Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(5-92)-8/2026 09.01.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: oğlunun sədrliyi, Məhkəmə iclas katibi: qızının katibliyi, Protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi orqanın səlahiyyətli X1, nümayəndəsi: Barəsində inzibati xəta Şəxs iştirakı ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1997-ci il tarixdə Şərur rayonunun Yuxarı Yaycı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməyən, yaşayış yeri üzrə Şərur rayonunun Yuxarı Yaycı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, “X13" MMC-də sosial işçi vəzifəsində işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şərur Rayon Polis İdarəsinin xx.xx.2026-cı il tarixli, 3-13-43-12/2-345/2026 №-li məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan xx.xx.2026-cı il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2026-cı il tarixdə Şəxs Şərur rayonunun Daşarx kəndində polis əməkdaşlarına qarşı sərxoş halda tabesizlik göstərərək güc tətbiq etrmişdir. Faktla bağlı xx.xx.2026-cı il tarixdə Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi izahatında 07 yanvar 2025-ci il tarixdə, təqribən axşam saat 2200 radələrində qardaşı İlkin ilə Şərur rayonunun Daşarx kəndini ərazisində özünün idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən polis əməkdaşlarının onlara “saxla” işarəsi verdiklərini, özü içkili olduğu üçün maşını saxlamaq istəmədiyini, aparıb “Arpaçay” yanacaq doldurma məntəqəsində saxladığını, polis əməkdaşlarının maşının arxasında saxladıqlarını, özünün yerə düşdüyünü, polis əməkdaşlarının ona yaxınlaşın “o necə avtomobil sürməkdir” sözlərini dediyini, aralarında mübahisə yarandığını, sonra qardaşının da avtomobildən düşdüyünü, içkili olduğu üçün qardaşı İlkinlə polislərin arasında mübahisə yarandığını, sonra PPX əməkdaşlarının gəldiyini və onları polis idarəsinə apardıqlarını, içkili olduğu üçün bu cür səhvliyə yol verdiyini, əməlindən peşman olduğunu bildirərək, barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında xx.xx.2026-cı il tarixdə Naxçıvan-Sədərək avtomagistral yolunda post yoldaşı X4 ilə birlikdə xidmət apardıqlarını, saat 1040 radələrində ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək surətlə ötmə əməliyyatı etdiyini, ona “saxla” işarəsi verdiklərini, onun saxlamayaraq davam etdiyini, aparıb Arpaçay yanacaq doldurma məntəqəsində saxladığını, arxasınca getdiklərini, özlərini təqdim etdikdən sonra həmin şəxslərin Şəxs və qardaşı X7 olduğunu müəyyən etdiklərini, onların hərəkətlərindən içkili olduqlarına şübhə yarandığı üçün alkotestrdən keçirdiklərini, lakin onların müqavimət gödtərərək zor tətbiq etdiklərini, onları nizam-intizama dəvət etsələr də onların tabesizlik göstərdiyini, dərhal Şərur RPİ-yə məlumat verdiklərini, onların dəstəyi ilə həmin şəxsləri Şərur RPİ-yə, avtomobli isə Naxçıvan MR DYPİ-nin Qeydiyyat, İmtahan və Texniki Baxış şöbəsinin Şərur rayonlararası müayinə mərkəzinə təhvil verildiyini, həmin şəxslərin barəsində protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 oxşar məzmunlu izahat verərək, şahid X2 izahatında göstərilənləri təsdiq etmişdir. Həmçinin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 məhkəmədə verdiyi izahatında xx.xx.2026-cı il tarixdə icraatına daxil olmuş raporta dair araşdırma aparan zaman Şərur rayonunun Yuxarı Yaycı kənd sakini Şəxs və qardaşı X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbini pozduğunun müəyyən edildiyini, buna görə də barəsində protokol tərtib edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərildiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə yanaşı, iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2026-cı il tarixdə Şəxs Şərur rayonunun Mahmudkənd kəndində polis işçilərinin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 2300-da inzibati qaydada tutulmuş, xx.xx.2026-cı il tarixdə saat 1700-da azad edilmişdir. İş materiallarına əlavə edilmiş alkoqol testerdən görünür ki, Şəxs 1.034 promil sərxoş olmuşdur. İş materiallarına əlavə edilmiş videogörüntülərdən görünür ki, Şəxs yanacaq doldurma məntəqəsində onları saxlayan polis əməkdaşları ilə sözlü mübahisə etsə də, polis əməkdaşlarına hər hansı bir fiziki güc tətbiq etmir, həmçinin onları təhqir etmir. Əksinə onun qardaşı İlkin adlı şəxs polis əməkdaşları ilə ilkin olaraq sözlü mübahisəyə edərək, sonra onları təhqir edir və onlara qarşı fiziki güc tətəbiq edir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Beləliklə də, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də inzibati xəta törətmiş şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə uyğun olaraq Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinin tələblərinə uyğun olaraq Şəxs inzibati xətanı törədərkən sərxoş olması ilə bağlı iş materiallarına əlavə edilmiş alkol testerdən əldə edilmiş materialı mötəbər sübut hesab etmədiyindən, həmin halı şəxsin məsuliyyətini ağırlaşdırıcı hal kimi nəzərə almamışdır. Belə ki, məhkəmə hesab edir ki, alkoqol tester yalnız ilkin nəfəs analizi verir. Hüquqi qüvvəyə malik yekun nəticə isə tibb müəssisəsində tibbi müayinə əsasında təsdiqlənir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs ittiham olunduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №3(5-92)-8/2026
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(5-92)-8/2026
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver