikayət etdiyini, özünüdə 102 xidmətinə zəng etdiyini, polislər gəldikdə isə əsəbi olduğu üçün polis idarəsinə getmək istəmədiyini, əməlindən peşman olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis nəfəri Mustafayev Bayram Hüseynfər oğlu məhkəməyə izahat verərək, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əsədov Zəka Zəfər oğlunun bacısının onun haqqında şikayəti olduğunu, onların əmr üzrə şəxsi idarəyə gətirməyə getdiklərini, şəxsin tabesizlik göstərdiyini məhkəməyə bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı Bayramov Rüstəm Vaqif oğlu məhkəməyə verdiyi izahatında şahid Mustafayev Bayram Hüseynfər oğlu ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: İş materiallarında olan 15.03.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Əsədov Zəka Zəfər oğlu 15.03.2026-cı il tarixdə saat 17:55 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş audio-video diskə baxış zamanı müəyyən edilmişdir ki, Əsədov Zəka Zəfər oğlu 15.03.2026-cı il tarixində saat 17:30 radələrində Şərur rayon Axaməd kəndində polis işçisinin qanuni tələbinə tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Əsədov Zəka Zəfər oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri və Şərur RPİ-nin İTB-dən daxil olmuş materialla tam təsdiq edilir. Belə ki, Əsədov Zəka Zəfər oğlu polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymamaqla İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Polis Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin II bəndininin tələbinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin III bəndinə əsasən Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Əsədov Zəka Zəfər oğlunun məsuliyyətini yüngülləşdirən hal kimi kimi Azərbaycan Respublikası İXM-nın 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, əməlindən peşman olmasını müəyyən etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Əsədov Zəka Zəfər oğlunun barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-cü maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Yuxarıda qeyd olunanlara əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Əsədov Zəka Zəfər oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32, 33, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Əsədov Zəka Zəfər oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(5-92)-67/2026
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(5-92)-67/2026
17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver