Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-1176/2026 24.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X1 Novruz oğlunun katibliyi, Binəqədi rayon İcra şöbəsinin icra məmuru Elvin Mansurovun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Elvin Mansurov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İşə baxılanadək Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Elvin Mansurov vəsatətlə məhkəməyə müraciət edərək, xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Belə ki, borclu Şəxs tərəfindən icra sənədinin verilməsinə əsas olmuş məhkəmə aktından apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti hakim Vahid Sadıqov tərəfindən icraata qəbul edilmişdir. Məhkəmə iclasında Binəqədi rayon İcra şöbəsinin icra məmuru Elvin Mansurov vəsatəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs icra sənədinin verilməsinə əsas olmuş məhkəmə aktından apellyasiya şikayəti verdiyini qeyd edərək, vəsatətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Elvin Mansurovun vəsatətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana - Binəqədi rayon İcra Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Elvin Mansurovun vəsatəti təmin edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana - Binəqədi rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-1176/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-1176/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver