Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1103/2026 10.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X2 Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin direktoru Şəxs iştirakı ilə, Borclu "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs barəsində Binəqədi rayon icra şöbəsinin icra məmuru Məhəmməd Qaragözov tərəfindən xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmin protokola əsasən Hüseynov X1 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-1520/2025 saylı icra sənədini icra etməmiş, icra məmurunun çağırışlarına da gəlməmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixdən fəaliyyətini dayandırdığından onun Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-1520/2025 saylı icra sənədindən xəbəri olmamışdır. Əks halda icra sənədini bu günə kimi icra etmiş olardı. O, icra sənədindən xəbərdar olan kimi 18.000 manat məbləğində ödəniş etmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, barəsində inzibati icraat aparılan vəzifəli şəxsin izahatını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxsin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)- 1520/2025 saylı icra vərəqəsinə əsasən hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi həcmində - 22295,9 ABŞ dolları məbləğində (məzənnə üzrə 37903 AZN) cərimə edilməlidir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-1520/2025 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-1520/2025 saylı icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. xx.xx.2026-cı il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-1520/2025 saylı icra sənədinin icrası ilə bağlı Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2026-cı il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs tərəfindən dövlət büdcəsinə 18.000 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin arayışından görünür ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixdən fəaliyyətini dayandırmışdır. Elektron İcra Sistemindən çıxarışdan görünür ki, Şəxs adına hər hansı daşınar və daşınmaz əmlak, əmək haqqı, pensiya və digər sosial ödəniş aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında iş materialları hərtərəfli, tam və obyektiv araşdırılaraq belə nəticəyə gəlinmişdir ki, vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati məsuliyyətə cəlb edilmə üçün qanunla nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə inzibati məsuliyyət yalnız icra sənədindəki tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi halında yaranır. Deməli, maddənin tətbiqi üçün icranın baş tutmaması ilə yanaşı, həmin icra edilməmənin üzrsüz xarakter daşıması da sübuta yetirilməlidir. Məhkəmə tərəfindən araşdırılmış sübutlardan müəyyən edilmişdir ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixdən fəaliyyətini dayandırmış, icra sənədi isə 2025-ci ilin aprel ayında verilmişdir. Şəxs həmin icra sənədindən məlumatlı olmasını təsdiq edən hər hansı sənəd isə iş materiallarında mövcud deyildir. Eyni zamanda iş materialları ilə sübuta yetirilmişdir ki, borclu icra sənədindən xəbərdar olduqdan sonra tələbkarın xeyrinə 18.000 manat məbləğində ödəniş etmişdir. Bu hal borclunun icradan yayınmaq niyyətində olmadığını, əksinə, real maddi imkanları çərçivəsində öhdəliyini yerinə yetirməyə çalışdığını göstərir. İnzibati xəta tərkibinin mövcudluğu üçün obyektiv tərəflə yanaşı subyektiv tərəf – yəni təqsir də müəyyən edilməlidir. İş üzrə sübutlar borclunun icra sənədini qəsdən və ya üzrsüz səbəbdən icra etmədiyini təsdiqləmir. Əksinə, borcun mövcudluğunu inkar etməməsi və qismən ödəniş etməsi onun icra öhdəliyinə laqeyd münasibət göstərmədiyini təsdiq edir. Bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi formalaşmamışdır. Göstərilənlərə əsasən, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs münasibətdə başlanılmış inzibati icraata əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs barəsində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 3(001)-1520/2025 saylı icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-1103/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1103/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver