Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-1218/2026 17.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X1 Binəqədi Rayon Polis İdarəsinin 7-ci Plis Bölməsinin xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli qərarından verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şikayət verən X3 şikayətlə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Polis İdarəsinin 7-ci PB-nin xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli qərarına əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) törətdiyinə görə 50 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə görə şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə Bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayətdən görünür ki, X3 xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarı xx.xx.2026-cı il tarixdə aldığını bildirib, şikayəti xx.xx.2026-cı il tarixdə, yəni qanunla nəzərdə tutulmuş 10 günlük müddət başa çatdıqdan sonra təqdim etmişdir. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərardan şikayət qanuni müddətdə verilməli, 130.2-ci maddəyə görə həmin müddət üzrlü səbəbdən buraxıldıqda yalnız şikayətçinin əsaslandırılmış vəsatəti ilə bərpa edilə bilər. Bu hallara görə hesab edirəm ki, qanunla müəyyən edilmiş müddət açıq şəkildə buraxıldığından və müddətin bərpası barədə vəsatət təqdim edilmədiyindən şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Binəqədi Rayon Polis İdarəsinin 7-ci PB-nin xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli qərarından verdiyi şikayət geri qaytarılsın. X2 izah edilsin ki, o, şikayətinə müddətin bərpasına dair vəsatət əlavə etməklə yenidən məhkəməyə şikayət verə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-1218/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-1218/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver