Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1166/2026 26.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, X1 iştirakı ilə, X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 33577853 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi xx.xx.2026-cı il tarixli, EQ 33577853 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdə onunla əsaslandırılmışdır ki, o, DİN Baş X8 İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 33577853 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 manat məbləğində cərimə edilmişdir. Belə ki, durduğu yerdə durmanı qadağan edən nişan yoxdur. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsi və barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33577853 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə AR DİN Baş X7 İdarəsinə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətə Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, EQ 33577853 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 tərəfindən İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün 20 manat inzibati cərimə olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş və iş materiallarında olan fotoşəkillərdən görünür ki, “GEELY MK" markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qadağan edilən yerdə dayandığı üçün Azərbaycan Respulikası İXM-nin 346.1-ci maddəsi ilə barəsində elektron qaydada inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında X3 şikayət ərizəsi inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, X4 nəqliyyat vasitələrinin səkidə dayanma və ya durma qaydalarını pozmuş və bu pozuntu inzibati tənbeh vermə haqqında qərara əlavə olunmuş foto-şəkillərlə, həmçinin məhkəməyə təqdim olunmuş video-görüntü ilə də təsdiq olunmuşdur. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 6-cı bəndinə əsasən avtomagistral nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi çəkilmiş və nəzərdə tutulmuş elə bir yoldur ki: həmin yol boyunca yerləşən təsərrüfat, istehsal və ya tikinti təyinatlı obyektlər digər nəqliyyat vasitələri tərəfindən istifadə edilə bilməz; ayrı-ayrı yerləri istisna olmaqla və ya müvəqqəti qaydanın müəyyənləşdirildiyi hallarda başqa, əks istiqamətlərdə hərəkət istiqamətləri üçün ayrıayrı hərəkət hissələri vardır, həm də bu hissələr arasında hərəkət üçün nəzərdə tutulmayan ayırıcı zolağın və ya müstəsna hallarda başqa vasitələrin köməyi ilə hədd qoyulmuşdur; dəmiryol, tramvay yolları və başqa yollarla, habelə piyada zolaqları ilə bir səviyyədə kəsişmələri yoxdur; hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilir, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilir. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 29-cu bəndinə əsasən, nəqliyyat vasitəsinin dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. İXM-in 346.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X3 şikayətdə və izahatında göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33577853 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Şikayətçinin izahatında göstərdiyi xüsusata münasibətdə məhkəmə qeyd edir ki, inzibati xəta hadisəsinin qeydə alındığı yer avtomagistral yol hesab olunur və yolun hərəkət hissəsində nəqliyyat vasitəsinin dayanması və ya durması qadağandır. Ona görə də, məhkəmə X4 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33577853 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X3 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi xx.xx.2026-cı il tarixli, EQ 33577853 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(5-93)-1166/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1166/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver