Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-1124/2026 11.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, X1 müraciətinə baxılması üçün verilmiş şikayət ərizəsi düzgün tərtib edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarlar nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət verilən qərarlar ayrı-ayrı vaxtlarda tərtib edilmişdir. Bu səbəbdən, hər bir inzibati tənbeh vermə haqqında qərardan ayrı-ayrılıqda şikayət ərizəsi ilə müraciət edilməli idi. Bundan başqa, ikinici şikayət ərizəsi X2 tərəfindən imzalanmamışdır. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən bir şəxs barəsində bir neçə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edildikdə, hər bir qərarın icrası müstəqil həyata keçirilir. Beləliklə, qeyd olunanlara əsasən X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verdiyi şikayət ərizəsi düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsini rəhbər tutaraq, qərara aldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair müraciəti geri qaytarılsın. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(5-93)-1124/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-1124/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver