Məhkəmə qərarları › İş №3(5-93)-1177/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-1177/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-1177/2026 12.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, X2 tərəfindən xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin baxılmağa hazırlanması zamanı, müəyyən etdim: X2 tərəfindən xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət məhkəmənin icraatına daxil olmuşdur. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan isə müəyyən edilir ki, inzibati xətanın törədilmə yeri olaraq Bakı şəhərinin Binəqədi rayonu deyil, Nəsimi rayonu göstərilmişdir. Belə olan halda, sözügedən qərardan verilmiş şikayətə baxılması Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin səlahiyyətlərində deyildir. Elektron məhkəmə informasiya sisteminə baxış keçirilməklə şikayətçinin qeydiyyat ünvanının ünvan 1n edilmişdir. X1 şikayətinə yaşayış yeri üzrə məhkəmə tərəfindən baxılmasını istəyirdisə, bu zaman müvafiq vəsatətini şikayətinə əlavə etməli idi. Odur ki, X2 ya şikayətinə müvafiq vəsatət əlavə edərək yaşayış yeri üzrə fəaliyyət göstərən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ya da hadisənin baş verdiyi yer üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Belə olan halda, məhkəmə şikayətçinin Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində təsbit olunmuş hüququnu gözləyərək onun özünün yaşayış yeri yaxud hadisənin törədildiyi yer üzrə məhkəməyə müraciət edəcəyini müəyyənləşdirməsi və həmin məhkəməyə müraciət etməsi ilə bağlı şikayətin geri qaytarılmalı olduğu qənaəitnə gəlir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli qərarına görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayət vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X2 xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar