Məhkəmə qərarları › İş №3(5-92)-7/2026

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(5-92)-7/2026

09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(5-92)-7/2026 09.01.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X8 Zeynalovun sədrliyi, X11 oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi Abdinov Toğrul Təmirxa oğlunun iştirakı ilə, xx.xx.1986-cı ildə Şərur rayon Aşağı Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, Naxçıvan MR DİN-in tabeliyində mülki mühafizə əməkdaşı, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Aşağı Yaycı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur RPİ-nin İTB-nin sahə rəisi, Abdinov Toğrul Təmirxa oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törətməsi barədə xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs Şərur rayon Daşarx kəndində yerləşən YDM-də xx.xx.2026-cı il tarixdə yol patrul xidməti əməkdaşlarına qarşı sərxoş halda tabesizlik göstərərək fiziki güc tətbiq etmişdir. Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı izahat verən Şərur RPİ-nin İTB-nin sahə rəisi, Abdinov Toğrul Təmirxa oğlu inzibati protokolu müdafiə edərək izahatında göstərdi ki, Şəxs xx.xx.2026-cı il tarixdə yol patrul xidməti əməkdaşlarına qarşı sərxoş halda tabesizlik göstərərək fiziki güc tətbiq etmiş və əlbəyaxa olmuşdur. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə gün ərzində çox miqdarda spirtli içki qəbul etmiş və hadisələr yadında tam olaraq qalmamışdır. Əməlindən peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini, polis əməkdaşlarından əməlinə görə üzr istədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur RPİ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X3 məhkəməyə izahat verərək, xx.xx.2026-cı il tarixdə xidmətdə olan zaman saat 23:45 radələrində eyni istiqamətdə sağlarında VAZ-2107 markalı maşının onları çox yüksək sürətlə və hərəkətin əks istiqamətində olmaqla ötdüyünü, sürəti artırıb həmin maşına çatdığını, lakin maşının “saxla” əmrinə tabe olmadığını, NP-6 YDM-nə kimi gedib orada saxladığını və maşından düşən şəxsin üzərindən kəskin spirt iyinin gəldiyini, spirtli içkinin təsirindən özlərinin idarə etmək qabiliyyətində olmadıqlarını, şəxsə sərxoşluq testindən keçmək təklif olunduğunu, şəxsin onunla mübahisə etməsini, şəxsin qardaşının arxadan yaxınlaşıb hücum etmək istəyən zaman post yoldaşının buna imkan verməməsini, mübahisələrinin kəskinləşməsini, şəxsin fiziki güc tətbiq etdiyini, onların isə PPX-nin əməkdaşlarını dəvət etdiklərini, şəxsin onlara da tabe olmadığını, fiziki güc tətbiq edərək şəxsin idarəyə gətirildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur RPİ-nin PPXB-nın polis nəfəri polis baş serjantı X2 məhkəməyə digər şahidlə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 23:30 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş audio-video diskə baxış zamanı müəyyən edilmişdir ki, Fətəliyev X1 yerləşən YDM-da YPX inspektoruna hücum etdiyi, ona yumruq zərbələri endirməsi, daha sonra onun paqonundan çəkib, qoparıb yerə atması müəyyən edilir, daha sonra isə kənardakı şəxslərin Şəxs sakitləşdirilməsi isə aydın görünür. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri və Şərur RPİ-nin İTB-dən daxil olmuş materialla tam təsdiq edilir. Belə ki, Şəxs polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymamaqla İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Polis Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ bəndininin tələbinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİİ bəndinə əsasən Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi kimi Azərbaycan Respublikası İXM-nın 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, əməlindən peşman olmasını müəyyən etmişdir. Onun məsuliyyətini ağırlaşdıran hal kimi isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda törədilməsi müəyyən edilir. Bu hal iş materiallarına əlavə edilmiş, 640710 nömrəli xx.xx.2026-cı il saat 00:05-də aparılımış qəbzə əsasən sərxoşluq vəziyyətinin müayinəsi zamanı promilin 397% olması ilə müəyyən olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməli və inzibati həbsin əvvəli xx.xx.2026-cı il tarixdən saat 23:30-dan hesablanmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32, 33, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 23:30-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 və Şərur Rayon Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar