Məhkəmə qərarları › İş №3(5-93)-1228/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1228/2026

26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1228/2026 26.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X2 Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 tərəfindən Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. X6 şikayətini onunla əsaslandırılmışdır ki, Skoda Karoq markalı ** FT *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətindədir və tərəfindən idarə edilir. Həmin nəqliyyat vasitəsi ilə xx.xx.2026-cı il tarixində Bakı şəhəri 20 Yanvar dairəsindən Şamaxinka istiqamətində hərəkət etmişdir. Hərəkətdə olarkən 20 Yanvar dairəsindən gəlib Şamaxinkaya sola döngədə hərəkət trayektoriyasını əvvəlcədən bildiyi üçün, əvvəlcədən hərəkət etdiyi istiqamətdə müvafiq kənar vəziyyətə, yəni sol zolağa keçmiş və bu manevr etməni digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmamaq üçün kəsişmədən əvvəl etmişdir. Həmin manevr etməni edərkən dönmə işıqlarından istifadə etmiş və heç bir manevr etmə qaydasını pozmamışdır. O, manevr edərək heç bir yol hərəkəti qaydasını pozmadan sola dönmüş və hərəkətini davam etdirmək istəyən zaman əvvəlcədən yol ayrıcında xidmət aparan Yol Patrul Xidməti inspektoru ona saxla əmri verərək onu saxlatmışdır. Yol Patrul Xidməti əməkdaşı ona manevr etmə qaydasını pozduğunu və AR İXM-nin 327.1-ci maddəsi ilə barəsində inzibati protokol tərtib edəcəyini bildirmişdir. Lakin o, həmin Yol Patrul Xidməti inspektoruna da heç bir inzibati xəta törətmədiyini və qeyd etdiyi inzibati xətanın mövcudluğu ilə razı olmadığını bildirmişdir. YPX inspektoru əlindəki bort-komputer vasitəsi ilə ona dair məlumatları yoxlamış və o, hər hansı yol hərəkəti qaydasını pozmadığına əmin olduğu halda, barəsində AR İXM-nin 327.1-ci maddəsinə əsasən İXP ******* saylı protokol tərtib etmiş və ona şikayəti olduğu təqdirdə Bakı şəhər BPİ DYPİ-ə yaxınlaşa biləcəyini bildirmişdir. YPX inspektoru tərəfindən barəsində tərtib edilən inzibati protokola dair kağız daşıyıcıda ona heç bir sənəd verilməmişdir. YPX inspektoru ona gedə biləcəyini bildirmiş və o, bundan sonra həmin yerdən uzaqlaşmışdır. xx.xx.2026-cı il tarixdə isə İXP ******* saylı protokol üzrə TP ******* saylı qərar çıxarılmışdır. O, heç bir inzibati xəta törətməmiş və inzibati xətanın mövcudluğu ilə razı deyil. Eyni zamanda, o, təhlükəsiz şəhər kameralarından çıxarılmış inzibati xətaya dair görüntülərlə tanış olmaq məqsədi ilə Bakı şəhər BPİ DYPİ-ə getmişdir. Orada olarkən ona həmin inzibati xətaya dair cərimə məbləğinin ödənildiyini bildirilmişdir. Həmin cərimə məbləği tərəfindən ödənilməmişdir və cərimə məbləğinin kim tərəfindən ödənilməsi barədə heç bir məlumatı yoxdur. Odur ki, barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli TP7828201 saylı qərarın ləğv edilərək, barəsində başlanılmış inzibati icraata xitam verilməsini xahiş etmişdir. X2 xx.xx.2026-cı il tarixdə məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini və bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi Nümayəndə şikayətçi tərəfindən törədilmiş qayda pozuntusunun video-görüntüsünü məhkəməyə təqdim edərək bildirmişdir ki, videogörüntüdən də göründüyü kimi “X10” minik markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü manevr etmə qaydasını pozaraq, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, şikayət əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mobil tətbiqdən olan çıxarışdan görünür ki, X6 barəsində İXM-nin 327.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında xx.xx.2026-cı il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, 40 manat inzibati cərimə olunmuşdur. Məhkəməyə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən təqdim olunmuş video-görüntüyə məhkəmə iclasında baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, “X10” minik markalı, ** FT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü, X2 manevr etmə qaydalarını pozaraq, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə iclasında X3 şikayət ərizəsi və inzibati xətanın törədilməsi zamanı qeydə alınmış video-görüntü inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, inzibati xəta hadisəsi “X10” minik markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X6 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 2 istiqamətində baş vermişdir. X1 şikayət ərizəsindən və məhkəmə iclasında verdiyi izahatından da göründüyü kimi, şikayətçi inzibati xəta hadisəsini törətmədiyinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İXM-in 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X3 şikayətdə göstərdiyi xüsusatlar barəsində DİN Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X6 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, DİN Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X4 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən DİN Baş X9 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar