Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1185/2026 12.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X5 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Abşeron rayonu, Mehdiabad qəsəbə ərazi dairəsi, Mehdiabad qəsəbəsi, Məşədi Əzizbəyov küçəsi, ev 2/6 ünvanında qeydiyyatda olmaqla ünvan 1nında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 7-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə Binəqədi rayonu ərazisində naməlum mənbədən əldə etdiyi psixotrop maddə olan metamfetamin istifadə etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, polis əməkdaşları xidməti ərazidə olarkən bir nəfər şəxsin narkotik vasitələrin istifadəsində şübhəli bilindiyinə görə ona yaxınlaşıb, özlərini təqdim etmiş və həmin şəxsi bölməyə dəvət etmişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Narkoloji Mərkəzin rəyinə əsasən ondan götürülmüş sidik nümunəsində MET (+) aşkar edilmişdir. Özü bu faktı inkar etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Onun narkotik vasitə istifadəçisi olduğunu nəzərə alıb, inzibati həbs növündə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2026cı il tarixdə bir qadın müştərini təyinat yerinə apararkən texniki səbəbdən istifadə etdiyi proqram təminatı işləmədiyindən müştəridən yolu istiqamətləndirməsini xahiş etmişdir. Təyinat yerinə - 7-ci Polis Şöbəsinin yaxınlığına çatdıqdan sonra müştəri aqressiv reaksiya vermiş, avtomobilin qapısını sərt şəkildə çırparaq enmişdir. Şəxs bildirmişdir ki, o, yalnız müştərinin bu davranışının səbəbini soruşmuş, lakin onu narahat etməmişdir. Daha sonra 7-ci Polis Şöbəsinin polis serjantları yaxınlaşıb qadın müştərini nə üçün narahat etdiyini soruşmuşlar. O isə müştərini narahat etmədiyini bildirdikdə şöbəyə dəvət edilmişdir. Daha sonra ekspertizaya getmiş, analiz nəticələrində MET (+) aşkar edilmişdir. Halbuki o, heç vaxt psixotrop maddə və ya narkotik vasitə qəbul etməmişdir. Rəyin niyə belə tərtib olunduğu barədə isə məlumatı yoxdur. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs tərəfindən Binəqədi RPİ-nin 7-ci Polis Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, o, öz hüquqlarını bildiyinə və müdafiə etməyi bacardığına görə vəkil tutmaqdan imtina etmişdir. Ambulator X1 dair xx.xx.2026-cı il tarixli, 1120 saylı rəydən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində MET (+) aşkar edilmişdir. Müayinə zamanı Şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda o, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İnzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21:17-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddədir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarının məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, barəsində icraat aparılan şəxs xx.xx.2026-cı il tarixdə tibbi müayinədən keçirilmiş, məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən onun bioloji nümunəsində MET (+) maddəsi aşkar edilmişdir. Ekspertiza qanunvericiliyin tələblərinə uyğun qaydada aparılmış, rəy səlahiyyətli qurum tərəfindən verilmiş və iş materiallarına əlavə edilmişdir. Barəsində icraat aparılan şəxs hər nə qədər psixotrop maddədən istifadə etmədiyini bildirsə də məhkəmə qeyd edir ki, MET (+) maddəsinin insan orqanizmində təbii və ya təsadüfi şəkildə əmələ gəlməsi mümkün olmadığından, onun bioloji nümunədə aşkarlanması maddənin qəbul edildiyini göstərir. Bəli, məhkəmə onu qəbul edir ki, iş materialları üzrə şəxsin psixotrop maddəni mütəmadi istifadə etməsi, aludəçi olması və ya narkomaniya xəstəsi olması müəyyən edilməmişdir. Lakin bu hal onun konkret tarixdə psixotrop maddəni qanunsuz istehlak etməsi faktını istisna etmir. İnzibati məsuliyyətin tətbiqi üçün bir dəfəlik istehlak faktının mövcudluğu kifayətdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi ekspert rəyi, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə tənbehinin təyin edilməsini kifayətedici hesab etmir. Çünki, müayinə zamanı onda psixotrop maddədən istifadə müəyyən olunmuşdur. Bundan əlavə, barəsində icraat aparılan şəxs məhkəmə iclasında törədilmiş inzibati xətanı etiraf etməmiş, əməlindən peşmanlıq hissi ifadə etməmiş və öz mövqeyini dəyişmədən inkar etmişdir. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətaya münasibətdə tənqidi mövqenin olmaması və əmələ hüquqi qiymət verməməsi onun şəxsiyyəti barədə mənfi nəticə çıxarmağa əsas verir. Narkotik vasitələrin qanunsuz istehlakı cəmiyyət üçün təhlükəli əməllər kateqoriyasına aiddir və bu cür xətaların qarşısının vaxtında alınması, profilaktik tədbirlərin görülməsi və digər şəxslərə xəbərdarlıq xarakterli təsirin təmin edilməsi zəruridir. Məhkəmə hesab edir ki, tətbiq ediləcək inzibati tənbeh həm cəza, həm də profilaktik məqsədlərə xidmət etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, törədilmiş inzibati xətanın xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsin əmələ münasibəti və profilaktik təsirin təmin edilməsi zərurəti baxımından məhkəmə belə hesab edir ki, Şəxs yuxarı həddə inzibati həbs növündə tənbeh təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 2 (iki) ay müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2026-cı il tarixdən saat 21:17-dən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-1185/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1185/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver